XALQIN ZİYALI AĞSAQALI - Professor Amin Babayev - 75

XALQIN ZİYALI AĞSAQALI - Professor Amin Babayev - 75 TƏBRİK EDİRİK!..

Hər bir insanın taleyində iz buraxan hadisələr sonra onun həyat motivasiyasına çevrilir, ona ruh, zövq verir. Öz təbiiliyini, qədim ənənələrini, mənəvi dəyərlərini qoruyub saxlayan Qax rayonunun əhalisi, bu torpaqda doğulub böyüyən insanlar dağ vüqarlı, torpağa bağlı, yurdsevərdirlər. Üləmalar yurdunun tanınmış ziyalıları Azərbaycan elmini inkişafında öz dəsti-xətlərini ürəklə qoymuşlar. Əlifbasından başlayan və son torpaq elminə qədər ziyalanmış aydınların ocağından bəhrələnən yüzlərlə tələbələr bu gün hər sahədə öz sözlərini deyirlər.
Ömrünün 50 ilini Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) və Azərbaycan Milli Elmlər Akadamiyası (AMEA) sistemində elmi və elmi-pedoqoji fəaliyyətə həsr edən professor Amin Hacıbaba oğlu Babayev Azərbaycan torpaqşünaslıq elminə və o cümlədən, kənd təsərrüfatı elminin inkişafına əhəmiyyətli töhfələr vermişdir.


Professor Amin Babayev son 30 ildə Azərbaycanda ilk dəfə olaraq 2 elmi-praktiki istiqamətləri Ekoloji Təmiz Kənd Təsərrüfatı və Aqrar Məsləhət və İnformasiya Xidmətinin əsasını qoyaraq bu sahələrin inkişafı üçün böyük əmək sərf etmişdir. O, Azərbaycan Respublikası Prezidentinn 25 avqust 2008-ci il tarixli fərmanı ilə təsdiq olunmuş “Ekoloji Təmiz Kənd Təsərrüfatı haqqında Qanun”-un müəllifidir və ölkəmizdə uğurla həyata keçirilən “Ekoloji kənd təsərrüfatının inkişaf perspektivləri” və “Səhralaşma ilə mübarizə üzrə tədbirlər sisteminin işlənib hazırlanması” kimi beynəlxalq layihələrə rəhbərlik etmişdir.

Professor Amin Babayev Azərbaycanda Ekoloji Kənd Təsərrüfatı Hərəkatının və ekoloji kənd təsərrüfatı elmi məktəbinin yaradıcılarından biri, kənd təsərrüfatı elmləri doktoru, Əməkdar müəllim, ömrünü elmə həsr eləmiş, təhsilin inkişafında, vətəndaş cəmiyyətində təlim-tərbiyənin qorumasında, vətənpərvərlik təbliğatının artırılmasında məxsusi rolu olan ağsaqqalımızdır.
Həyatının 50 ilini elmə həsr edən alimimiz 5 elmi monoqrafiya, 200-ə qədər elmi məqalə, 20 kitab, kitabça, broşur, dərslik və dərs vəsaitinin, 30-a qədər elmi-publistik məqalənin müəllifi və 20-yə qədər əsərin elmi redaktorudur. O, 12 aspirantın və dissertantın elmi rəhbəri olmaqla, hazırda elmlər doktorluğu üzrə 3 doktorantın elmi məsləhətçisidir. Onun elmi işlərinə rəhbərlik etdiyi 30-a qədər magistr hazırda müxtəlif Beynəlxalq və yerli şirkətlərdə menecer səviyyəsində fəaliyyət göstərirlər.

