Müəllim, şair, jurnalist və tədqiqatçı TƏRANƏ CƏBİYEVA Bakı, "Şərqin səsi", "Elm və Təhsil", Poeziya, Müsabiqə, Təbriklər 18 Mayıs TƏBRİK EDİRİK!..Bu gün istedadlı qələm dostumuz, səmimi və mehriban həmkarımız, təcrübəli pedaqoq, tanınmış tarixçi-müəllim, zəhmətkeş tədqiqatçı, şair-jurnalist Təranə xanım Cəbiyevanın Ad günüdür!.. Təranə Kommuna qızı Cəbiyeva - 1968-ci il iyulun 21-də Bakı şəhərinin Suraxanı rayonundakı Bülbülə kəndində dünyaya göz açıb. 1988-1994-cü illərdə Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində, 1999-2000-ci illərdə Azərbaycan Respublikası Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunda tarix fənni üzrə təhsil alıb. Hələ tələbəlik illərindən pedaqoji əmək fəaliyyətinə başlayıb. Bakıdakı 226 saylı orta məktəbdə tarix fənnini tədris edib.Təranə xanım 2001-ci ildən eyni zamanda mənim rəhbərlik etdiyim "Şərqin səsi" qəzetinin redaksiyaı ilə əməkdaşlıq etməyə başlayıb. Elə o vaxtdan da onun elmi, bədii və publisistik yaradıcılığı daha da çiçəklənib, qol-budaq açıb.Az sonra Yeni Azərbaycan Partiyasının üzvü seçilib, "Şərqin səsi" qəzetinin şöbə müdiri təyin olunub. Daha sonra isə "Elm və Təhsil" qəzetinin redaktor müavini vəzifəsinə irəli çəkilib. 2003-cü ildə “Bülbülə İmamzadə ziyarətgahı”, 2004-cü ildə “Gənc müəllim və özünütəhsil” kitabları "Borçalı" nəşriyyatında məhz bizim naşirliyimiz, redaktorluğumuz və xeyir-duamızla işıqüzü görüb.2005-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi tərəfindən Gənc Jurnalistlərin Ümumrespublika müsabiqəsində I yerə layiq görülüb.2007-ci ildə bizim təqdimatımız əsasında Azərbaycan Jurnalistlər Birliyinə üzv qəbul olunub. Bir-birinin ardınca "Abdulla Şaiq", “Həsən bəy Zərdabi”, “Qızıl Qələm”, “Vicdanlı Qələm” və s. mükafatlara layiq görülüb.Azərbaycan Respublikası "Təhsil" Mərkəsi tərəfindən "XXI Əsrin Ziyalısı" Fəxri mükafatı ilə təltif olunub.2008-ci ildə “Güzdəkli Sona xanım”, 2009-cu ildə “Bir ömrün taleyi”, 2010-cu ildə “Lahıcın dağ vüqarı” və “İçərişəhərin əbədi sakini” (bu kitab 2011-ci ildə ikinci dəfə təkrar nəşr olunub), 2013-cü ildə “Bakı kəndlərinə səyahətim”, “Tər bənövşə”, 2014-cü ildə “Səlahiyyətli səfir”, 2015-ci ildə “Səttar yadigarı”, 2017-ci ildə “Nurlu balalar”, “Seysulanda döyüş”, 2021-ci ildə “Qarabağda döyüşən bülbüləlilər” və s. kitabları nəşr olunub. Dövrü mətbuatda müntəzəm olaraq jurnalist, publisist, tarixçi kimi çıxış edib, Azərbaycanın maddi-mədəniyyət abidələri, Bakı kəndlərinin qədim tarixi, milli təhsilimizin problemləri, qabaqcıl pedaqoqlar, incəsənət, mədəniyyət xadimləri haqqında 1000-ə qədər məqaləsi çap olunub. 2011-ci ildə Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının, 2014-cü ildə Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanla təltif edilib.2014-cü ildə Mətbuat Şurasının və “SOCAR-AQŞ” MMC-nin “Əsrin Müqaviləsi”nin 20 illiyinə həsr olunmuş müsabiqədə, 2015-ci ildə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Azərbaycan mətbuatının 140 illiyi ilə əlaqədar “Mədəniyyətimizin təməli” adlı müsabiqədə I yerə layiq görülüb. 2016-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və “Azərbaycan müəllimi” qəzeti redaksiyasının birgə keçirdikləri “Ən yaxşı yazı” müsabiqələrinin qalibi olub, mükafata layiq görülüb.2011-ci il martın 3-də Azərbaycan Yazıçılar Birliyində müqəddəs övliya Mir Möhsün Ağanın xatirəsinə ithaf olunan “İçərişəhərin əbədi sakini”, 2013-cü il mayın 21-də Suraxanı Rayon Heydər Əliyev Mərkəzində “Bakı kəndlərinə səyahətim”, 2015-ci il martın 16-da Azərbaycanda Atatürk Mərkəzində “Səlahiyyətli səfir”, 2016-cı ildə Suraxanı MKS-də “Səttar yadigarı” kitabının təqdimatları keçirilib. 2016-cı ildə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. 2007-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2016-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan tanınmış yazıçı-publisist, şairə, müəllimə, eyni zamanda “Abdulla Şaiq”, “Həsən bəy Zərdabi”, “Xanqızı Natəvan”, “Zirvə”, “Qızıl qələm” və “Vicdanlı Qələm” mükafatları laureatı Təranə Kommuna qızı Cəbiyevanın şeirlərindən ibarət “Vətənin keşiyində” adlı disk-albomu işıq üzü görüb.ZiM.Az xəbər verir ki, geniş dinləyici auditoriyasına təqdim olunan “Vətənin keşiyində” adlı disk-albomda müəllifin Vətənə, Ali Baş Komandana, əsgərlərimizə və Şuşaya həsr etdiyi şeirləri toplanıb.Albomdakı şeirləri bədii qiraət ustası Əlizaman İlknur səsləndirib. Diskin hazırlanmasında görkəmli Azərbaycan bəstəkarları Fikrət Əmirovun, Vaqif Mustafazadənin və gənc bəstəkar E.Şahinin musiqilərindən istifadə olunub.Təranə Cəbiyeva həm də xeyriyyəçi xanım kimi tanınır. O, M.F.Axundov adına Milli kitabxanaya 200-dən çox “İçərişəhərin əbədi sakini” kitabını, eyni zamanda Heydər Əliyev Fonduna “İçərişəhərin əbədi sakini”, “Səlahiyyətli səfir”, “Bakı kəndlərinə səyahətim”, Azərbaycan Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasına “İçərişəhərin əbədi sakini”, Almaniyanın Martin Lüter adına kitabxanasına “Bülbülə İmamzadə ziyarətgahı”, ”Güzdəkli Sona xanım”, “İçərişəhərin əbədi sakini”, “Bakı kəndlərinə səyahətim”, “Səlahiyyətli səfir” və Naxçıvan Muxtar Respublikasının Heydər Əliyev Mərkəzinə “Səlahiyyətli səfir” kitablarını hədiyyə edib. Son olaraq, onu da qeyd edək ki, ZiM.Az saytının fəaliyyətə başladığı elə ilk günlərdən Təranə xanım jurnalistlik fəaliyyətini yenə də bizimlə birlikdə davam etdirir.Biz də ZiM.Az-ın bütün Yaradıcı Heyəti adından həmkarımız çox hörmətli Təranə xanımı qarşıdan gələn ad günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, bədii-publisistik yaradıcılığında, elmi-pedaqoji-ictimai və eləcə də jurnalistlik fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..Və