"Mərkəzi Banka gedin..." Azərbaycan, İqtisadiyyat, Sosial 20 Ekim Kimə isə salam deyirsən və birdən salamını almır pərt olursan. Sonra çönüb özünə baxırsan, ən çox da özünə yox cibinə baxırsan. Anlayırsan ki, qəpiyin belə olmadığını hiss ediblər. Yadına böyük və ölməz ustadımız düşür, pıçıltı ilə “Salam verdin rüşvət deyil deyə almadılar” deyir sənə. Bütün bunları hər birimiz yaşamışıq və bəlkə də hər gün yaşayırıq. Amma mən sizə bu gün pulsuzluğun başqa halından demək istəyirəm. Misal üçün mənim qəpiyim olmasa mən işə gedə bilmərəm. Heç olmasa 20 qəpiyim olmalıdı ki, mən şəhər daxili marşurutdan yararlanım. Bilirəm indi deyəcəksiz ki, indiki gənclik də lap ağın çıxarıb, 20 qəpik nə puldu ki, onu da qazana bilmir. Deməli belə, əzizlərimiz, Bakı şəhərində 20 qəpik əldə etmək bu gün müşkülə dönüb. Onu qazanmaq asan iş olsa da üzünü görmək çox çətinləşib. Səhər marşuruta bir manat verirsən hamı sənə qəribə baxışlarla baxır. Özün-özünü bir də dərk edirsən ki, sən böyük səhv etmisən. Amma məcbursan bu səhvi etməyə. Axı, şəhərdə qəpiy atnan gəzir, sən isə piyada. Axşam evə gəlməyə yenə bir manat verəcəyini fikirləşəndə çıxış yolu axtarırsan və yaxınlaşırsan valyuta dəyişmə məntəqəsinə ki, bəlkə bankda 20 ya da 10 qəpiklər olar...-olmur.Bankir: “10 və 20 qəpik yoxdu”Satıcı: “10 və 20 qəpik yoxdu”Sürücü: “10 və 20 qəpik yoxdu” “İmdad” deyib, üz tütürsan diləncilərə ki, bəlkə onlarda qəpik olar. Dilənçi də adından bəlidi deyir sən də var mənə ver. Amma bir məsələ də var ki, mənə həqiqi ləzzət etdi piyada gəzdiyim günlərdə. Dilənçilərimiz belə xırda pullarla gəzmir bu şəhərdə. Yəqin ki, peşəmdən irəli gələn məsələdi piyada gəzəndə qarşıma hansı dilənçi çıxsa işimi unudub, onunla söhbətləşirəm və bu da yəqin ki, peşəmdən irəli gəlir söhbətləşdiyim kəsləri mənimlə səmimi olmağa vadar edə bilirəm. İki sualdan sonra dilənçi bir xanım mənə manatlar və 50 qəpikliklər dolu olan pul kisəsini göstərdi və dedi: “10 və 20 qəpik yoxdu”. Dilənçidən də mənə yar olmadı. Kor-peşman dayanıb əlimdəki androyid telfonun gözünü basıb ordan mərkəzi bankın nömrəsini çıxarmağa başladım. www.cbar.az saytına daxil oldub Milli valyuta üzrə: +994 12 493 11 22 müraciətlər üçün olan nömrəni əldə edib, zəng etdim. Dedilər ki, ölkədə qəpik üzürə qıtlıq yoxdu. 10 və 20 qəpiklər də hər bir vətəndaşa verilir. Bankdan mənə verilən cavabların biri də “yəqin ki,” ilə başlandı və deyildi: “Kimlər isə xırda qaytarmaq istəmədiyindən də ola bilər”. Bir sözlə “10 və 20 qəpiklərə etiyacınız varsa siz də mənim kimi gedin Mərkəzi Banka.Günay Novruz,ZiM.Az . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.