Ekoloji Kənd Təsərrüfatı Hərəkatının tarixi qısa bir dövrü əhatə etsə də, bu ideya ölkəmizdə sosial hərəkata çevrilərək professor Amin Babayevin rəhbərliyi ilə bu istiqamətin dünya standartlarına uyğun elmi, elmi-metodiki və elmi informasiya bazaları və bilavasitə iştirakı ilə hüquqi normativ bazası formalaşmışdır.
Professor A.Babayev müxtəlif kənd təsərrüfatı bitkilərinin məhsuldarlıq göstəriciləri əsasında orqanik (ekoloji) kənd təsərrüfatı sistemində “sağlam torpaq” anlayışının konkret torpaq ərazisinin inteqral ekoloji funksiyaları ilə bağlı olduğunu və təbii resursların keyfiyyətinin elmi əsaslarla qiymətləndirilməsi ideyasını uzun müddətli təcrübələr yolu ilə sübuta yetirmişdir.
İnsanın şəxsiyyət kimi yetişməsində ona verilən təlim-tərbiyədən əlavə də, düşdüyü mühit və şəraitin də çox böyük rolu vardır. Bu mühit körpə ağacın calanmasından, onun müxtəlif vəziyyətə salınmasına qədər rol oynayır insan həyatında. Əlbət ki, bütün amillərin fonunda insanın öz təfəkkürü durur.

Professor A. Babayevin rəhbərlik etdiyi AMEA-nn Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzində (Mərkəz) işlənilmiş “Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı üçün Milli Proqramın Konsepsiyası” AMEA-nın Rəyasət Heyətində müzakirə edildikdən sonra bunun əsasında hazırlanan “Azərbaycanda Ekoloji Təmiz Kənd Təsərrüfatının İnkişafı üzrə Dövlət Proqramı” layihəsi Nazirlər Kabinetinə təqdim edilmişdir. “Mərkəz”-in işləyib hazırladığı təkliflər AR Prezidentinin 6 dekabr 2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə prioritet kimi qəbul olunmuşdur.
A.Babayevin rəhbərlik etdiyi “Mərkəz”-in elmi fəaliyyəti Azərbaycanın kənd təsərrüfatı praktikasında ilk dəfə olaraq tətbiq olunan 5 müasir texnologiya (enerji və torpaq qoruyucu texnologiyalar) üzrə aparılan elmi təcrübələrə həsr olunub. “Mərkəz”-in son iki ildə fəaliyyəti sayəsində regionda ekoloji təmiz kənd təsərrüfatı üzrə təlim və seminarlarda iştirak edən 1000-dən çox fermerdən 500 nəfərinin və yaxud 80 fermer qrupunun Avropanın akkreditasiya orqanları tərəfindən sertfikatlaşdıraraq “Ekofermer” statusu qazanması Azərbaycanda ilk hadisədir. “Mərkəz” 23 sentyabr 2018-ci ildə ekoloji təmiz kənd təsərrüfatı sahəsində fəaliyyətinə görə Beynəlxalq Ərzaq Keyfiyyəti və Sağlamlıq Assosiasiyasına üzv qəbul edilmişdir. Hazırda bu fermerlərin istehsal etdikləri məhsullar Avropa bazarına ixrac olunaraq dövlətimizin büdcəsinə valyuta gəlirləri daxil olur.

Professor A.Babayev BMT-nin Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasının akademiki, Gürcüstan Dövlət Aqrar Universitetinin Fəxri doktoru, “Ekoloji Kənd Təsərrüfatı” jurnalının baş redaktoru, Beynəlxalq “Известия Аграрной Науки” jurnalının redaktor müavini, UNESKO-nun “İnsan və Biosfera” Azərbaycan Milli Komitəsinin əsərləri məcmuəsinin redaksiya heyətinin üzvü, “Türkiyə Tarımsal Araşdırmalar Dərgisi”-nin və Beynəlxalq “Проблемы агрохимии и екологии” jurnalının redaksiya heyətlərinin üzvü olmaqla yanaşı MDB üzrə “Агрохимекосодружество” vitse-prezidenti, EUCARPİA (Avropa Bitki üzrə Tədqiqatlar Assosasiyası), (Amerika Torpaqşünaslar Cəmiyyəti) və İFOAM-ın (Beynəlxaxlq Ekoloji Kənd Təsərrüfatı Hərəkatı Federasiyası) və Avrasiya Torpaqşünaslar Cəmiyyətinin üzvü olaraq Azərbaycan elmini Beynəlxalq təşkilatlarda bacarıqla təmsil edir. O, 1997-2011-ci ildə Azərbaycan Respublukası Prezidenti yanında Ali Attestasiyası Komissiyasının eksperti olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 18 may 2010-cu il tarixli sərəncamı ilə A.Babayevə “Əməkdar müəllim” fəxri adı verilmişdir.
Elm və təhsil sahəsində xidmətlərinə görə BMT-nin Beynəlxalq Ekologiya və Həyat Təhlükəsizliyi Elmləri Akademiyasının 26 yanvar 2010-cu il tarixli qərarı ilə M.V. Lomonosov adına və “Vernadski” ordenləri, eləcə də “Alim ulduzu” medalları ilə təltif olunaraq ona Əməkdar Elm Xadimi fəxri adı verilmişdir.
Amin Babayev ekoloji kənd təsərrüfatı üzrə dünyada hər 3 ildən bir təşkil olunan və 2017-ci ildə Almaniyada keçirilən Vahid Dünya Mükafatı (OWA) müsabiqəsinin laureatıdır. Bu mükafat İFOAM, FAO və Rapunzel təşkilatları tərəfindən 2008-ci ildə təsis olunaraq dünyada elmi-ictimai fəaliyyətilə qlobal bəşəri əhəmiyyət kəsb edən şəxslərə təqdim olunur.

Elm insanın təbiət, cəmiyyət və insan təfəkkürü haqqında obyektiv, sistemli və əsaslandırılmış biliklərin əldə edilməsinə, dəqiqləşdirilməsinə və yayılmasına yönəlmiş fəaliyyət növüdür. Bu fəaliyyətin əsasını elmi faktların toplanması, onların daima yenilənməsi və sistemləşdirilməsi, tənqidi analizi və bu əsasda elmi biliklərin toplanmasıdır ki, Amin Babayev də bütün ömrünü buna həsr edib.
O ömür ki, nəsillərə örnəkdir... O ömür ki, dönüb geri baxanda böyük zəhmətlər içindən parıldayan günəş görünür...

Məşhur Fransız yazıçısı Aleksandr Düma deyir ki, uğurun iki səbəbi var: Səbr və ümid. Bunlara sahib ola bilən insan həm də kamil bir insandır. Müdriklik işığından bəhrələnib yola çıxan insanlar hansı sahədə fəaliyyət göstərmələrindən asılı olmayaraq, elinə, obasına layiqli bir şəxsiyyət kimi yetişirlər.
Bəli, məhz belə şəxsiyyətlərdən biri də, Azərbaycanın ən dilbər guşələrindən olan, qədim abidələr və əzəmətli dağlar diyarı, məşhur alimlər yurdu, gözəl Qaxda doğulan, bütün ömrünü elmə həsr eləyən, Azərbaycanda Ekoloji Kənd Təsərrüfatı Hərəkatının və ekoloji kənd təsərrüfatı elmi məktəbinin yaradıcılarından biri kimi tanınan, təhsilin inkişafında, vətəndaş cəmiyyətində təlim-tərbiyənin qorumasında, vətənpərvərlik təbliğatının artırılmasında böyük xidmətləri olan görkəmli alim, tanınmış el ağsaqqalı, Əməkdar müəllim, kənd təsərrüfatı elmləri doktoru, professor Amin Babayevdir.


2025-ci il mayın 5-də professor Amin Babayevin ömrünün 75 və elmi-pedoqoji fəaliyyətinin 50 ili tamam olur.
Biz də professor Amin Babayevi ürəkdən və səmimi qəlbdən təbrik edirik, ona həyatda uzun ömür, möhkəm cansağlığı, şərəfli elmi-pedoqoji və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..


Nana Nuqzariyevna TARTARAŞVILI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Şəki REM-nin şöbə rəhbəri Yusif Rəhimovun 65 yaşı tamam olur

Şəki REM-nin şöbə rəhbəri Yusif Rəhimovun 65 yaşı tamam olur

Digər bölmələr, Təbriklər
AMEA-nın müxbir üzvü Pənah Muradov: Mikrobiologiya İnstitutunun əsas məqsəd ...

AMEA-nın müxbir üzvü Pənah Muradov: Mikrobiologiya İnstitutunun əsas məqsəd ...

Biologiya və tibb elmləri
Akademik İRADƏ MƏMMƏD QIZI HÜSEYNOVA – 55

Akademik İRADƏ MƏMMƏD QIZI HÜSEYNOVA – 55

Biologiya və tibb elmləri, Təbriklər
Professor  FAİQ MƏMMƏDOV (1929-1987)

Professor FAİQ MƏMMƏDOV (1929-1987)

Başkeçid
AzTU-nun kafedra müdiri, İqtisad elmləri doktoru, professor Ramiz Kamal oğl ...

AzTU-nun kafedra müdiri, İqtisad elmləri doktoru, professor Ramiz Kamal oğl ...

AzTU, İqtisadiyyat
Professor ƏSGƏR ƏHMƏDOV (1963)

Professor ƏSGƏR ƏHMƏDOV (1963)

"XXI əsrin Ziyalıları", Başkeçid, Rusiya, Diaspora
Ruhun şad olsun, professor Veysəl İsayev!..

Ruhun şad olsun, professor Veysəl İsayev!..

"XXI əsrin Ziyalıları", Bolus, UNUTSAQ, UNUDULARIQ!....
“Müasir biologiya və aqrar elmlərdə innovasiyalar və qlobal çağırışlar” möv ...

“Müasir biologiya və aqrar elmlərdə innovasiyalar və qlobal çağırışlar” möv ...

Biologiya və tibb elmləri
Aftandil Qasım oğlu BABAYEV (1957)

Aftandil Qasım oğlu BABAYEV (1957)

"XXI əsrin Ziyalıları", Borçalı, İqtisadiyyat
KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ AQRAR UNİVERSİTETİN  TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATI MÜ ...

KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ AQRAR UNİVERSİTETİN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATI MÜ ...

Gəncə, Digər ali məktəblər
AMEA-nın İşlər İdarəsinin rəisi Fətəli Abdullayevin 50 yaşı tamam olur

AMEA-nın İşlər İdarəsinin rəisi Fətəli Abdullayevin 50 yaşı tamam olur

Digər bölmələr, Təbriklər
Azərbaycanın görkəmli botanik alimi Tofiq Məmmədovun 60 yaşı tamam olur...

Azərbaycanın görkəmli botanik alimi Tofiq Məmmədovun 60 yaşı tamam olur...

Biologiya və tibb elmləri, Təbriklər
Akademik Məmməd Salmanovun 85 yaşı tamam olur

Akademik Məmməd Salmanovun 85 yaşı tamam olur

Biologiya və tibb elmləri, Təbriklər, Qərbi Azərbaycan
ZOOLOGİYA İNSTİTUTUNUN 80 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ ELMİ KON ...

ZOOLOGİYA İNSTİTUTUNUN 80 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ ELMİ KON ...

Elm, Biologiya və tibb elmləri
AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Hindistanda I Beynəlxalq Aqrobiomüxtəli ...

AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Hindistanda I Beynəlxalq Aqrobiomüxtəli ...

Biologiya və tibb elmləri
Botanika İnstitutunun 80 illik yubileyinə həsr olunan beynəlxalq konfrans

Botanika İnstitutunun 80 illik yubileyinə həsr olunan beynəlxalq konfrans

Əsas xəbər, Elm, Biologiya və tibb elmləri
Azərbaycanlı alim Rusiyada Xəzər dənizinin rekreasiya zonasının ekoloji-gig ...

Azərbaycanlı alim Rusiyada Xəzər dənizinin rekreasiya zonasının ekoloji-gig ...

Biologiya və tibb elmləri
Allah rəhmət eləsin, Cəlal Əlirza oğlu Əliyev!..

Allah rəhmət eləsin, Cəlal Əlirza oğlu Əliyev!..

Əsas xəbər, Biologiya və tibb elmləri, "Zirvə", Nekroloqlar
Tanınmış alimlərin 100 illik yubileyi qeyd edilmişdir

Tanınmış alimlərin 100 illik yubileyi qeyd edilmişdir

Arxiv
Respublikamızda əhalinin etibarlı ərzaq təminatı strateji önəm daşıdığından ...

Respublikamızda əhalinin etibarlı ərzaq təminatı strateji önəm daşıdığından ...

"Zirvə"
Rəy yazın: