Savalan Mirzəyev: “Akmamed İmamquliyev siyasətçi deyil” --- 31 Ekim Artıq oktyabrın 21-də keçirilən yerli özünü idarəetmə oqanlarına seçkilər başa çatıb, lakin seçkilərlə bağlı bir çox suallara hələ də cavab verilməyib. Oxucular GAXA.ge saytına yazıblar ki, parlamentin deputatı və bir siyasətçi kimi keçən il Qardabanidən majoritar deputat seçilən Savalan Mirzəyevdən bəzi suallara aydınlıq gətirmək və bizə ünvanlanan suallara cavab almaq üçün Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyevə müraciət edək.- Gürcüstan parlamentinin deputatı və “Gürcü Arzusu-Demokratik Gürcüstan ” partiyasının ən fəallarından biri kimi siz mətbuat üçün seçkilərdə irəli sürülən namizədlərlə bağlı dəfələrlə açılamalar vermişdiniz. Sizə ünvanlalan son suallardan biri “Avropalı Gürcüstan” partiyasından Marneuli şəhər meri vəzivəsinə namizəd olan Əhməd İmamquliyev haqqında idi. Siz vurğulamışdınız ki, onun seçkilərdə namizəd kimi məğlubiyyətinə üç ay qalıb. Bu açıqlamanı nəyə əsaslanaraq demişdiniz?- İlk növbədə Gürcüstanda yaratdığınız və birinci addımınızdan başlayaraq oxucuların, həm də bir oxucu kimi mənim də marağıma səbəb olan GAXA.ge saytının fəaliyyətə başlaması münasibətilə sizi təbrik edirəm. Fürsətdən itifadə edib mənə sual ünvanladıqlarına görə oxuculara təşəkkür edirəm.- Bəli, mən Akmamedin məğlubiyyəti ilə bağlı fikirlərimi əvvəlcədən söyləmişdim. Çünki bunu bilmək üçün hansısa xüsusi qüvvəyə malik olmağa ehtiyac yoxdur. Mən müşahidələrimə əsasən, onun resurslarını əvvəlcədən bilirdim və Akmamedin nəyə qadir olduğu mənə bəlli idi.Akmamed İmamquliyev siyasətlə məşğul deyil. O, sadəcə siyasi alverlə məşğuldur. Bunu hər kəs, hətta onun seçiciləri və ətrafına topladığı komandası da gözəl bilir. Siyasi şou yaratmaq cəhdləri, özünün şər, böhtan dolu çıxışlarla məşğul olması, ucuz reklamlar və s. bütün bunlar Akmamedin ilk məğlubiyyət göstəriciləridir. Akmamed 2014-2016-cı illərdə seçkilərdə iştirak edəndə topladığı səsləri öz resursu kimi qəbul etdi, ancaq düşünmədi ki, bu səslər həmin dövrdə onu deputatlığa təqdim edən Vahid Milli Hərəkat partiyasının küncdə-bucaqda qalmış son nüfuzu idi. Bu səslər Akmamedin xalq arasında olan nüfuzuna görə verilməmişdi.Sonra nə gördük? Akmamed həmin partiyanı tərk etdi və partiyadan ayrılmış bir qrup insanların təhrikiylə “Avropalı Gürcüstan” partiyasına daxil oldu. Sual yaranır: nədən? Çünki yeni yaradılan partiyanın maddi dəstəyi var idi. Akmamedə nə lazım idi? Əlbəttə, pul! Onu da əldə etdi və seçkinin sonunda namizəd kimi topladığı səsləri də gördük.- İkinci suala cavab olaraq siz vurğulamışdınız ki, Ə.İmamquliyevi bir siyasətçi kimi qəbul etmirəm.- Imamguliyevi bir siyasətçi kimi tanımadığıma gəlincə, yenə də deyirəm ki, mən onu siyasətçi kimi qəbul etmirəm. Çünki bu insanın siyasi bir keçmişi yoxdur və olmayıb. Bildiyimiz kimi, siyasi partiyalar namizəd seçərkən hər bir namizədin qabiliyyətini və onun harada daha yaxşı təmsil olunacağını düşünüb qərar vürirlər. Ancaq biz nə gördük? Akmamed 2014-cü ildə icra başçısı vəzifəsinə namizəd oldu, 2016-cı ildə parlament üzvlüyünə, 2017-ci ildə isə Marneuli meri vəzifəsinə namizəd irəli sürüldü. Sual meydana gəlir: Bu vəzifələrə namizəd olaraq təmsil etdiyi partiya sadəcə Akmamedimi görürdü, yoxsa, partiyada gedən kirli proseslərin yeganə icraçısı Akmamedmi olmalıydı? Deməli, bu adam harada təmsil olunacağı yeri bilmir. Mən o üzdən də İmamquliyevi siyasətçi olaraq qəbul etmirəm. Çünki siyasətçi, siyasi proseslərin iştirakçısı, aktiv ictimaiyyətçi olan şəxs heç vaxt milli zəmində qarşıdurmaya gətirib çıxaran məsələlər qaldırmamalıdır. Çox təəssüflər olsun ki, Akmamed İmamquliyev sadəcə milli zəmində səs toplamaq istəyir, ona görə də mən o insanı siyasətçi kimi qəbul etmirəm. Sonda onu da bildirmək istəyirəm ki, əlində telefon tutaraq qapı-qapı gəzən Akmamed İmamquliyev oktyabrın 19-da Qızılhacılı kəndində baş verən insident nəticəsində yaralanmış gənclərin heç birini ziyarət etmədi. Bunu deməkdə məqsədim odur ki, o, ilk öncə özünün insani borcunu yerinə yetirməliydi və gəlib ağır vəziyyətdə olan şəxslərin vəziyyətinin necə olduğu ilə maraqlanardı. Ancaq o, bunu etmədi və bu da əhali arasında mənfi qarşılandı. Yenə də deyirəm, Akmamed siyasətçi deyil!GAXA.ge. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.