Həbibə öz növbəti uğuru ilə bizi yenə sevindirib --- 20 Mayıs Mayın 3-də Bakıdakı “Gülüstan” sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə Təhsil Naziri Mikayıl Cabbarov ulu öndər Heydər Əliyevin təhsil fəlsəfəsinin bu gün də öz bəhrəsini verdiyini və təhsilin bütün səviyyələrində uğurların əsasını təşkil etdiyini vurğulayıb. Nazir qeyd edib ki, gənclərimizin əsl vətəndaş kimi yetişdirilməsi üçün hər bir məktəblinin vətənə məhəbbət ruhunda tərbiyə olunması, milli özünüdərk və milli iftixar hissinin aşılanması mühüm əhəmiyyət kəsb edir. “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 6 nəfər I,9 nəfər II,15 nəfər III dərəcəli diplomla, 23 nəfər isə tərifnamə ilə təltif olunub.Müsabiqə qaliblərinə diplomlar və qiymətli hədiyyələr təqdim edilib. “Ən yaxşı təqdimat” müsabiqəsində təcrübəli təhsil işçisi Mehparə Mansurovanın rəhbərlik etdiyi bizim 231 N-li orta məktəbin XI sinif şagirdi Həbibə Cabbarova da iştirak etmiş və II yerə layiq görülmüşdür.Onu da qeyd edək ki, Həbibə öz uğur və nailiyyətləri ilə bizi dəfələrlə sevindirib.Fəxrimiz olan Həbibəni ürəkdən təbrik edir və ümid edirik ki, o, yeni-yeni uğurları ilə müəllimlərini, valideynlərini, dostlarını sevindirəcək.Vəsxanım ƏSƏDOVA,Bakının Pirallahı rayonundakı 231 №li orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi. . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.