AzTU-nun infiraksturunun müasirləşdirilməsi və inkişaf etdirilməsi işləri başa çatdırılmışdır

AzTU-nun infiraksturunun müasirləşdirilməsi  və inkişaf etdirilməsi işləri başa çatdırılmışdır Məşhur memar, akademik Mikayıl Useynovun
layihəsi əsasında inşa edilən Azərbaycan
Texniki Universitetinin (AzTU) binasının
ölkəmizin yeni təmaüllü ali təhsil ocağı kimi
istifadəyə verildiyi vaxtdan 65 il ötür.
Burada həyata keçirilən tikinti-quraşdırma
işlərinin bütün mərhələləri ömrünün
38 ilini həmin Universitetə həsr etmiş və hazırda
AzTU-nun baş mühəndisi vəzifəsində çalışan
Söhrab Qurbanovun gözləri qarşısında
baş vermişdir.
O, ötən illəri belə xatırlayır:

-Universitetin açıldığı ilk il tədris prosesi burada bir korpusdan ibarət əsas binada keçirilirdi. İndi belə binaların sayı çoxdur. İllər örtdükcə Universitet üçün yeni tədris binaları tikildi. Avtomatika və Hesablama texnikası fakültəsi üçün ümumi sahəsi 13 min kvadrat metrdən ibarət yeni tədris-lobarotoriyası binası istifadəyə verildi. Sonradan tədris binaları arasında keçidlər inşa edildi.
Ötən illər ərzində Universitetin kitabxana fondu yerləşən 7-ci tədris binası və ardınca 8-ci tədris korpusu inşa olundu. Bunlardan əlavə Universitetin ərazisini abadlaşdırmaq məqsədilə 11 min kvadrat metrdən çox asfalt-beton örtüyü salındı. Tədris binaları mühəndis qurğularla təmin edildi, yeni istilik, su, konazasiya xətləri çəkildi. Binalar telemüşahidə, internet xidməti, yanğına qarşı mühafizə vasitələri ilə təmin olundu.
AzTU-nun infiraksturunun müasirləşdirilməsi  və inkişaf etdirilməsi işləri başa çatdırılmışdırSon illər ərzində inşa edilən binaların dayanıqlıqlığının uzun müddət saxlamasını, təhlükəsiz istismarının təmin edilməsi məqsədilə Fövqalədə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin İnşaat və Memarlıq Elmi Tədqiqat İnstitutunun rəyi alındı. AzTU-nun əsas tədris binasının müstəvi şəkildə olan dam örtüyü cardaq şəkilli örtüklə əvəz edildi. Burada həmçinin tədris binalarının əsaslı təmiri, yenidənqurma və bərpa işləri, əsas yükdaşıyan konsturusiyaların gücləndirilməsi, memarlıq və tamamlama işləri, mühəndis qurğuları, binaların fəsadlarının aqlay tavalarla üzlənməsi işləri müvafiq layihə-smeta sənədləri əsasında həyata keçirildi.
Universitetin əsas binasını və digər binaların düzgün istismar olunması, qorunub saxlanması inzibati-təsərrüfat işçilərinin, eləcə də digər əməkdaşların əsas vəzifələrindən biri kimi daim diqqət mərkəzində saxlanılır.
Hazırda bizi bir məsələ narahat edir. Bu da Universitetdə qazanxana təsərrüfatının olmamasıdır. Düşünürəm ki, bu problem də qarşıdakı illərdə həll ediləcəkdir.
Hazırda bizim qarşımızda duran başlıca vəzifə dövlət qayğısı sayəsində AzTU üçün yaradılmış əsas fondları qorumaq, onlardan daha dolğun və məqsədyönlü istifadə etmək vəzifəsi durur. Hər birimiz çalışmalıyıq ki, bu vəzifəni layiqincə yerinə yetirək.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: