Yubileyiniz mübarək, hörmətli Fərqanə xanım MƏHYƏDDİNQIZI!.. Ədəbiyyat » Müsabiqə 5 Temmuz Bu gün sevimli həmkarımız, istedadlı qələm dostumuz, dəyərli ziyalımız, "Sənət dünyası nuru" jurnalının və “F-5” kanalının təsisçisi və rəhbəri, "Abdulla Şaiq", "Zirvə", "Zəfər", "XXI Əsrin ziyalısı", "Qızıl qələm" və s. Fəxri mükafatların laureatı, "Xurşidbanu Natəvan" medallı "Ədəbiyyat səfiri", Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin Bakı şəhəri təşkilatınən sədri, çox hörmətli Fərqanə Məhyəddin qızı Əhmədovanın doğum günüdür.Daha doğrusu, yubileyidir!.. O, iyulun 5-də Goranboy rayonunda ziyalı ailəsində anadan olub. Orta təhsilini Goranboyda aldıqdan sonra, M.F.Axundov adına Azərbaycan Dövlət Pedoqoji Rus dili və Ədəbiyyatı İnstitutunun rus dili və ədəbiyyatı ixtisasına daxil olub və həmin institutun tam kursunu bitirib. 3 il Gəncə şəhərindəki 5 nömrəli məktəbdə müəllim işləyib. Doğma ana dilimizə və ədəbiyyatımıza olan sonsuz sevgisi onu yenidən ali təhsil almağa sövq edib və o, Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində ikinci dəfə ali təhsil alıb və oranı ələ qiymətlərlə bitirib.4 il vaxtı ilə təhsil aldığı Azərbaycan Dövlət Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda (indiki Bakı Slavyan Universitetində) işlədikdən sonra, əmək fəaliyyətini AzMIU-nun əvvəlcə Azərbaycan və rus dili kafedrasında davam etdirib. Hazırda Əcnəbi dillər kafedrasının müəllimidir. Eyni zamanda, "Sənət dünyası nuru" jurnalının və “F-5” kanalının təsisçisi və rəhbəridir. Fərqanə xanım həm də gözəl anadır. Bir övladı var. Şeirləri, elmi və publisistik məqalələri müxtəlif mətbuat orqanlarında və ədəbi-bədii, elmi-publisistik məcmuələrdə dərc olunub.Biz də Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin, "Borçalı" nəşriyyatının, "Turan" ədəbi məcmuəsinin, "Sənət dünyası nuru" jurnalının, "Şərqin səsi", "Ziya", "Elm və təhsil" qəzetlərinin, "zim.az", "zirve.info", "borcali.org" və "bolnisi.az" saytlarının rəhbərliyi və bütün yaradıcı heyəti adından çox hörmətli Fərqanə xanımı yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, elmi-pedaqoji fəaliyyətində və bədii yaradıcılıq işlərində yeni-yeni uğurlar arzulayırıq və aşağıda dəyərli oxucularımıza böyük məmnuniyyətlə onun bir neçə şeirini təqdim edirik. Səkinə BAYRAMOVA,Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin sədri,filologiya üzrə fəlsəfə doktoru,Müşfiq BORÇALI,"Turan" ədəbi məcmuəsinin, zim.az, zirve.info saytlarının baş redaktoru,filologiya üzrə fəlsəfə doktoru ZiM.AzAY ANASənsiz bahar ömrüm yaman solubdur,Gözlərim həsrətdən yaşla dolubdur,Səninçün ürəyim qübar olubdur,Hardasan, ay ana, de harda? Hə vaxtdır çəkmirsən sığal telimə,Xar qonub çəməndə qönçə gülümə,Yaman həsrət qalıb bəmim zilimə,Hardasan, ay ana, de harda?Səni soruşuram ötən illərdən,Soruram keçən aydan gündən,Ətrini alıram əkdiyin güllərdən,Hardasan, ay ana, de harda?Sənə yetişməyə həvəsdəyəm mən,Ağıyla köklənmiş bir bəstəyəm mən,Karvanın yüklənib, yol üstəyəm mən,Hardasan, ay ana, de harda?Tapmıram, iz düşüb izin üstə,Torpaq pərdə çəkib, izin üstə,Qoy gəlim, baş qoyum dizinin üstə,Hardasan, ay ana, de hazırda?ŞAGİRD YOLDAŞLARIMA!Qaytarın şagirdlik illərimi siz, O, ötən illəri qaytarın bir də.Bir də o çağlari, görsəm biliniz,Ölmərəm yaşaram neçə əsir də.Arzu da, istək də o illərdədi,Gənçliyin hökmü də bağlanmış ona.Yadigar ürəkdə söz dillərdədi,Ömür hey düşsə də gündə bir dona.Şagird yoldaşlarım! Gəlin yığışın,Uşaqlıq illərindən bir söhbət açaq.Birgə keçdiyimiz hər yayın, qışın,Adına söz deyək, bir mahnı qoşaq.Gəlin xatırlayaq ötən günləri,Şirin xatirədi hər şadlıq, hər qəm.Bax sizsiz gəzirəm o şən günləri, Gəzirəm həsrətlə əlimdə qələm.SON GÖRÜŞAyrılırsan ala gözlü dilbərim,Qoy dillənsin danışmayan dil, barı!Yaralıdı dağ çəkilmiş ürəyim,Qoy süzülsün ala gözdən sel, barı!Qoy doyunca baxım alma üzünə,Qəlbimi fəth edən ala gözünə,Qulaq asım qəlb odlayan sözünə,Külək vursun, qoy oynasin tel, barı!Ürəyimi didir keçir baxışlar,Həsrətliyə yolmu açır baxışlar?Qüssə, kədər odu saçır baxışlar,Dərd içində yandım axı, gül, barı!Həsrətinə dözə bilmir ürəyim,Sənsiz hec həyat da olmaz gərəyim.Ümidsizəm baş tutmadı diləyim,Gözlə bir az başa catsin il, barı! ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.