AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib

AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilibAMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilibAMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib 2017-ci il Martın 10-da
Azərbaycan Milli Elmlər Akademiyasının
Əsas binasında
AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının növbəti iclası
keçirilib.
Tədbirdə AMEA-nın prezidenti, vitse-prezidentləri,
akademik-katibi, elmi bölmələrin akademik-katibləri, elmi
müəssisələrin direktorları və Rəyasət Heyətinin məsul əməkdaşları
iştirak ediblər.


AMEA Rəyasət Heyətinin aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən ZiM.Az-a bildiriblər ki,
ilk olaraq AMEA-nın elmi müəssisələrində analitik cihazların səmərəli
istifadəsinin monitorinqinin nəticələri müzakirə olunub. Məsələ ilə
bağlı AMEA Rəyasət Heyətinin Fənlərarası Analitik Mərkəzinin baş
mütəxəssisi Arzu Əlizadə
bildirib ki, mərkəz ümumilikdə beş institutda
cihaz və avadanlıqların monitorinqini aparıb: “Cihazların real
vəziyyətini öyrənməkdə məqsəd institutları ISO 17025 standartının
tələblərinə uyğun akkreditasiyaya hazırlamaqdır” - deyən A.Əlizadə
monitorinqin AMEA-nın digər elmi müəssisələrində də keçiriləcəyini
qeyd edib.

Tədbirdə İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru
Fətəli Abdullayev
AMEA-nın Yüksək Texnologiyalar Parkında həyata
keçirilən layihələr, innovativ yeniliklərin istehsalatda tətbiqi
haqqında danışıb. F.Abdullayev həmçinin AMEA ilə Silahlı Qüvvələrin
Hərbi Akademiyası arasında elmi-texniki və təhsil sahələrində
əməkdaşlığa dair imzalanmış memoranduma əsasən yerinə yetirilən
layihələr üzrə sınaqların yekunlaşdığını bildirib.

Sonra Elm və Təhsil İdarəsinin Elmi-analitik şöbəsinin rəisi
Fail Kazımov
AMEA-nın dünyanın nüfuzlu elmi bazalarında, akademik sosial
şəbəkələrdə əsas göstəriciləri, "Thomson Reuters" beynəlxalq elmi
istinad indekslərinin elmimetrik verilənlər bazasından istifadənin
vəziyyəti ilə bağlı çıxış edib. Natiq AMEA-nın 2016-cı ilin
yekunlarına dair "Web of Science", "Scimago Journal & Country Rank" kimi
dünyanın nüfuzlu elmi bazalarında olan elmi analitik göstəricilər,
AMEA-nın beynəlxalq reytinqi haqqında məlumat verib, alimlərimizin
akademik sosial şəbəkələrdən istifadə vəziyyətinin araşdırıldığını
bildirib.
“Web of Science” bazasında 2016-cı ildə AMEA alimləri tərəfindən
427 elmi əsər dərc olunduğunu deyən F.Kazımov bunun respublika üzrə
“Web of Science” bazasına daxil olan elmi əsərlərin 56 faizini təşkil
etdiyini vurğulayıb. Natiq bildirib ki, AMEA “ScimagoInstitutionsRanking” bazasının araşdırmasına əsasən
5147 təşkilat arasında 672-ci, “RankingWeb of ResearchCenters” bazasının
araşdırmasına görə isə 7953 təşkilat arasında 1872-ci yerdədir.

