Eşit harayımı MÜŞFİQ ÇOBANLI!.. Darvaz, Arxiv, Müşfiq Borçalı 21 Ocak QOPUZ QUNDAĞINDANQOPAN BİR HARAY“Çağdaş Borçalı ədəbi məktəbi” kitabının müəllifi, gənc alim Müşfiq Çobanlıya sayğılarımı sunuram.Hər səni ananda el düşür yada,Döndərir Borçalım kamana məni,Varlığım kabab tək bürünür oda,Ağladır, sızladır zamana məni.Sən hələ cavansan, eh, nə yaşın var,Zirvələr yolçusu könül quşun var,İrəldə həyatla çox savaşın var,İllər eyləyibdir virana məni.Budur, qarşımdadır ilk böyük işin,-Sənət dünyasıdı sərraf gəzişin...Qardaşım, mübarək bu yüksəlişin,Çəkdin dağa məni, arana məni...El-oba qayğılı, a cavan alim,Duyğulu qəlbin var,mehriban həlim...Vətən! Vətən! -deyə tütüyən dilimDöndərib dilində dastana məni.Xəyalım oynadı, qalxdı yerindən,Keçdi ana yurdun xeyir-şərindən;Mən səni duymasam belə dərindənEllər tay utmazdı sarbana məni.Ucal yüksəklərə, en dərinlərə,Ovu bərəsində vurmalı hərə,Nə deyim kəmfürsət ötən illərə,Yetirməz o gedən karvana məni...Bəzən tüğyan edir ağrım, əzabım,Dönür ağzı üstə könül rübabım,Yazılıb-pozulan ömür kitabıDöndərib dəli bir ozana məni.“Ayrılıq yayalığı”, “Sevgi dəftəri”...Azman bir oğuzun əvgü dəftəri...Qoy yansın şerimin ülgü dəftəri,Çəkib çıxarmasa bir yana məni.Gəldi qəhri-qəza düşdük çöllərə,Əlim yetişmədi doğma ellərə,O vaxtsız saralıb solan güllərəBu qürbət eyləyib “Divanə” məni.Mən ömrü odlara yaxıb gəlmişəm,Qopuz qundağından çıxıb gəlmişəm,O qəlbi dağlardan axıb gəlmişəm,Tale qovuşdurub ümmana məni.Bu incə sənətin cəfası böyük,Səması misilsiz, şəfası böyük,Olsun bu qələmim qoy bölük-bölükƏgər göstərməsə cahana məni.Eşit harayımı Müşfiq Çobanlı,Bir ömür yaşadım ahlı amanlı,Vətəndə bir dağdı başı dumanlı,Bu qürbət döndərdi dumana məni.Acı bağırsaq tək uzandı şerim,İtirməz, bilirəm, qazandı şerim,Saraclı, elə bil talandı şerim,Dost möhtac etdikcə yamana məni.Nizami SARACLI,Beynəlxalq Poeziya müsabiqələrinin qalibi, “Qızıl Qələm” və “Abdulla Şaiq” mükafatları laureatı, “Şöhrət” ordenli şair.BORÇALIMənim ilk şeirlərimin çapında böyük əməyi olan, gənc yazarlara böyük və əvəzsiz xidmətlərini heç zaman unutmadığım, əziz qələm dostum Müşfiq Çobanlının “Ağır elli Borçalı” kitabını oxuduqdan sonra bu şeir yarandı.Yayılıb hər yana səsin-sorağın,Gəzəydim qoynunda sənin, Borçalı.Ətirli gülünü öz əllərimləÜzəydim qoynunda sənin, Borçalı.Axır gözlərindən yaşı bulağın,Bilinməz neçədi yaşı bulağın,Günəşdən rəng alır daşı bulağın,Gəzəydim qoynunda sənin, Borçalı.Gözəldir bu elin yaşıl meşəsi,Ucalır göylərə quşların səsi,Laçın oylağıdır sərin guşəsi,Gəzəydim qoynunda sənin, Borçalı.Gözəl mənzərəni seçə biləydim,Bu eldən o elə köçə biləydim,Şəfalı suyundan içə biləydim,Gəzəydim qoynunda sənin, Borçalı.Göyün üzündəki qara buludlar,Vurubdur qəlbimə yara buludlar,Kədərlə dağılır hara buludlar,Gəzəydim qoynunda sənin, Borçalı.Başını qar alıb uca dağların,Meyvəsi bol olur yaşıl bağların,Nə gözəl görünür axşam çağların,Gəzəydim qoynunda sənin, Borçalı.Dilarə ŞAHİDQIZI,“Qızıl Qələm” və “Abdulla Şaiq” mükafatları laureatı,Nəğməkar şairə.MÜŞFİQ Müşfiq Çobanlının “Ağır elli Borçalı” kitabını oxuyarkən.Əl atıb bağından bir bar dərmişəm,Bu sovqat mənə ilk nübardı, Müşfiq.Fidan arzuların boy atan zaman,Fərəhdən ürəyim qabardı, Müşfiq.Oxuyub kitabın öpüb qoxlaram,Əziz canım kimi təmiz saxlaram.İlhamım dil açıb coşub çağlaram,Aldı fikir məni apardı, Müşfiq.Şair Xıdır ömrü sözə bağladı,İllər ötdü, kədər onu haqladı.Tutuldu yolları, gizlin ağladı,Nicat yolun sizdə tapardı, Müşfiq.Xıdır ORUCOĞLU,“Qızıl Qələm” və “Abdulla Şaiq” mükafatları laureatı,Azərbaycan Jurnalistlər Birliyinin üzvü.“Addımlar” Poeziya toplusu, N: 2, B., 1995.ATA YOLU"Şərqin səsi" qəzetində professor Mədəd Çobanov və onun oğlu Müşfiq Borçalı haqqında yazılanları oxuduqdan sonra onların vətənpərvərliyinə, Vətən sevgisinə, ata oğulun getdiyi elm yoluna qibtə edib bu şeiri onlara ərməğan edirəm.Oxudum "Təhsil"i, "Şərqin səsi"niOrdaca götürdüm mən öz bəsimi,Daha dinəmmədim, xəcalət çəkdim,Susub çıxartmadım bir də səsimi.Dedim yetmiş ildə nə bilirəmmiş?Sən demə, heç nə mən heç bilmirəmmişMədəd Çobanovla Müşfiq BorçalıElm aləmində bir alim imiş.Kim söylə, elini bu qədər sevərGünah olmasaydı indiki əgərMədəd Çobanovla, Müşfiq BorçalıÇıxarıb köksündən ürəyin verər.Gəzib bölgələri bir qarış-qarışGejəli-gündüzlü edib axtarış.Mənasın öyrənib toponimlərinQədim deyimləri üzə çıxarmış.Bax, budur tədqiqat, bax budur təhsil,Yersiz özün öyüb bağırmaq deyil.Əgər Müşfiq kimi oxusa hər kim,O da Müşfiq kimi olacaq kamil.Nümunə götürüb Mədəd müəllimdənKimlər qavrayarsa elmi dərindən,Zəhmətə qatlaşıb çalışsa əgər,Təşəkkür alacaq o da elindən.Qeyrətli kişinin qeyrətli oğluMüşfiq tək gedər bir ata yolu.Vətənə həsr edib qiymətli anın,Elmin təhsilin olar bir qulu.Mədəd Çobanov alim,Sevir Borçalı elin.O dilçi, türkoloqdur,Sevir öz ana dilin.Müşfiq adlı bir oğluOlub elmin qulu.Sadiq olub VətənəGedir o ata yolu.Ona deyim uğurlarİrəlidə çox iş var.Bu işləri görməyəTale olsun ona yar. P.S. :Üzün görmədiyim ay Müşfiq müəllim,Bu şeiri yaltaqlıq bilmə mən ölüm,Yetmişi keçibdir yaşım bir ildir,Mənim salamımı atana bildir.Hayıf müəllimim olmayıb mənim,Olsaydı Sizin tək olardım alim.Xanlar Soltan oğlu MƏMMƏDOV,Göyçay rayonu Bığır kəndi, müəllim.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.