Dosent Mütəllim Rəhimov: "Müəllimə olan ögey münasibət təhsilimizin səviyyəsinin xeyli aşağı düşməsinə səbəb olur..."

Dosent Mütəllim Rəhimov: "Müəllimə olan ögey münasibət təhsilimizin səviyyəsinin xeyli aşağı düşməsinə səbəb olur..." 1.Zəhmət olmazsa, özünüzü təqdim edərdiz.
- Mən Mütəllim Rəhimov. Bakı Avrasiya Universitetinin Regionşünaslıq və iqtisadiyyat fakültəsinin dekanı,
fəlsəfə elmləri namizədi, dosent.


2.Sizin fikrinizcə hansı müəllim yaxşı müəllim hesab olunur?

- Bu maraqlı sualdı. Ümumiyyətlə yaxşı müəllim anlayışı əslində nisbi bir anlayışdır. Cəmiyyətdə bəzən bir auditoriyada görürsən ki, kimlər üçünsə yaxşı olan müəllim başqaları üçün yaxşı müəllim hesab olunmur.Eyni auditoriyada hamını razı salmaq mümkün deyil.Bəzən elə müəllimlər var tutaq ki, yaxşı oxuyan tələbələr tərəfindən böyük rəğbətlə qarşılanır, lakin yaxşı oxumayan tələbələr tərəfindən sevilmir, və yaxud əksinə də baş verə bilir. Amma biz bütövlükdə tələbələrin baxış bucağından çıxış edərək müəllimlərə obyektiv qiymət verə bilmirik.

3.Azərbaycanda təhsil infrastrukturu sizcə hansı səviyyədədir?
- Ümumiyyətlə belə götürsək, əgər biz öz işimizdən razıyıqsa və çalışdığımız sferada hər şeyin yaxşı olduğunu deyiriksə, deməli qüsur və nöqsanlar içində çabalayırıq. Buna görə də hər bir insan əgər gələcəyə iddiaları böyükdürsə, özünün çalışdığı yerə tənqidi münasibət göstərməlidir, sağlam tənqidi düşüncəyə malik olmalıdır. Mənim düşüncəmə görə, cəmiyyətin və dövlətin inkişafı üçün iki ixtisas sahiblərinə xüsusilə diqqət yetirilməlidir. Bunlar müəllimlər və həkimlərdir.Vaxtilə böyük filosoflardan biri deyirdi ki, “Əgər siz cəmiyyətin maddi və mənəvi durumunu qiymətləndirmək istəyirsinizsə, müəllimin vəziyyətinə baxın.” Əgər müəllim yaxşı yaşayırsa, maddi və mənəvi düşüncəsi necədirsə, deməli cəmiyyət də o səviyyədədir.İndiki məqamda mənim fikrimcə bizim təhsildə ən böyük çatışmamazlıq müəllimə münasibətdir. Müəllimə olan ögey münasibət təhsilimizin səviyyəsinin xeyli aşağı düşməsinə səbəb olur.

4.Hər bir sahədə olduğu kimi təhsildə də motivasiya önəmlidi.Bizim universitetdə təhsilə yönəlik hansı motivasiya tədbirləri həyata keçirilir və sırf Mütəllim müəllim tələbələrini təhsilə necə həvəsləndirir?

- Ümumiyyətlə, bu motivasiya məsələləri iki aspektdən qiymətləndirmək lazımdır. Bunlardan birincisi, müəllimin dərs zamanı tələbələri motivasiya etməsidir.Burada təbii ki, biz tələbələrə hər hansısa hədiyyələr təqdim edə bilmərik və maddi baxımdan onun biliklərinin əvəzində nəsə qiymətləndirə bilmərik.Burada dərslərə münasibətin qiymətləndirilməsi və bunun üçün pedaqoji yanaşmalardan söhbət gedir.İkincisi isə bütövlükdə universitetin özünün yanaşması, Təhsil Nazirliyinin tədris prosesinə yanaşmasıdı. Məsələn, Bakı Avrasiya Universiteti elan edib ki, universitet üzrə ən yüksək bal toplamış tələbəmiz təhsil xərclərindən azad olunur və adlı təqaüd verilir. Bizim universitetdə tanınmış filosof, fəlsəfə elmləri namizədi, professor Cəmil Əhmədli adına adlı təqaüd təsis olunub. Digər tərəfdən biz əlaçı və zərbəçi tələbələrə təhsil haqqının müəyyən hissəsindən güzəşt şansı tanımışıq. İxtisaslar üzrə ən yüksək bal toplamış tələbələrə Təhsil Nazirliyi tərəfindən təqaüd təmin olunur. Bu da hesab edirəm ki, ən yaxşı motivasiyalardan biridi.

5. Təkamül nəzəriyyəsini bir zəncirə bənzədən Darvin sizin fikrinizcə zəncirin əvvəlini yaddan çıxarmamışdır ki?
- Maraqlı sualdı. Ümumiyyətlə biz fəlsəfəni tədris edərkən tələbələrimizə yeni bir yanaşma təklif edirik. Fəlsəfə ilə tanış olana qədər məsələn tələbələr deyirlər ki, "bu sarı rəngdir. Bu ağ rəngdi, ağdır." Konkret olaraq qərar verirlər. Biz fəlsəfədə deyirik ki, "iki vur iki dörd də ola bilər." Müəyyən məsələlərlə bağlı yekun nəticəni tələbələrin öz üzərinə buraxırıq.Bu fəlsəfə yaranandan üzü bəri belədir. İlkin olaraq nə yaranıb?, ideya yaranıb?, yaradan var?, yoxsa hər şey öz-özünə yaranıb? Təbii ki, filosoflar bu suallara cavablarına görə də iki qrupa ayrılırlar: Materialistlər və idealistlər.Mən məsələn Darvinin təkamül nəzəriyyəsinə qiymət versəm bu iki baxış bucağından birini bölüşmüş olacağam. Mənimlə bu fikrdə razılaşanlar da ola bilər, razılaşmayanlar da. Ona görə də bu məsələlər sübut olunmayana qədər dəqiq bir söz söyləmək mümkün deyil.

6.Qəzetimiz haqqında fikirləriniz nələrdir?
Mən bir müddət jurnalistlərə dərs keçmişəm. Bu gün də dərs keçdiyim tələbələr ölkənin ayrı-ayrı televiziya, radio və ya internet saytlarında işləyirlər. Sizin qəzetinizə də uğurlar arzu edirəm. Medianın müqəddəs vəzifəsi olan informasiyanı yaymaq və çatdırmaq istiqamətində uğurlar diləyirəm.

"SALDO"

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: