“Mənim ailəmin hekayəsindən” müsabiqəsinin qalibləri mükafatlandırılıb Bakı, Nazirlik, Məktəblər 16 Mart Martın 16-da 18 saylı tam orta məktəbdə “Məktəb icması" layihəsi çərçivəsində “Mənim ailəmin hekayəsindən” adlı ilk onlayn müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, müsabiqənin təşkilatçıları, məktəblilər, valideynlər və KİV nümayəndələri iştirak ediblər.Çıxış edənlər müsabiqənin əhəmiyyətindən danışaraq, yazıların şagirdlərin tədris nailiyyətlərinin yüksəlməsinə müsbət təsir göstərdiyini bildiriblər.Qeyd olunub ki, “Məktəb icması" layihəsi müəllim-şagird-valideyn münasibətlərinin tənzimlənməsində mühüm rol oyanır. Bu il ərzində Bakı şəhərində fəaliyyət göstərən daha 50 ümumi təhsil müəssisəsinin bu layihəyə cəlb ediləcəyi vurğulanıb.Müsabiqəyə yanvarın 27-dən start verilib. I-XI sinif şagirdlərinin qatıldığı müsabiqəyə 500–dən çox hekayə təqdim edilib.Müsabiqənin şərtlərinə əsasən, hər bir iştirakçı 1000 sözdən çox olmayaraq öz ailə hekayəsini və ona uyğun şəkil, yaxud illüstrasiyanı www.community.az portalında “Mənim ailə həyatı hekayəmdən” müsabiqə qrupunda yerləşdirib.Ən çox səs toplayan Ə.Əliyev adına 204 nömrəli tam orta məktəbinin şagirdləri Röya Abdullayeva və Lalə İmanəliyeva qalib gəliblər.Həmçinin, Münsiflər Heyəti tərəfindən ən maraqlı hekayə müəllifi kimi 6 şagird seçilib.Qaliblərə portalın tərəfdaşları “Access Bank” ASC, “Sağlam Ailə” MMC, “Standard Insurance” ASC, "Azerfon" MMC şirkətləri tərəfindən dəyərli hədiyyələr təqdim olunub.Qeyd edək ki, Dünya Bankının maliyyə və “Allianz Consult” şirkətinin təşkilati dəstəyi ilə Təhsil Nazirliyinin həyata keçirdiyi pilot layihə çərçivəsində ölkənin 54 ümumi təhsil müəssisəsində məktəb icmaları yaradılıb.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.