aşağıda Təranə xanımın bir neçə şeirini oxucularımıza ərmağan edirik!..Müşfiq BORÇALI,ZiM.AzŞUŞAYA SANCILAN BAYRAQ!Neçə ildir yol gözləyən, “Hanı oglum, qızım?” deyənİndi yol ver, səni sevən Əsgər gəlib görüşünə! Səninlə tarix yazacaq, Şuşaya sancılan bayraq!Vətən sənə nəfəs verdi, “Qoru yurdu, əsgər!” - dedi Möcüzəni Allah verdi, Bu yuxu deyil, həqiqətdi! Səninlə tarix yazacaq, Şuşaya sancılan bayraq!Gözün aydın, Azərbaycan! Göz bəbəyin, məğrur qalan, Əsirlikdən olub azad, Daha doğmadı, deyil yad! Səninlə tarix yazacaq, Şuşaya sancılan bayraq!Gücümüz düşmənə bəlli, Ömürlük ona bəsdi! Layiqli cavabın verdi, Vətən oğlu, vətən əsgəri! Səninlə tarix yazacaq, Şuşaya sancılan bayraq!Zəfərlərin müjdəsidi, Ərənlərin cərgəsidi, Ər igidlik, nişanəsi, Şanlı millət qələbəsi! Səninlə tarix yazacaq, Şuşaya sancılan bayraq!Füzulidə, Qubadlıda, Cəbrayılda, Zəngilanda Asılan üç rəngli bayraq! Düşmənlərin ovdu gözün! Səninlə tarix yazacaq, Şuşaya sancılan bayraq!Nigarandı Xanın səsi, Qarabağın şikəstəsi! Məgrur Pənahəli xanın, Xan qızı Natavanın, Dahi Üzeyir babamın, Əmanəti olan torpaq! Səninlə tarix yazacaq, Şuşaya sancılan bayraq!Fədakar, müzəffər ordu, Haqq qələbəsin çaldı! Könül gördü, şad oldu! Səni görəndə, al bayraq! Səninlə tarix yazacaq, Şuşaya sancılan bayraq!Ulu öndər yadigarı, Cənab Ali Baş Komandan! Qüdrətinlə çalındı! Böyük zəfər çağırışı, Qarabağın qayıdışı! Şuşaya sancılan bayraq! Səninlə tarix yazacaq! Səninlə tarix yazacaq!ŞƏHİDLƏRAzərbaycan tək deyil, Köksündədir ərənlər! Bir çıraqdı, şəhidlər! Bir ocaqdı, şəhidlər! Bir Vətəndi, şəhidlər!Qarabağda izi var, Döyüşlərdə özü var, Bir şimşəkdi, şəhidlər! Bir igiddi, şəhidlər! Bir Vətəndi, şəhidlər!Unutmarıq sizi biz! Hər an qəlbimizdəsiz! Bir oğuldu şəhidlər! Bir aslandı şəhidlər! Bir Vətəndi, şəhidlər!Tarix yazdın Mübariz!..Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovunəziz xatirəsinə ithaf olunur.Yurdum üçün doğuldun,Torpaq üçün qovruldunDöyüşlərə atıldın,İgid çağrıldı adınQisas aldın Mübariz!Tarix yazdın Mübariz!Gənclərə örnək oldun,Adın qədər ucaldın.O, düşmənin, alçağınBir anda bağrın yardın.Qisas aldın Mübariz!Tarix yazdın Mübariz!Gecəni oyaq qaldın,Sən silaha sarıldınDüşmənlə o savaşın,Dilindən düşməz xalqın.Qisas aldın Mübariz!Tarix yazdın Mübariz!Boy-buxun, qara saçınNecə yaraşıqlıydın?Sən alanda intiqamNecə sevindi, Şuşam!Qisas aldın Mübariz!Tarix yazdın Mübariz!Andına sadiq qaldın,Qələbəyə yaxındın.Nələr etmədi sənin Əlindəki silahın.Qisas aldın Mübariz!Tarix yazdın Mübariz!Vətənə oğul oldun,Şəhidlik zirvəsindəOrduma dayaq oldun,Ərənlər cərgəsindəQisas aldın Mübariz!Tarix yazdın Mübariz!Döyüşə sən tək getdin,Ölümü sən tək seçdinQulaqlarınla eşitdin,Xocalıların səsin!Qisas aldın Mübariz!Tarix yazdın Mübariz!07.02.2016SƏBUHİMəktəbdə birinciydi, Sakit tərbiyəliydi Onu görən deyərdi Ağıllı Səbuhidi.Müəllimlər yanında Uşaqlar ətrafında Səbuhini görəndə Başına and içərdi.Kimin qəlbini qırıb? Kimə yaman tərs baxıb? Yox bunlar heç olmayıb, Səbuhi bam başqaydı!