Azərbaycan Texniki Universitetinin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Texniki Universitetinin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU)
75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Texniki Universitetinin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Əvvəlcə universitetin foyesində ulu öndər Heydər Əliyevin büstü önünə güllər düzülüb.

Azərbaycan Texniki Universitetinin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Tədbirdə torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycanın Dövlət Himni səsləndirilib.

Azərbaycan Texniki Universitetinin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Açılış nitqi ilə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev qonaqları salamlayaq universitetin 75 illik tarixinə nəzər salıb. Bildirib ki, Azərbaycanda texniki təhsilin əsası ilk dəfə 1887-ci ilin noyabr ayının 10-da Bakı şəhər Duması tərəfindən qoyulub. 14 noyabr 1920-ci ildə Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun dekreti ilə tərkibində Neft sənayesi, Elektromexanika və Memarlıq-inşaat şöbələri olan Bakı Politexnikumunun bazasında ali texniki mütəxəs­sislər hazırlayan Bakı Politexnik İnstitutu yaradılıb. 1923-cü ildən Bakı Politexnik İnstitutu Azərbaycan Politexnik İnstitutu adlandırılıb. İndiki AzTU 1950-ci ilin noyabrında Bakı şəhərində tərkibində Mexanika, İnşaat, Dəmir yolu və Hidromelio­rasiya fakültələri olmaqla Azərbaycan Politexnik İnstitutu (AzPİ) adı altında yenidən yaradılıb.

Rektor bildirib ki, 75 ildir AzTU təkcə mühəndis kadrlar hazırlamır, bu ali təhsil müəssisəsi həm də vətənpərvər şəxsiyyətlər formalaşdırır. AzTU hər zaman öz tələbə və məzunlarının uğurları ilə qürur duyur. 44 günlük Vətən müharibəsində şanlı Zəfərin qazanılmasında da AzTU-nun tələbə və məzunlarının yaxından iştirak etməsi onların vətənpərvər ruhunun yüksək olmasının göstəricisi idi.

Vilayət Vəliyev bildirib ki, “Yarat, inkişaf et, tətbiq et” şuarı ilə irəliləyən AzTU-nun hədəfi sənayenin inkişafını və texnoloji gələcəyi qarşılayan məsələlərin həllini öyrədən yenilikçi-təşəbbüskar akademik, məzun və tələbə heyəti ilə araşdırma və sahibkar universiteti qurmaq, hazırlanan mühəndis kadrların səviyyəsini beynəlxalq standartlar səviyyəsinə yüksəltməkdir.

Azərbaycan Texniki Universitetinin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

AzTU-nun 75 illik yubileyi münasibətilə təbriklərini çatdıran elm və təhsil nazirinin müavini Firudin Qurbanov şəxsiyyətin formalaşmasında universitetlərin rolundan danışıb. Bu istiqamətdə dünya təcrübəsinə nəzər salan Firudin Qurbanov peşəkarlığa fərqli konteksdən yanaşıb.
Bildirib ki, peşəkarlıq həm də böhran vəziyyətində düzgün qərar vermək bacarığıdır.
Bu bacarığa malik şəxsiyyətləri də universitetlər formalaşdırır.
Bu mənada universitetlərin rolu insanların formalaşması baxımından çox mühüm əhəmiyyətə malikdir.
Nazir müavini AzTU məzunlarının ölkənin müxtəlif sahələrində uğurlu fəaliyyətlərini də qeyd edib.
Vurğulayıb ki, hazırda ölkənin ən aparıcı ali təhsil müəssisələrindən olan AzTU müasir standartlar səviyyəsində yeniliklərin tətbiq olunduğu universitetlərdəndir.

Azərbaycan Texniki Universitetinin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

AzTU-nun fəxri məzunu, dövlət xadimi, diplomat, Azərbaycan SSR-in Nazirlər Sovetinin sonuncu sədri, Müstəqil Azərbaycan Respublikasının ilk baş naziri, Azərbaycanın BMT-dəki ilk nümayəndəsi, Müstəqil Azərbaycan Respublikasının 3-cü xarici işlər naziri, Macarıstandakı və Polşadakı keçmiş səfiri, tarixçi-alim, tarix elmləri doktoru, professor Həsən Həsənov təhsil aldığı ali təhsil müəssisəsinin yubileyini təbrik edib, universitet illərindəki xatirələrindən danışıb. Mühəndislik peşəsinin dünyanın ən aparıcı peşələrindən olduğunu deyən Həsən Həsənov tələbələri ixtisaslarının sirlərinə dərindən yiyələnməyi tövsiyə edib.
Bildirib ki, mühəndislik insanda ilk növbədə düşüncə qabiliyyətini formalaşdırır.
Həsən Həsənov karyerasında əldə etdiyi uğurların mərkəzində məhz AzTU-nun dayandığını və hər zaman bu universitetin professor-müəllim heyətinə minnətdar olduğunu vurğulayıb.

Azərbaycan Texniki Universitetinin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Həsən Həsənov öz kitablarını universitet kitabxanası üçün hıdiyyə edib.

Azərbaycan Texniki Universitetinin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

AzTU-nun fəxri məzunu, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini, general-mayor Allahverən İsmayılov da AzTU-nun 75 illik yubileyi münasibətilə təbriklərini çatdırıb. Allahverən İsmayılov tələbələik illərindəki xatirələrini bölüşüb və universitetin onun formalaşmasında əhəmiyyətli rolundan danışıb.

Azərbaycan Texniki Universitetinin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

AzTU-nun fəxri məzunu, AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev universitetin 75 il ərzində qazandığı uğurlardan danışıb. Akademik deyib ki, mühəndislik yaradıcı peşədir. Artıq dünyada öyrədilən biliklərin tətbiqi və real problemlərin həllində istifadəsi əsas məsələlərdəndir. Bu gün dünyanı formalaşdıran innovasiya, yaradıcılıq və praktiki bacarıqların birləşməsidir. Rasim Əliquliyev çıxışında AzTU-nun hazırladığı mühəndis kadrların uğurlarına da diqqət çəkib. Akademik universitetdə təhsil aldığı illərdə ən maraqlı xatirələri də tədbir iştirakçıları ilə bölüşüb.

Azərbaycan Texniki Universitetinin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Daha sonra çıxış edən Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Jalə Əhmədova AzTU-nun 75 illik yubileyini təbrik edib. O, nazirliklə universitetin birgə müxtəlif layihələr həyata keçirdiyini, bu layihələrin tələbələrin şəxsi inkişafına müsbət töhfələr verdiyini qeyd edib.

Azərbaycan Texniki Universitetinin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Tədbirdə Özbəkistanın Fərqanə Dövlət Universitetinin professoru Ehtiyat İbragimova rektor Bahodircon Şermuhammadovun AzTU-nun yubileyinə ünvanladığı təbrik məktubunun mətnini oxuyub.

Azərbaycan Texniki Universitetinin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Türkiyənin Yıldız Texniki Universitetinin prorektoru Hüseyn Yılmaz da AzTU-nun yubileyini təbrik edib, universitetin fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan Texniki Universitetinin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Texniki Universitetinin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilibAzərbaycan Texniki Universitetinin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilibAzərbaycan Texniki Universitetinin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilibAzərbaycan Texniki Universitetinin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilibAzərbaycan Texniki Universitetinin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilibAzərbaycan Texniki Universitetinin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Texniki Universitetinin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilibAzərbaycan Texniki Universitetinin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Texniki Universitetinin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilibAzərbaycan Texniki Universitetinin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilibAzərbaycan Texniki Universitetinin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Sonra elm və təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və Fəxri fərmanla təltif olunan AzTU müəllimlərinə mükafatlar təqdim olunub.

Yubiley tədbiri Qarabağ Universitetinin “Cadenza” orkestrinin ifası ilə davam edib.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AzTU-da 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib

AzTU-da 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib

AzTU
AzTU rektoru Beynəlxalq Müəllimlər Günü münasibətilə universitetin qocaman  ...

AzTU rektoru Beynəlxalq Müəllimlər Günü münasibətilə universitetin qocaman ...

AzTU
AzTU-da Ulu Öndərin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib

AzTU-da Ulu Öndərin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib

YAP, AzTU
AzTU-da Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib

AzTU-da Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib

AzTU
AzTU-nun rektoru 600-dən yuxarı bal toplayan tələbələrlə görüşüb

AzTU-nun rektoru 600-dən yuxarı bal toplayan tələbələrlə görüşüb

AzTU
Təhsil naziri “Code Academy”nin məzunu olan AzTU tələbələrinə diplomları tə ...

Təhsil naziri “Code Academy”nin məzunu olan AzTU tələbələrinə diplomları tə ...

Nazirlik, AzTU
AzTU-da Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı ilə konfrans keçirilib

AzTU-da Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı ilə konfrans keçirilib

AzTU
Rektor Vilayət Vəliyev universitetin yeni tələbə-rektoru ilə görüşüb

Rektor Vilayət Vəliyev universitetin yeni tələbə-rektoru ilə görüşüb

AzTU
Vətən müharibəsində şəhid olan AzTU-nun tələbə və məzunları haqqında kitabı ...

Vətən müharibəsində şəhid olan AzTU-nun tələbə və məzunları haqqında kitabı ...

AzTU
AzTU-nun rektoru universitetin şəhid məzunu Natiq Baxşəliyevin ailəsini ziy ...

AzTU-nun rektoru universitetin şəhid məzunu Natiq Baxşəliyevin ailəsini ziy ...

ŞƏHİDLƏRİMİZ, YAP, AzTU
AzTU-da “Məzun Günü-2021” adlı tədbir keçirilib

AzTU-da “Məzun Günü-2021” adlı tədbir keçirilib

AzTU
AzTU-nun tələbə birliklərinin təşkilatçılığı ilə Gənclər Gününə həsr olunan ...

AzTU-nun tələbə birliklərinin təşkilatçılığı ilə Gənclər Gününə həsr olunan ...

AzTU
AzTU və MDU-nun birgə təşkilatçılığı ilə növbəti nəzəri-praktiki seminar ke ...

AzTU və MDU-nun birgə təşkilatçılığı ilə növbəti nəzəri-praktiki seminar ke ...

AzTU
AzTU-nun 70 illiyinə həsr olunan konfrans keçirilib

AzTU-nun 70 illiyinə həsr olunan konfrans keçirilib

AzTU
AzTU-nun məzunu, Aprel şəhidi Mahir Quliyevin xatirəsi anılıb

AzTU-nun məzunu, Aprel şəhidi Mahir Quliyevin xatirəsi anılıb

AzTU-nun MƏZUNLARI, AzTU
AzTU-da BDU-nun 100 illik yubileyinə həsr olunan tədbir keçirilib

AzTU-da BDU-nun 100 illik yubileyinə həsr olunan tədbir keçirilib

BDU, AzTU
AzTU-nun rektoru, professor Vilayət Vəliyev universitetin I kurs tələbələri ...

AzTU-nun rektoru, professor Vilayət Vəliyev universitetin I kurs tələbələri ...

AzTU
AzTU regionun aparıcı texniki universitetlərindən birinə çevrilmək potensia ...

AzTU regionun aparıcı texniki universitetlərindən birinə çevrilmək potensia ...

AzTU
AzTU-da Bilik günü qeyd olunub

AzTU-da Bilik günü qeyd olunub

Əsas xəbər, AzTU
AzTU-da MƏZUN GÜNÜ

AzTU-da MƏZUN GÜNÜ

AzTU
Rəy yazın: