Coğrafiya İnstitutunda Xocalı faciəsinin 28-ci ildönümü qeyd edilib. Elm » Digər bölmələr 28 Şubat 2020-ci il fevralın 27-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda Xocalı faciəsinin 28-ci ildönümü qeyd edilib.Tədbirdə AMEA Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin sədri, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov da iştirak edib.Əvvəlcə Xocalı faciəsinin qurbanları bir dəqiqəlik sükutla yad edilib. İnstitutun direktoru, akademik Ramiz Məmmədov bildirib ki, Azərbaycan türklərinə qarşı törədilən Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələri və beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Faciə ilə bağlı dəhşətli faktlar dünya ictimaiyyətinə çatdırılıb və çatdırılmaqda davam edir. Artıq milyonlarla insan dünyanın müxtəlif guşələrində erməni təcavüzkarlarının iç üzünü tanıyır. Xocalı soyqırımının dünyanın hər yerində tanınması, cinayətkarların cəzalandırılması, siyasi və qanuni qərarlar qəbul edilməsi üçün Azərbaycan dövləti tərəfindən lazım olan bütün işlərin görüldüyünü deyən akademik faciəni törədənlərin gec-tez Beynəlxalq Tribunal qarşısında duracağına ümid bəslədiyini dilə gətirib.İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Xanım Rzazadə “Xocalı yaddaşımız” mövzusunda təqdimatla çıxış edərək faciənin yaranma səbəbləri, tarixi, nəticələri barədə danışıb. O bildirib ki, Ermənistan muxtar bölgədə yeganə hava limanı olan və dəmir yolunun keçdiyi strateji əhəmiyyətə malik Xocalını əvvəllər də işğal etmək üçün buraya hücumlar etmiş, dəfələrlə Qarabağın taleyini dəyişdirmək üçün tədbirlər görmüşdü. Keçmiş sovet qoşunlarından alınmış hərbi texnikanın və hərbçilərin köməyi ilə gözü qızmış ermənilərin Xocalıya budəfəki hücumu əsl soyqırımı ilə nəticələndi. Bu amansız qırğının əsas məqsədi isə psixoloji təzyiqlə azərbaycanlıları qorxutmaq və zəiflətmək olub.Professor H.Qurbanov çıxış edərək o vaxtlar bölgədə olarkən gördüyü, şahidi olduğu hadisələrdən söhbət açıb. O, mərd və cəsarətli Xocalı camaatının ermənilərə “qan uddurduğunu”, separatçıların gələcək məqsədlərinə nail olmalarına böyük maneə törətdiklərindən onları xüsusi amansızlıqla məhv etdiklərini diqqətə çatdırıb. Eyni zamanda bildirib ki, Xocalıda həlak olanların sayı göstərildiyi kimi 613 deyil, 763 olub.İnstitut Həmkarlar Təşkilatının sədri, c.ü.f.d. Habil Haqverdiyev qeyd edib ki, Xocalı faciəsini gələcək nəsillərə çatdırmaq, şəhidlərini daim anmaq, onlara rəhmət diləmək Azərbaycan xalqının mənəvi borcudur.Sonra Cİ-nin şöbə müdiri, a.ü.f.d. Ənvər Əliyev Xalq Cəbhəsinin üzvü kimi Xocalı faciəsi zamanı qurumun və özünün fəaliyyətindən danışıb.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.