RUHUN ŞAD OLSUN, MƏCİD BORÇALI!..

RUHUN ŞAD OLSUN, MƏCİD BORÇALI!..
RUHUN ŞAD OLSUN, MƏCİD BORÇALI!..
(1947-1987)

Qədim saz-söz yurdu Borçalı mahalının
istedadlı qələm sa­hiblərindən biri də
həyatdan nakam köçmüş mərhum
şai­rimiz Məcid Borçalı idi.

O, 1989-cu ildə vəfat etsə də,
ya­di­gar qall­mış poe­ziya çələngi
bu gün də Borçalı şeirse­vənlə­rinin
dillər əz­bəri­dir.
Təvazökarlıqdan uzaq olsa da,
qeyd etmək istə­yirəm ki, mən - yəni
bu sətirlərin müəllifi - Müşfiq Çobanlı
unudulmaz şai­rimiz Məcid Borçalının
«Səni yaşadıram» adlı ilk şeirlər kitabını
tərtib edib nəşrə hazırla­mış və redaktor ki­mi
onun işıq üzü görməsinə, böyük çətinliklərdən sonra,
1993-cü ildə nail olmuşdur.

Mərhum Məcid Borçalının ya­ra­dı­cılığı haq­­­qında söhbət açmaz­dan əvvəl həmin kitaba yazdığım
«Qəlblərdə yaşayan ömür» sərlövhəli «Son söz əvəzi»ni nəzərinizə çatdırmaq istəyirəm.

* * *

RUHUN ŞAD OLSUN, MƏCİD BORÇALI!..«…Baharın ilk günlərindən biri idi. Qədim saz-söz mə­ka­nı, ağır elli, igid ərənlər diyarı kimi məşhur olan Borçalı mahalının qeyrətli, vətənpərvər, ziyalı və yurdsevər oğlu, «Hid­bor» («Hi­da­yət Borçalı») xarici əlaqələr şir­kə­tinin pre­zi­denti Hidayət Məmmədovun iş otağında oturub söhbət edir­­dik. Ne­cə oldusa, söz mətbuatdan düşdü. Hidayət müəllim: «Rəhmətlik şair qarda­şım…», - deyib dərin bir ah çəkdi. Mə­ni maraq götürdü. «Allah rəhmət elə­sin!», - de­yib onun kimə işarə vurduğunu soruşdum. Cavab ver­mədi. Otur­duğu masanın siyirmə­sin­dən bir qovluq çıxarıb sakitcə mənim qa­bağıma qoydu. Qovluğu açdım...
İlk gözümə dəyən «Gür­cüs­tan» qəzetinin 9 may 1989-cu il tarixli sayı oldu. Burada ya­zı­çı-jurnalist Əzim İsmayıllının «Ürək­lərdə yaşayanlar» rub­rikalı, «Həzin bir xatirə» sərlövhəli ürək sözləri arasın­da dərc olunmuş bir fotoşəkil diqqətimi cəlb etdi. İlahi, mən onu harada görmü­şəm?..

Payız xəzanı kimi saralmış qəzet parçasını götürüb tez-tələsik oxumağa başladım: «…ara­mız­dan vaxtsız getmiş Mə­cid Məmmədov…». …Sanki göz­lərimi alov qarsadı… Axı, bu imza mənə çoxdan tanış idi. Onun özünü görməsəm də, sözlərini, şeirlərini çox oxumuşdum. Hələ orta məktəbdə təhsil aldığım illərdən böyük maraq və sonsuz həvəslə top­ladığım və ən yaxşılarını seçib, IV kurs tələbəsi olarkən «Də­­­dəm Qorqud keçən yerdi bu yerlər…» epiqrafı ilə «Ağır elli Borçalı» (Bakı, 1990, sonralar həmin kitab 1997-ci ildə Ər­zurumda çap olunub) adı altında cəmləşdirib kitabça halın­da nəşr etdirdiyim məcmuədə özünə yer tapıb işıq üzüz görmüş Borçalı sevgili poeziya nü­munələri arasında Məcid Məmmədovun da «Kəndim» sər­lövhəli bir şeiri vardı. O vaxt Məcid haqqında heç bir məlumatım yox idi. Hətta onun artıq dünyasını dəyişdiyini belə bilmirdim ki, heç olmasa, im­za­sını qara haşiyə içərisində verəydim. Görünür, belə də olmalıymış. Çünki…

RUHUN ŞAD OLSUN, MƏCİD BORÇALI!..
Bəli, adam var, öldüyü günün səhəri unudulur. Adam da var, hələ sağlı­ğındaykən özünə ölməzlik qazanıb əbədiyyətə qovuşur. Belələrinə «öldü» demək yaraşmır. Onların əziz xati­rə­ləri insan­ların qəlbində daim yaşayır!.. necə ki, dörd il əvvəl dünyasını dəyişmiş Məcid Məm­mə­dovun adı bu gün hör­mətlə yad edilir, şeirləri sevilə-sevilə oxunur, əziz xatirəsi onun tanıyanların qəlbində yaşayır, yaşayır !..

1947-ci ildə Gürcüstanın Zalqa (Barmaqsız) rayonunu Te­­cis (Culuxlu) kəndində dünyaya göz açan Məcid Həsən oğlu Tecis orta məktəbi bitridikdən sonra bir müddət Sarvan kənd orta məktəbində müəllim işləyib. 1974-cü ildə Marneu­li şəhərinə kö­çüb. «Yeni Marneuli» qəze­tində əmək fəaliy­yə­tini davam etdir­məklə yanaşı, eyni zamanda Azərbaycan Pedaqoji İnsti­tutunun filologiya fakültəsində (qiyabi) ali təh­sil alıb. Yaxşı dost, sadiq yoldaş, qay­ğıkeş in­san, qabaqcıl müəl­lim-pedaqoq, sənətkar-nəqqaş kimi ad-san qazan­mış Mə­cid Həsən oğlu son­ra­lar 70 nömrəli Marneuli tex­niki peşə mək­təbində usta-müəl­lim işləyib.

Əzim İsmayıllı qələm dostu Məcid Məmmədov haq­qında yazır:
«Şeiri sevə-sevə yazardı. Özü demiş, misralar qəlbində yuva salıb, dilinə hopmayınca əlinə qələm almazdı. Az ya­zar, ancaq öz sözünü deməyə çalışardı. Şairlik təbi bəlkə də ona rəs­sam­lıq sənətinə olan məhəbbətindən doğmuşdu, bəl­kə də zəhmətsevərliyindən yaran­mışdı…»

Amma… təəssüflər ki, amansız xəstəlik neçə-neçə şeir­lərin yaranmasına imkan vermədi. Məcid Ana Vətənə, doğ­ma yurda, mehriban el-obasına, axarlı-baxarlı təbiətə sö­zünü axıra qədər deyə bilmədi. Deyə bilmədi ki, ey in­sanlar, ayıq olun, sərvaxt durun, qoruyun torpağın gözəl­liyini, səma­nın maviliyini… Qoruyun özünüzü…
Şeirləri «Yeni Marneuli», «Gürcüstan», «Ədəbiyyat və incə­sə­nət» qəzet­lərində, «Dan ulduzu» (1987;1989), «Ağır elli Bor­çalı» (Bakı 1990, Ərzurum 1997) ədəbi məcmuələ­rində işıq üzü görən, radio və televiziya verilişlərində səslənən Məcid Məmmə­dovun bir qovluq şeiri… və üç övladı yadigar qalıb. Qızı Mahirə (APİ-nin III kurs tələbəsi) atasının yolunu davam etdir­mək arzusu ilə yaşayır. Vüqar və Alisə orta məktəbdə oxu­yurlar…
…1987-ci ildə leykoz (qan) xəstəliyinə tutulan Məcid Məm­mədov 1989-cu ilin baharında dünyasını dəyişərək əbə­diyyətə qovuşub…
…Allah sizə rəhmət eləsin, ruhunuz şad olsun, Məcid qardaş!.. Siz ölməmisiniz! Şeirləriniz sizi yaşadır və yaşada­caq!..».

Bəli, Məcid Borçalının ürəklərdə yaşadan şeirləri çox­dur. Vətən, yurd, torpaq, insan, saz, mə­­həb­bət və s. həmin şeirlərin əsas mövzusunu təşkil edir.

Mənim şeir dəftərim,
Mənim arzu məqsədim -
Mənim şah vüqarımdır.
Gələcəyə inamım,
Mənim əqlim-kamalım -
Mənim söz qatarımdır.


- epiqoafı ilə açılan «Səni yaşadıram» (Bakı, 1993) ki­ta­bında cəmlənmiş şeirlər yeddi sərlövhə altında qruplaş­dırıl­mışdır. «Qayıt kəndimizə», «Qurbanım olum», «Dünyanı qəlbində yaşadır insan», «Ömürlər ömürə yar-yaraşıqdır», «Şənliklərin bəzəyidir tenlli saz», «Bir de­yiş­mə», «Satirik şeirlər»«Səni yaşadıram».

Kitabın, yəni ilk bölmənin ilk şeiri «Azərbaycan sora­ğında» adlanır və ilk bəndi belədir:

Bir kök üstə köklənmişəm,
Bir zərrəyəm çalağında.
Bir dünyadır könlüm evi
Azərbaycan sorağında.


Sonrakı şeirlər - «Ayağı tutanlar şəhərə qaçdıq», «Mey­lini dağlara saldı gözlərim», «Kəndim», «Ələsgər­sa­yağı», «Dağlar», «Ana məktubları», «Öz ana yurdum», «Dağlarda əbədiyyətə qovuşaq», göründüyü kimi, hər birinin mövzusu elə başlıqlarındanca bəllidir.

«Bir bülbüləm, gül üstəyəm,
Borçalıyam, Kür üstəyəm.»


Yaxud:
«Borçalıdır söz meydanı,
Koroğlu tək süz meydanı».


- deyən şair qədim Borçalı mahalının tarixi keçmişindən, dü­nənindən, bu günündən, təbiət gözəlliklərindən və s. söh­bət açır.

«Dünyanı qəlbində yaşadır insan» bölməsində özünə yer tapmış «Mənim», «Dəymə ürəyi­nə», «İstərəm», «İstəmi­rəm», «Düşdüm», «Əqi­dəm», «Zəhmətim üzümə gülür», «Mən fəh­lə­yəm», «Etiraf», «Varlığım», «Həssaslı­ğım» və s. şeirlərdə insan böyüklüyü, onun əməyi, zəhməti, sağlam əqidəsi, mənliyi və s. tərənnüm olunur:

«Dünyanı qəlbində yaşadır insan,
Həssas ürəkləri kövrək olubdur.
Bütün ucalardan ucadır insan,
Amalı dünyadan böyük olubdur».


«Ömürlər ömürə bir yaraşıqdır»
verilmiş şeirlərdə ana, ata, baba, nənə, övlad, qardaş, bacı, qohum, qonşu məhəb­bətlərindən söz açılır, dahi N.Nərimanovun əzəməti, S.Vur­ğunun po­ezi­yası, dağlar sərkəri müdrik Əli babanını dünya­dan köçməsi, 110 yaşlı Zöhrə nənənin baca­rığı, sözü-söhbəti, ağıllı nəsihətləri, çobanlar sərgəri Vəli kişi, «kişilik qeyrəti dastanlara sığ­m­ayan dağlar oğlu» Alı əmi, Çoban Xəlil, Xı­dıroğlu və b. xatırlanır.

Şair oğlu Vüqara müraciətlə yazdığı «Düz yerində də» şeirində deyir:

«Kişi qürurlu ol, mərdanə dolan,
Dilinə gətirmə acı söz, yalan.
Haqq ilə nahaqqı ayıran zaman,
Məcid tək sözünü düz yerində de».


Qızı Mahirəyə həsr etdiyi şeirində isə oxuyuruq:

«Anan arzusuna ilk dəfə çatdı,
Bala anasıyla qoy yaşa dolsun.
Körpənin gülüşü bir növ həyatdır,
Xalqın üçün yaşa, anan şad olsun».


Şairin «Elvinim», «Elvin gətirdi» və s. şeirləri də bu qəbildəndir:

Gülşənə çevrildi həyat, bağça, bağ,
Bir dünya sevinci yetirdi Elvin.
Ana ürəyinə min yığın qucaq
Ata məhəbbəti gətirdi Elvin.


Məcid Borçalı təkcə vəsiyyətvari şeirləri ilə deyil, eyni zamanda nəsihətli, hikmətli şeirləri ilə də oxucunu valeh edir:

«Gəlmişəm kəndimə ürəyi dolu,
Bir ocaq daşına baş qoyub yatam.
Bir ana döşündən əmdiyim südü
Bir övlad borcu tək geri qaytaram».


«Dünyanın şərəfi yaranıb insan» kəlamını bir daha yada salan şair qələm dostları Osman Əh­məd­oğlunun, Nizami Məmmə­dovun, Mayqa Mətinin, Gülnigar Rəhimlinin poeziya aləmində qazandıqları uğurlara sevinir və onlara yeni-yeni nailiyyətlər arzulayır.

«Şənliklərin bəzəyidir telli saz» adlanan dördüncü böl­mə­də verilmiş «Ay aşıq», «Telli sazım», «Kamandardan de gəl­sin», «Dilim öyrənib», «Gəl­sin» sərlövhəli şeirlərdə şairin saz sənəti, aşıq yaradıcılığına bağlılığı, ustad aşıq Xındı Məm­­­mədə, onun oğlu Aşıq Gülablıya, Aşıq Hüseyn Sarac­lıya, Aşıq ƏmrahaAşıq Kamandara olan məhəbbəti açıq­lanır.

«Deyişmə» bölməsində mərhum şairin Mayqa Mətinlə deyişməsi diqqəti cəlb edir. Suallar və cavablar əsasında qurulmuş bu deyişməni M.Borçalı belə tamamlayır:

Bu ellərin görən gözü - Borçalı,
Ürəklərin odu, közü - Borçalı,
Məcidin ən şirin sözü - Borçalı,
Hərdən bizi yada sala, ay bacı!


«Satirik şeirlər» bölməsində özünə yer tapmış «Hoq­qa­baz», «Mən əsəbi oluram», «Malalama», «Məslək­sizə», «Öz yolunda bulan oldum», «Məclisi kor­layanlara», «İlhamın ma­yası olmalıdır» şeirlərində şair min dona girən hoqqa­bazları, yaltaqları, ikiüzlüləri, «day-daylar»ı, «ədasız masa­bəylər»i, bir sözlə, yolun­dan azmışları qamçılayır, onlara ib­rət dərsi ve­rir.

«Səni yaşa­dırram» sərlövhəli sonuncu böl­mədə isə şai­rin həyat, gənclik, gözəllik, mə­həbbət, təbiət möv­zusunda şeir­ləri cəmlənmiş­dir. «Birinci mən olmalı­yam», «Baharına ələnim», «Anam gəli­ni», «Belə görünək həmişə, «Bir gö-zə­lin oyu­nu», «Məni», «Xoşa gə­lərmi?», «Gü­­lə-gülə», «Sə­ni ya­şadıram», «Son zəng», «Bir qız gör­düm», «Məni odlayan gözəl», «Küsü saxlama-sax­la­ma» şeir­ləri başlıq­lardan da görün­düyü kimi, bir-birindən maraqlı və oxunaqlı poeziya nü­mu­nələridir.

Şair Mədəd Coşğun «Azərbaycan dünyası» qəzetinin 17 sentyabr 1993-cü il tarixli nömrəsində dərc olunmuş «Yaşa­yacaqsan, Məcid!» sərlövhəli məqaləsində kitabın məziyyət­lə­rindən söhbət açır və belə bir sonluqla yekun vurur:

«Əminik ki, təkcə qohum-qardaşı, üç övladı, ağır elli Borçalı deyil, qədirbilən oxucular ömrünün çiçəklənən, ya­radı­cılığının büllurlaşan vaxtında dünyadan köçən Məcid Məm­mədovun xatirəsini həmişə ehtiramla yad edəcək, eyni zamanda kitabı nəşrə hazırlayan - redaktor Müşfiq Çobanlıya kitabın işıq üzü görməsində əməyi olanlara minnətdar­lıq­larını bildirəcəklər».

P.S.: Kitab haqında dəyərli ziyalımız, Borçalışünas alim, filologiya elmlri doktoru Şurəddin Məmmədli«Gürcüstan»qəzetində müsbət rəy dərc etdirmişdir. Yeri gəlmişkən, Mədəd Çoşğuna da, Şurəddin müəllimə də öz təşəkkürümüzü bildiririk.

Müşfiq BORÇALI,
"ŞƏRQİN SƏSİ" qəzeti,
mart, 1997.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: