Yüz yaşlı Yaqut ana

Yüz yaşlı Yaqut ana Yüz yaşlı Yaqut anaYüz yaşlı Yaqut ana Yüz yaşlı Yaqut anaYüz yaşlı Yaqut ana Yüz yaşlı Yaqut anaBakıda yerləşən “Af otel”də “Dostluq Məşəli” qəzeti MMC-nin sədri jurnalist Fərman Borçalının təşkilatçılığı ilə 100 yaşının qeyd olunduğu əmək veteranı Yaqut Məhəmməd qızı Qasımovanın şərəfli ömür yoluna həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri ehtiyatda olan polis-polkovniki Həmid Cəfərov açmış və uzun ömür yaşayan Yaqut anaya cansağlığı arzulamışdır.
Filologiya üzrə fəlsəfə doktoru, dosent, tədqiqatçı yazıçı Salatın Əhmədli demişdir: “Azərbaycanın xalq artisti, “Şöhrət” ordenli Taryel Qasımovu böyüdüb boya-başa çatdırmış Yaqut ananın bu gün 100 yaşı tamam olur. Yaqut xanımı və bütün anaları təbrik edir, onlara cansağlığı arzulayıram.
Ana müqəddəsdir, ana əzizdir. Məhəmməd peyğəmbərin kəlamı ilə desək, həqiqətən də, “Cənnət anaların ayağı altındadır”.
“Dostluq Məşəli” qəzeti MMC-nin təsisçisi jurnalist Fərman Borçalı anaların şərəfinə şeirlər söyləmişdir.
Azərbaycanın xalq artisti Zümrüd xanım Məmmədova oxuduğu mahnıyla Yaqut xanımı salamlamışdır.
Sevimli aktyorumuz Taryel Qasımov anasına göstərilən diqqət və qayğıya görə tədbirin təşkilatçılarına və iştirakçılarına dərin minnərdarlığını bildirmişdir. O demişdir: “Mən tez-tez Qazağa, anamın yanına gedirəm. Məni o doğma yerə bağlayan da 100 yaşlı anamdır. Mən anamla qürur duyuram və bütün analara övlad məhəbbəti arzulayıram”.
90 yaşlı Zərifə Gəncümova uzunömürlülüyün sirrini şərəflə, alnıaçıq yaşamaqda görmüş, Yaqut ana başda olmaqla bütün xanımları təbrik etmişdir.
Tədbirdə “Dövlət və Qanun” qəzetinin təsisçisi və baş redaktoru Yasəmən Möhübbət qızı, “Ziya” qəzetinin baş redaktoru, yazıçı-jurnalist Müşfiq Borçalı, Şamaxı və Salyan rayon Təhsil İşçiləri Həmkarlar İttifaqı Təşkilatlarının sədrləri Fatimə Quliyeva Yaqut Ələsgərova, Ana və körpə uşaqların Mühafizəsi - Elmi Tədqiqat Pedatiriya İnstitutunun baş həkimi Tamella Şahbazova, Qarabağ döyüşçüsü, polis mayoru, şairə Aidə Şirin və başqaları çıxış etmişlər.
Aşıq Alim Aslanoğlunun rəhbərliyi ilə musiqiçilər tədbir iştirakçılarını gözəl musiqi proqramları ilə sevindirmişlər.

Rauf İLYASOĞLU,
"Şərqin səsi" qəzetinin
məsul katibi.
“Respublika” qəzeti,
15 mart 2015-ci il.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: