Qafqaz Universitetinin rektoru, təcürbə keçəcək tələbələrlə görüşdü

Qafqaz Universitetinin rektoru, təcürbə keçəcək  tələbələrlə görüşdü Qafqaz Universitetinin rektoru, professor Havar Məmmədov universitetin akt zalında bu il pedaqoji fakultədən məzun olacaq və eyni zamanda Bakı və Abşeron ərazisində yerləşən məktəblərdə pedaqoji təcürbə keçəcək 300 nəfərə yaxın tələbə ilə görüşüb.

Görüş zamanı çıxış edən professor Havar Məmmədov nitqində professor müəllim tələbə heyətinə, ulu öndər Heydər Əliyevin müəllim haqında söylədiyi gözəl kəlamları xatırladıb.

Ulu öndər Heydər Əliyev deyirdi: “Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olma-yaraq, bütün nailiyyətlərimizə görə, müəllimə borcluyuq.”


Qafqaz Universitetinin rektoru, təcürbə keçəcək  tələbələrlə görüşdü Qafqaz Universitetindən ZiM.Az-a bildiriblər ki, professor Havar Məmmədov çıxışında öz həyatında yaşadığı tələbəlik illərindəki təcürbə keçdiyi günlərdən, dövlətimizin ölkəmizdə təhsil sahəsindəki apardığı pedaqoji təhsil islahatların aparılmasından, pedaqoji fəaliyyət strategiyasından, müəllim mənəviyyatından, müəllimin cəmiyyətdə nümunəvi şəxsiyyət kimi seçilməsindən bəhs edib. Rektor bu il məzun olub pedaqoji fəaliyyətlə məşğul olacaq tələbələrə üzünü tutaraq, “Müəllim necə olmalıdır?” - sualının cavabını təcürbəli pedaqoq kimi, uzun illər ömrünü təhsil sahəsinə həsr edən şəxs kimi gənc pedaqoqlara məsləhətlər verib.

Müəllim xüsusi hazırlıq keçmiş və pedaqoji fəaliyyətlə peşəkarcasına məşğul olan insandır. Yalnız o, pedoqoji biliklərə müvafiq olaraq hərəkət etməyi bacarır, öz peşə borcunu keyfiyyətlə icra etmək üçün müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Bəzən el arasında müəllimi ikinci valideyn adlandırırlar. Müəllim elə bir şəxsdir ki, uşaq altı yaşına kimi valideynin himayəsində, altı yaşdan sonra həm valideynin, həm də müəllimin himayəsində olur. Bu baxımdan da müəllim uşaqla olan təmasına xüsusi fikir verməli, uşaqlarla necə davranmaq lazım olduğunu bilməlidir. Müəllim üçün bir sıra sahələr var ki, onları bilməsi vacibdir. Məsələn, müəllim psixologiya sənətini bilməli, pedaqogika sahəsində bilikləri olmalı, idarəedici və təşkilatçılıq bacarıqlarına malik olmalıdır.

Daha sonra söz alan universitetin Pedaqoji kafedrasının müəllimi, Azərbaycan Respublikası Təhsil Şurasının sədri, Əməkdar elm xadimi professor Əjdər Ağayev gənc məzun olacaq tələbələrə belə xitab edib: “Sizlər artıq müəllimsiniz. Əziz gənc müəllimlər pedaqoji fəaliyyətiniz dövründə calışın müəllim adını, şərəfini uca tutun... Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır. Bu yolda gənc pedaqoqlara uğurlar arzulayıram."

Daha sonra söz universitetin psixoloqu Hüseyin Xəlilova verilib. Psixoloq çıxışında tələbələrə təcürbə keçmələri üçün uğurlar arzulayıb. O, deyib: "Psixologiya müəllimə hər zaman lazım olur, çünki müəllim tələbələrlə təmasda olduğu zaman psixoloji durumlarda necə hərəkət edəcəyini bilməlidir. Psixologiya sahəsi müəllimin ən yaxın dostu olmalıdır. Bu sahəni bilməyən müəllim öyrəncilərə zəngin bilik vermək qabiliyyətində ola bilməz. İdarəedicilik və təşkilatçılıq psixologiya müəllim üçün vacib olmalı sahələrdən biridir."

Tədbir “Təcrübə vaxtı nələrə diqqət olunacaq”, “Necə dərs deyilməlidir” mövzusunda təcürbəli müəllimlərin çıxışları ilə sona çatıb.

Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: