AD GÜNÜN MÜBARƏK, CAMBUL MƏMMƏDLİ!

AD GÜNÜN MÜBARƏK, CAMBUL MƏMMƏDLİ! AD GÜNÜN MÜBARƏK, CAMBUL MƏMMƏDLİ! AD GÜNÜN MÜBARƏK, CAMBUL MƏMMƏDLİ! Sona qalan dostların xası.
Dürüstlüyün və sədaqətin
simvolu Cambul Məmmədli,
doğum günün mübarək olsun!..
Gəlib üzbəüz təbrik edəmmədim,
amma hədiyyəlik şeirini
bir daha ərmağan edirəm.



BİLDİRMƏ

(Dostum Cambul Məmmədliyə)

A düz adam, tərs adama
Düz olduğunu bildirmə.
Bir gündə yüz doluxsunub,
Min dolduğunu bildirmə.

Bildirmə saf olduğunu,
Əhli-kitaf olduğunu,
İçində saxla ahını,
Tək qaldığını bildirmə.

Aşkar ağlama qəhərdən –
İgid (!) yıxılar yəhərdən.
Gecəni yıxan səhərdən
Dərs aldığını bildirmə.

Dağ suyu tək duru adam,
Yaradanın nuru adam,
Qanadını qoru, adam,
Ucaldığını bildirmə...

Rafiq HÜMMƏT.


REDAKSİYADAN:

Biz də Rafiq qardaşımızın
bu səmimi təbrikinə qoşulur,
istedadlı qələm sahibi,
bacarıqlı tərcüməçi, ən əsası,
vətənpərvər, yurdsevər
və gözəl insan
CAMBUL MƏMMƏDLİni
AD GÜNÜ münasibətilə
ürəkdən təbrik edir,
ona uzun ömür,
möhkəm cansağlığı,
şəxsi həyatında və
yaradıcılıq fəaliyyətində
yeni-yeni uğurlar
arzulayırıq!..

Müşfiq BORÇALI.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: