Tanınmış kinorejissor Oqtay Mirqasımovun 75 illik yubileyinə həsr olunmuş tədbir Bakı, Mədəniyyət, Unutsaq, unudularıq!.. 23 Ekim Bu günlərdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Yasamal Rayon MKS-nin birgə təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində Xalq artisti, tanınmış kinorejissor Oqtay Mirqasımovun 75 illik yubileyinə həsr olunmuş “Kino həyatın bir zərrəsidir” adlı tədbir keçirildi.Tədbiri giriş sözü ilə Yasamal Rayon MKS-nin direktoru, tarix elmləri üzrə fəlsəfə doktoru Lətifə Məmmədova açaraq kinorejissorun yaradıcılıq fəaliyyəti haqqında maraqlı faktlar söylədi və qeyd etdi ki, Oqtay Mirqasımovun yaradıcılığı Azərbaycanın kino tarixində xüsusi yer tutur.Yasamal Rayon İcra Hakimiyyətinin humanitar şöbəsinin müdiri Zöhrab Cəfərov rayon icra hakimiyyəti adından görkəmli kinorejissor, Xalq artisti Oqtay Mirqasımova səmimi arzularını çatdırdı.Oqtay Mirqasımovun filmlərinin əhəmiyyətindən danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə vurğuladı ki, bu filmlərdə vətənpərvərlik mövzusu, cəsarət və mərdlik hissləri qabarıq şəkildə təqdim edilir. Kinorejissor Oqtay Mirqasımov Vətənə, onun tarixinə, adət-ənənələrinə böyük məhəbbətlə yanaşır, istedadlı insanları öz əsərlərində əbədiləşdirir. Azərbaycan mədəniyyətindən söhbət açan A.Mirzəzadə qeyd etdi ki, mədəniyyətə və mədəniyyət xadimlərinə diqqət və qayğı Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir. Bu siyasətin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur.Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, görkəmli kino tənqidçisi Aydın Kazımzadə çıxışında qeyd etdi ki, Oqtay Mirqasımov bir neçə sənədli, bədii filmlərin quruluşçu rejissoru və ssenari müəllifidir. Onun filmləri Ümumittifaq və Beynəlxalq kino festivallarında mükafatlar qazanmışdır.Təbrizdən təşrif buyuran həmyerlimiz Hədyə Zəhra Əhmədi O.Mirqasımova dahi Füzulinin qəzəllərini və ustad Şəhriyarın şeirlərini ərməğan etdi.“Dünya azərbaycanlılarının həmrəyliyinə dəstək” QHT-nin prezidenti Tofiq Əlizadə kinorejissoru yubiley münasibətilə təbrik edərək ona sənət uğurları arzuladı.“ELS - Müstəqil Araşdırmalar Mərkəzi” ictimai birliyinin rəhbəri İradə Yaqubova Azərbaycanda istehsal olunan retro filmlərdən söhbət açaraq, onları Azərbaycan kinosunun 120 illik yubileyi ilində yenidən Dövlət televiziyasında nümayiş etdirilməsini və bu məsələ ilə əlaqədar teleşirkətin rəhbərliyinə müraciət etməyi təklifetdi.Yubiley gecəsində kinorejissorun həyat və yaradıcılığına həsr edilmiş “Oktay Mir-Qasım-75” adlı virtual fotoalbom nümayiş olundu. Tədbirdə Oqtay Mirqasımovun “Gto zvuki istinı”, “Ovsunçu”, “Qisas almadan ölmə”, “1001 qastrol”, “Günaydın, Mələyim”, “Çertik pod lobovım steklom” filmlərindən fraqmentlər göstərildi.Azərbaycan Milli Konservatoriyasının tələbəsi, Beynəlxalq müsabiqələr laureatı İslam Qasımov “1001 qastrol” sənədli filmindən Rəşid Behbudovun “Ey, Vətən” mahnısını canlı ifa etdi.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.