Ürəyini açardı, Anasıyla hər zaman, Sirləri bir olardı, Düşüncələri hər an.Məktəbi bitirəndə, Arzusunu deyəndə Kədər görcək üzündə, Könlün aldı anasın.Gözəl anam, sən düşün, Vətənçün canım qurban! Halal et mənə südün, Qisas alım yağıdan!Ana istəmədi ki, Oğlu incisin ondan, Qəbini qırmadı ki, Uğur qaçmasın ondan!Səbuhi əsgər oldu, Vətənə dayaq oldu, Təlimlərə qatıldı, Dostları da çoxaldıOnun nifrəti ancaq, Xain düşmənə idi, Haçan savaş olacaq? Düşündüyü o idi.İçini yandırardı, Xocalıların dərdi, İtirilən torpaqlar, Öldürülən uşaqlar.Gecə-gündüz deyərdi, Vətən bizi gözləyir! Susduraq biz düşməni, Şərəfsiz ermənini.Hər daşına vurğunam, Torpağına qurbanam. Heç rahatlıq tapmaram, Qarabağı almasam!Telefonun gur səsi, Səhər tezdən çalındı, Evdə kimsə bilmədi, Səbuhi necə danışdı.Ana qalxdı ayağa. Tez baxdı saata, Gördü Səbuhi gedib, İsti çayın içməyib.O, başını yellədi, Oğlundan gileyləndi. Sonra baxıb qapıya, Salamat qayıt - dedi.O, orduya çağrıldı, Əsl savaş başlandı. Qəfil Səbuhi gördü, Qarşındakı düşməndi.Xilas etdi kəndləri, Neçə-neçə şəhəri, Səbuhi dayanmadı, Bildi Vətən dardadı.O düşməni, alçağı, Əlindəki silahla, Az qalıb vuracaqdı, Tüfəngin qundağıyla.Yerə düşən mərmidən Göyləri duman aldı. Sonra qopan qəlpədən, Tək Səbuhi oyanmadı!Son kərə ana deyən, Canını sipər edən, Şəhadətə yüksələn, Nər igid oyanmadı!Qoy, bunları mən deyim, İgid, mətin əsgərim, Üzü gülər şəhidim, Sən doymadın Vətəndən!İndi anan da deyir: “Mənim ilkim, sevincim, Göz bəbəyim, ürəyim, Sənsiz indi, neyləyim?!Ana, el-oba bilir, Oğlun Vətən aşiqi, Hamı da onu deyir, Şəhid balan cənnətdədi!Gül-çiçəyə qərq olan, Bülbülədəki xiyaban, Qoynundakı nər aslan, İgid Səbuhi balandı!Adıyla tarix yazan, Əbədiyyət qazanan, Başı üstə dalğalan, Üç rəngli bayrağım! Böyük zəfər bayrağım!ŞƏHİDLƏR XİYABANIGöy üzün bulud alıb, Bakıya ilk qar yağıb, Şəhər kədərə batıb, 20 Yanvar günündə!Qərənfillər önündə, Düzülən cərgə-cərgə, Şəkilləri görəndə, Ürək dözmür bu dərdə!Yanvarın bərk şaxtası, Havanın qar-yağışı, Tökülən göz yaşını, Silir hər məzar daşı!Səsi ürək dağlayan, Balasını çağıran, Oğlu şəhid olan, Analardı ağlayan!Sıra-sıra düzülən, “Bizi unutmayın” – deyən! Hər biri qəhrəmandı, Şir ürəkli aslandı!Tanka yaxın olanda, Güllələr tuşlananda, Baxışıyla yandırdı, O qatil cəlladları!Sinəsi sipər olan, Dillərə dastan olan, Vətənimi yaşadan, Şəhid olan qəhrəman!Sizlərin yanındadı, Torpaq uğrunda ölən, Cəsur, igid əsgərim, Neçə-neçə şəhidim!20 Yanvar açısın, Soyutmadıq ağrısın, Nişanəsi çox oldu, Şəhidlər xiyabanı!El yolunda savaşan, Qeyrətinə qurbanam, Üç rəngli bayrağıma, Fəda olan şəhidim!Qələbəni qazanan, Məkanı cənnət olan, İndi rahat yat, ocaqdı Uyuduğun xiyaban!Xalqımızın yurd yeri, Qibləgahı, yurd yeri, Əbədiyyət ocağı, Şəhidlər xiyabanı!Zəfərinə şahiddi, Qoynundakı hər şəhid, Məşəlin də əbədidi, Şəhidlər xiyabanı! Şəhidlər xiyabanı!20.01.2021BİLƏ BİLMƏDİM Qanlı göz yaşımla bu günahımı Ağlaya bilmədim, gülə bilmədim, Acı bir hıçqırıq kəsdi ahımı, De, necə yaşayım, bilə bilmədim.Özümdə axtardım günahlarımı.İtirdim dostları, tapa bilmədimBəzən də dəyişdim öz qərarımıIş-işdən keçsə də, bilə bilmədimYaşım üstə yaş gəlibdi neyləyim, Zaman keçdi, illər ötdü, bilmədimHər ötən gün cavab sordu, neyləyim?Cavabını düzüb deyə bilmədim. BƏNÖVŞƏAyrılıqmı çəkib, boynu əyridir,Heç yerdə görmədim düz bənövşəni... Aşıq QurbaniQəlbin qəmli, gözün yaşlı,Varmı sən tək dərdə dözən?!. Tək yaralı, qələm qaşlı, Ay boynubükük bənövşə! Hey qoxlasam, içindən Titrəyərsən, əsərsən Rəngin solar üzündən, Ay boynubükük bənövşə! Bir incidir göz yaşın,İncikliyin alın yazın, Daha olmaz sevgi payın, Ay boynubükük bənövşə!BİR OVUC SU Qəhərdən boğazım alışıb yandı,De nədən gözlərin mənə boylandı?!.Gördün halımı, sözün qalmadı,Içməyə bir ovuc su tapılmadı.Yoxsa ürəyinə hakim olmuşam?Bəlkə bir doğma tək şirin olmuşamLal baxan sevgiyə donub qalmışam.Eşqinə mənmi günahkaram?!.Yenə baxışların dikilib mənə,Bir qızıl şimşək tək gəlir üstümə...Sözümü deyirəm, sənin üzünə:De qurtar, dərd vermə, kövrək qəlbimə!MƏHƏBBƏTDƏN PAY İSTƏDİMMəhəbbətdən pay istədim, vermədi,Məhəbbətdən güc istədim, vermədi...Barı taleyimə yazılan eşqi,Analıq hissimi öldürməyəydi!Nə qədər doğmaydı, yaxındı mənə,Dağ deyib, sığınardım köksünə.Ürəyim istəyib, onu görəndə,Qəfil hardansa rast olardı mənə.Bilmirəm bu nə zülm, bu nə zillətdi,Tənhalığa məhkum olan həsrətdiDilimin ucunda göynəyən, nədi?!.Duydum varlığımla, lal məhəbbətdi.Küsürəm, gedirəm gəlməyim daha,Hələ ümidim var nurlu sabaha Ömrümə dərd yaxan o insafsızaDeyin ki, səhərim açılmaz daha! Təranə Cəbiyeva,ZiM.Az.“İLHAMLI GÜNLƏRİN NƏĞMƏSİ” (Poemadan ixtisarla)Xeyir- duasını Tanrıdan aldı,Hünər meydanında qələbə çaldı.Amalı, eşqiylə daim ucaldı,Günəştək göylərdə doğan Prezident !Sevindi millətdən gələn seçimə,İnandı qeyrətli xalqın gücünə.Xoş arzu, ilhamla xalqın içinə,Həmişə üzüağ çıxan Prezident!Qorunub şərindən bədnəfəslərin,Kəsir sədasını bayquş səslərin.Sədaqət andına dönük kəslərin,Başında şimşəktək çaxan Prezident !Dağlartək vüqarı, qüruru ilə,Hər yeni zəfəri, uğuru ilə,Həqiqət işığı, haqq nuru ilə,Azman yağıları yıxan Prezident !Xalqına, elinə bir həmdəm kimi,Qəlbini millətə edib şəm kimi.Dərdə şəfa verən saf “Zəm-zəm” kimi,Yanar ürəklərə axan Prezident!Millət, xalq sevgisi hopduqca qana,Məhəbbət nurunu saçır hər yana.Nura qərq etdiyi Azərbaycana,Heydər Zirvəsindən baxan Prezident !Şəri, qaranlığı boğan Prezident !ZƏFƏRİN MÜBARƏK, AZƏRBAYCANIM!Al bayrağın gözümüzün nurudu,Nur çeşməli bulaqların durudu.Haqq sevəni Allah özü qorudu,Sənsən mənim məsləkim, din-imanım,Zəfərin mübarək, Azərbaycanım !Ucalardan çox ucadır qüdrətin,Sonsuzdur düşmənə kinin, nifrətin.Şükür, bitdi otuz illik həsrətin,Eşqinlə qaynayır, hey coşur qanım,Zəfərin mübarək, Azərbaycanım!Oğulların keçdi əziz canından,Güllər açdı şəhidlərin qanından.Şuşan, Kəlbəcərin, Zəngilanından,Qələbə ətriylə açılır danım,Zəfərin mübarək, Azərbaycanım!Hünərin dillərdə olduqca dastan,Dönüb hər tərəfin olur gülüstan. Bizə qardaş , can Türkiyə, Pakistan,Dar günümdə dərdə oldu dərmanım,Zəfərin mübarək, Azərbaycanım!Yenilməyən ordumuz var- müzəffər,Qəhrəmandır, hünərvərdir hər əsgər.Tarixlərdə dastan oldu bu zəfər,Yaşasın, qoy Ali Baş Komandanım!Zəfərin mübarək, Azərbaycanım!!!Mais TəmkinŞƏHİDBu Vətən çəkdi haray, sən də yetişdin dadına,Son qoydun bu Vətənin otuz illik fəryadına.Hamı rəhmət oxuyur, sənin müqəddəs adına,Dönmüsən dastana sən, bil, bütün dillərdə, ŞƏHİD!Zülmətə nur çilədin, işıqlandı hər dağ, dərə,Yenidən gəldi cana Şuşa, Zəngilan, Ağdərə.Üçrəngli bayrağımı sən qaldırdın Zirvələrə,Sənin eşqinlə gəzir, bayrağım əllərdə, ŞƏHİD !Sənin ayaq izlərin hər qayada, daşda qalır,Həsrətin gözdə olan, seltək axan yaşda qalır.Bu, Hüseyn məktəbidir, ilboyu yaddaşda qalır,Yaşarsan sən əbədi, sevən könüllərdə, ŞƏHİD!Ürəyə dağ* kimi yox, Zirvətək sandıq bu dağı,Vuruşdun ər kimi sən, ol Əli Əkbərsayağı.Qurban verdin vətənə, həm qolunu, həm ayağı,Qaldın Abbas kimi sən, təşnətək çöllərdə, ŞƏHİD !Yolunu gözləyənin ərşə çəkildi yuxusu,Hardandır, bir bu qədər gözdən axan bu qanlı su?Sən yatan torpağımdan hey gəlir cənnət qoxusu,Bələnib xoş ətrinə, çiçəklər, güllər də, ŞƏHİD !Bəzədin öz qanınla, əlvan etdin bağça-bağı,Adınla zinətləndi, yurdumun zəfər sorağı.Hara baxsan, şəninə açılır ,,Zəm-zəm" bulağı,Ruhuna edir dua, içdikcə ellər də, ŞƏHİD !Səndən ibrət götürən, anda sədaqətli olar,Atılar alovlara, qorxmaz, cəsarətli olar.Məzarın ildən-ilə hər an təravətli qalar,Solmayan gül kimisən, bütün fəsillərdə, ŞƏHİD !Yaşarsan sən əbədi, sevən könüllərdə, ŞƏHİD !!!24.09.2021"İlhamlı günlərin nəğməsi" poemasından ixtisarlaVətən bağçasının bağbanı sənsən,Gülüstan görünür önüm , İlhamım.Xalqın komandanı, rəhbəri sənsən,Anbəan xoş gəlir günüm, İlhamım!Ata Heydər yolu hər yoldan haqdır,Sevgisi qəlblərdə sönməz ocaqdır.Səninlə boyaboy ucalacaqdır,Bayrağım, məsləkim, dinim, İlhamım!Əbədi bahardır xoş təbiətin,Vətənə xidmətdir işin, sənətin.Hünərin sarsılmaz, iradən mətin,Olmusan düşmənə qənim, İlhamım!Sən mənim rəhbərim, havadarımsan,Mərdliyim, qürurum, iftixarımsan.Mənim sərvətimsən, mənim varımsan,Mənim ilhamımsan, mənim İlhamım!Mais TəmkinAYB üzvü, Prezident mükafatçısı Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.