Sonra Elm və Təhsil İdarəsinin rəisi, texnika üzrə elmlər doktoru,
professor Əminağa Sadıqov
AMEA-nın doktoranturasında 2016-cı ilin qış
imtahan sessiyasının yekunlarını təqdim edərək ixtisas, xarici dil və
fəlsəfə fənni üzrə doktorant və dissertantların doktorluq
imtahanlarının nəticələrini diqqətə çatdırıb. O həmçinin 2017-ci il
üçün fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və
dissertanturaya qəbulun gedişi barədə də məlumat verib.
Bildirib ki, AMEA üzrə cari il üçün fəlsəfə doktoru hazırlığı üzrə 99 nəfər, elmlər
doktoru hazırlığı üzrə 48 nəfər, dissertantura yolu ilə fəlsəfə
doktoru hazırlığı üzrə 136 nəfər, elmlər doktoru hazırlığı üzrə
76 nəfərin qəbul planı təsdiq edilib.
Akademiyada magistratura təhsili haqqında çıxış edən idarə rəisi
vurğulayıb ki, AMEA-nın ilk məzunları olacaq sonuncu kurs
magistrantlar elmi tədqiqat və elmi-pedaqoji təcrübəyə buraxılıblar.
Alim qeyd edib ki, institutların təhsil şöbələri rəhbərlik etdiyi
idarə tərəfindən dissertasiyaların hazırlanması və müdafiəsi ilə
əlaqədar bütün normativ sənədlərlə təmin olunublar.
Professor Əminağa Sadıqov dissertasiyaların müdafiəsi məqsədilə yaradılacaq
ixtisaslaşdırılmış şuralara müvafiq institutların təhsil şöbələrinin
rəhbərləri və Elm və Təhsil İdarəsinin Magistratura şöbəsinin rəisinin
də daxil edilməsinin vacibliyini vurğulayıb.

Tədbirdə Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, biologiya üzrə fəlsəfə
doktoru Esmira Əlirzayeva
AMEA-nın beynəlxalq proqramlarda iştirakı
haqqında danışıb. O bildirib ki, NATO-nun Sülh və Tərəfdaşlıq, Avropa
Komissiyasının Çərçivə və Horizon 2020, eləcə də Ukrayna Elm və
Texnologiya Mərkəzinin “Məqsədli Təşəbbüslər” proqramlarında Akademiya
əməkdaşları üçün xarici həmkarlarla müştərək layihələrdə işləmək üçün
şərait yaradılır. O, qeyd olunan proqramlar üzrə bir sıra intitutlarda
müxtəlif layihələrin icra olunduğunu, həmçinin UNESKO, Fulbrayt, DAAD
və İslam İnkişaf Bankının Təqaüd proqramlarının dəstəyi ilə doktorant
və gənc alimlərin qabaqcıl ölkələrin elmi təşkilatlarında tədqiqat
aparmaq, təcrübə keçmək, treninqlərdə və beynəlxalq elmi forumlarda
iştirak etmək imkanı əldə etdiklərini diqqətə çatdırıb.

İclasda AMEA-nın elmi müəssisə və təşkilatları arasında 2016-cı il
üçün “İlin ən yaxşı veb-saytı” nominasiyası üzrə qalib saytların
müəyyən olunmasına dair aparılan monitorinqin nəticələri də açıqlanıb.

AMEA Rəyasət heyəti aparatı İctimaiyyətlə əlaqələr və elmin
populyarlaşdırılması idarəsinin rəis müavini Ülviyyə Rzayeva

ümumilikdə akademiyanın 6 elmi bölməsi üzrə 40 institut və təşkilatın
rəsmi informasiya resursunun analiz edildiyini bildirib: “Monitorinqin
aparılmasında əsas məqsəd “İnformasiya əldə etmək haqqında” Qanunun
tələbləri baxımından AMEA-nın elmi müəssisə və təşkilatlarının
saytlarında informasiyaların, həmçinin müraciətlərin kəmiyyət
göstəricilərini nəzərə almaqla, mövcud vəziyyəti araşdırmaq, o
cümlədən saytların fəaliyyətini stimullaşdırmaq, elmin
populyarlaşdırılması və kütləvi təbliğində xidmətləri olan
jurnalistləri, yaradıcı kollektivi həvəsləndirməkdir.

Daha sonra AMEA-nın elmi müəssisələrində kadr intizamının vəziyyəti
müzakirə edilib. Hüquq və Kadrlar İdarəsinin rəisi, hüquq üzrə fəlsəfə
doktoru Rasim Ağasiyev
məsələ ilə bağlı institut və təşkilatlarda
seminarlar təşkil olunduğunu bildirib. O, müəssisələrdə aparılan
yoxlamaların nəticəsini təqdim edərək bu istiqamətdə tövsiyələrini
verib.

Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: