Keçmiş SSRİ-nin ilk qeyri-rus qadın diplomatı - O, azərbaycanlı idi..

Keçmiş SSRİ-nin ilk qeyri-rus qadın diplomatı - O, azərbaycanlı idi..
Sima Рəhman qızı Eyvazova...
Bu ad ilk baxışda
çoxlarına heç nə demir.
Bəs o kimdir?..

Söhbət uzun illər Azərbaycanı beynəlxalq miqyasda təmsil etmiş azsaylı qadın diplomatımızdan gedir.
O diplomat ki, BMT yanında müstəqil Azərbaycanın ilk daimi nümayəndəsi olub, fövqəladə və səlahiyyətli səfir kimi Azərbaycanı bir çox beynəlxalq təşkilatlarda təmsil edib.


ONU SİZ DƏ TANIYIN:

Keçmiş SSRİ-nin ilk qeyri-rus qadın diplomatı - O, azərbaycanlı idi.. Sima Рəhman qızı Eyvazova 2 oktyabr 1933-cü il tarixində Bakı şəhərində doğulub. Həkim ailəsində dünyaya göz açmış Sima xanım Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib.
Əmək fəaliyyətinə 16 yaşında başlayıb.
23 yaşında Azərbaycan Kommunist Kartiyası Mərkəzi Komitəsinin təbliğat və təşviqat şöbəsinin təlimatçısı işləyib.

26 yaşında Azərbaycan Kommunist Kartiyası Mərkəzi Komitəsi onu SSRİ Xarici İşlər Nazirliyi yanında Ali diplomatiya məktəbində oxumağa göndərib. Sima Eyvazova bu məktəbi fərqlənmə diplomu ilə bitirib.

Daha sonra S.Eyvazovanı SSRİ XİN-in Mərkəzi Aparatında 2-ci Avropa şöbəsində işə götürüblər.
Bu vəzifədə o, əsasən SSRİ-nin Böyük Britaniya ilə münasibətlərinə dair məsələlərlə məşğul olub.
Sima Eyvazova diplomatik xidmətin bütün pillələrini bir-bir keçməklə üçüncü katib postundan birinci dərəcəli müşavir vəzifəsindək irəliləyib.

1982-ci ildə Azərbaycan SSR KP MK-nın 1-ci katibi Heydər Əliyev onu Azərbaycan SSR-in xarici işlər naziri vəzifəsinə dəvət edib.
Və S.Eyvazova bir müddət bu vəzifədə çalışıb.

Daha sonra SSRİ XİN onu xaricdə vəzifəyə təyin edib.
Belə ki, 1985-ci ildə Sima Eyvazova BMT-nin Cenevrədəki (İsveçrə) bölməsində məsul vəzifəyə təyinat alıb. O, burada SSRİ-dağılanadək çalışıb.

SSRİ-dağılan ərəfədə - 1991-ci ilin oktyabr ayında Sima Eyvazova BMT-nin Cenevrədəki bölməsində sovet diplomatiya xidmətindəki vəzifəsindən istefa verərək, müstəqil Azərbaycan Respublikasının bu qurumdaki nümayəndəsi kimi qeydiyyata alınıb.

Keçmiş SSRİ-nin ilk qeyri-rus qadın diplomatı - O, azərbaycanlı idi.. Beləliklə də Azərbaycan müstəqillik əldə edəndən sonra Sima xanım ölkəmizi bu beynəlxalq təşkilatda təmsil edib.
Artıq 1994-ci ilin yanvarından o, BMT-nin Cenevrədəki bölməsində və İsveçrədəki digər beynəlxalq təşkilatlarda Azərbaycanın daimi nümayəndəsi vəzifəsini yerinə yetirirdi.

Sima Eyvazova görkəmli sovet və Azərbaycan diplomatı kimi hələ keçmiş SSRİ dövründən ad-san qazanmışdı.

Müstəqil Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin 1997-ci il 4 mart tarixli fərmanı ilə Sima Eyvazovaya Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri rütbəsi verilib. Bununla yanaşı o, BMT-nin Cenevrədəki bölməsində və İsveçrədəki digər beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasının daimi nümayəndəsi təyin edilib.

O, 6 xarici dil bilir ki, bunlardan da 3-ü BMT-də rəsmi dillərindən olan rus, ingilis və fransız dilləridir.

Keçmiş SSRİ-nin ilk qeyri-rus qadın diplomatı - O, azərbaycanlı idi.. Sima Eyvazova müstəqil Azərbaycanın tarixində ilk peşəkar diplomat qadın olub.
Eyni zamanda keçmiş SSRİ-də ilk qeyri-rus qadın diplomat kimi tarixə düşüb.

O, SSRİ Xarici İşlər Nazirliyi yanındakı Ali diplomatiya məktəbində təhsil almış qeyri-rus milliyətindən olan ilk qadın diplomatdır.

Sima Eyvazova 6 may 2009-cu il tarixində İsveçrədə - Cenevrə şəhərində dünyasını dəyişib...

Allah rəhmət eləsin!..
Ruhu şad olsun...


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: