Sabir ŞİRVANın Yeni ŞEİRləri Azərbaycan, Poeziya 1 Eylül Sabir Şirvan AltdaDünya müəmmadır, çox əsrar yatır,Bəllinin, aşkarın, agahın altda.Ömrü yaşamağa məhkumdu bəşər,Yazılmış ilahi nigahın altda.Necə qovrulmasın oda qalanan,Neyləsin taleyi şərə calanan.Yurdu yağmalanan, ömrü talanan,Ötər min nalənin, min ahın altda.Qurbanlıq quzudu hər insan oğlu,Ömrü fəlakətlə, qəzayla dolu.Beşikdən qəbrədək keçdiyi yolu,Gedir əcəl adlı silahin altda.İnadı bir yüyrək səmənd etdilər,Taqsırı boynuma kəmənd etdilər.Mərdi qova-qova namərd etdilər,Bir ömür yaşadım günahin altda.Meyli cənnətsə də vaizin müdam,Təmənna qoxuyur verdiyi salam.Əlində Quran var, dilində kəlam,Min məkr törədir Allahın altda. Mən tələsmədimBitdi başlamamış eşqin havası,Kaman, tar tələsdi, mən tələsmədim.Kimsə arzulamaz qarlı zimistan.Son bahar tələsdi, mən tələsmədim.İnsan düşməsəydi ehtiyaclara.Başlar əyilməzdi qızıl taclara,Ömrün baharında şəvə saçlara,Yağan qar tələsdi, mən tələsmədim.Gənclik xəzinədir tilsimlər açan,Ömrə zinət verən, qəlbə nur saçan.Bir göz qırpımında əlimdən uçan,Belə var tələsdi, mən tələsmədim.Həyatın həddi var yetişər sona,Təbiət bir qərar qoyubdu ona.Bir ömrü gün bilən gül üzlü sona,Demə yar tələsdi, mən tələsmədim.Sabir öz eşqində gəlibsə dilə,Söylər sədaqətin nəsillər hələ.Bahardan payıza bülbülün gülə, Əhdi var tələsdi, mən tələsmədim. SığmazSevən cəfa çəkər eşqi ucundan,Aşiqin nisgili dövrana sığmaz.Məcnun dilə düşüb bir dastan oldu,Mənim məhəbbətim dastana sığmaz.Vətəni ən uca məqamda görək, Ağılla, ilhamla töhfəsin verək.Hünər göstərməyə bir meydan gərək,İdrakın hünəri meydana sığmaz.Çox olub ellərdə yenilməz, qoçaq,Ömrü dağda, daşda keçibdi qaçaq.Heç əhli hürriyyət olmasın dustaq,Azadlıq aşiqi zindana sığmaz.Vətən igidlərə açıbsa qucaq,Hər qəbir müqəddəs, hər məzar ocaq,Şəhidlər ölmürlər deyirik ancaq,Axan göz yaşları ümmana sığmaz.Cövrü intizarda ötərsə aylar,Sabirin əfqanı ərzə yayılar.Zora cavab vermək hünər sayılar,Məzluma zülm etmək vicdana sığmaz. Gözəldirİnsanın yolunda əmək qoyasan,Zəhmətin getməyə hədər gözəldir.Əli uzun olan pisin, nakəsin,Çəkilsə önünə çəpər gözəldir.Məhəbbət yaranar hüsnü seyrdən,Sədaqət, etibar doğar mehrdən.Düşmənin verdiyi hər cür xeyirdən,Dostun yetirdiyi zərər gözəldir.Söz olar müqəddəs, söz olar Kəbə,Könül istəyənlər gələrsə təbə.San ki, sədəqədir asan qələbə,Çətin qazanılan zəfər gözəldir.Maraq doğurmursa səsim, avazım,Köçməsin kağıza duyğusuz yazım.Mənasız kitabın yüzü nə lazım,Bir olan, pir olan əsər gözəldir.Ah çəkib ay Sabir demə yaş ötür,Qədirdə, qiymətdə hər an inci, dürr.Allah verən ömrü ləyaqətlə sür,Sonra bu dünyadan səfər gözəldir. Görünür Köləlik xislətdə olmasın gərək,Mübariz ürəklər azad görünür. İşğalda inləsə xərabazardı,Müstəqil məmləkət abad görünür.Nanəcib, nadürüst düşünməsin dar,Səbr əhlin nifaqa edəmməz vadar.İnsanı insana sevgi yaşadar,Sevməyən könüllər bərbad görünür.Kəssə də qapını qışın hədəsi,Söndürməz həyata olan həvəsi.Yazın duyulanda ilıq nəfəsi,Borandan çıxana nicat görünür.Hər fəsil bir sirdir, hikmətdir fəqət,Dəyişmək hökmündə deyildir xilqət.Payızın suçumu solan təbiət?Yayda yaylaqlarda büsat görünür.İnsana zövq verən duyğular ocaq, Bəşər xoş ovqatdan olmasın uzaq.Xəzan xatırladır hər quru budaq,Hər yaşıl yarpaqda həyat görünür. GəlməzVətəni hər kəsə anadır ancaq,Hər kəs vətən üçün sadağa gəlməz.Yüz bahar yetirə tay Qarabağın,Perik bülbülləri budağa gəlməz. Qaydadır ruzigar dolananda sərt,Seçilib ayrılar namərd ilə mərd.Heç kimin yaxasın tanımasın dərd,Didərgin təbəssüm dodağa gəlməz.Afəti dövranmı, atəşmi adı?Nə bir aman eylər, nə var imdadı.Dursa da qəsdimə sirri xudadır,Cəllad gözlərinə qadağa gəlməz.O sərvi qaməti, o incə səsi,Şübhəsiz heyrətdə qoyar hər kəsi.Vəslin tamarzısı, hüsnün xəstəsi,Özgə bir şəfalı ocağa gəlməz.Varlığın aşiqə nurdur, nəfəsdir,Sənsiz bu gen dünya bir dar qəfəsdir.Ha yazsa Sabirin cəhdi əbəsdir,Hüsnünün tərifi varağa gəlməz. QalsınUcaltmaz kimsəni xəyanət, nifrət,Məhəbbət aləmdə yeganə qalsın.Dosta, mehribana xain baxanın,Xanəsi yer ilə yeksanə qalsın.Hal əhli cəm olar köz dövrəsinə,Necə ki, xiridar söz dövrəsinəGül gözəllik saçsın öz dövrəsinə,Bülbüldən bir həzin təranə qalsın.Fərhad Şirin üçün dağı çapardı,Çapıb qiymətini eldə tapardı.Köçəndə dünyadan kim nə apardı,Bir hünər insandan nişanə qalsın.İllər muncuq kimi sapa düzülür,İnsanın dünyadan əli üzülür.Nə bir qəlb sevinir, nə bir üz gülür,Belə zəmanəni viranə qalsın.Gözəl min-min ola sənsən sənəmi,Sənsiz bu dünyada yoxdur həmdəmi.Sabiri öldürsə dünyanın qəmi,Gözlərin qətlimdə bəhanə qalsın. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.