Vəsxanım ƏSƏDOVA: Ümiddir həyatda məni yaşadan... Bakı, Məktəblər 23 Mayıs ArzuArzu edirəm ki, bir quş olasan!Məskənin çəmənlik, laləzar olsun.Lakin, əziz bacım, yol vermə, əsla!Qönçəykən açııb, sonra solasan!İstərəm dönəsən ağ göyərçinə,Mavi səmalarda qanad çalasan.Arzular qanadın, səma taleyin,Uçaraq bəxtiyar gümnə çatasan!Bu həyat dalğalı dənizə bənzər,Ürəkli insanlar qorxmadan üzər.Əgər sən unutsan dəli tufanı,Dalğalar dənizdə qərq edər səni.Həyatda qismətin olun səadət,Ömrünü bəzəsin ad-san, şan-şöhrət.Etməsin səni tərk namus, ləyaqət,Namusun, qeyrətin bəzəyin olsun!ÜmidƏn çətin anlarda sənsən dayağım,Qəmli günlərimdə arxalandığımGələcəyə gedən yolda çırağım,Sən məni yaşadan bir nursan, ümid! Səninlə hər çətin iş asan olur,Qaranlıq yollar da çıraqban olur.Xəyalım güllər tək al-əlvan olur,Sən mənə gül dərən bağbansan ,ümid!Ümiddir həyatda məni yaşadan,Qaranlıq quyudan nura çıxaran,Sənə şükr edirəm,ulu Yaradan!Məni yaşatmaqçün bəxş etdin ümid. Ümiddir könlümün uca sultanı,Tanrı əta edib belə mehmanı.Ümidsiz olduğum bir günüm hanı?Sən məni yaşadan həyatsan, ümid!Vəsxanım Əsədova,Bakının Pirallahı rayonundakı 231 №li orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.