Nur içində yat, əmi... Gəncə, Unutsaq, unudularıq!.., Qərbi Azərbaycan 8 Ağustos Hamı yaşayır, hər kəs “Mən də yaşadım!” – deyə, keçmişi ilə qürrələnmə haqqına sahibdir, ancaq nə yazıq ki, heç də hamının yaşadığı ömür bu sözləri cəsarətlə, ağız dolusu deməyə əsas vermir... Mənim Nağı əmim yaşadığı mənalı və dolğun ömrü ilə “Mən də yaşadım!” sözlərini məhz cəsarətlə, ağız dolusu deyəcək kişilərdəndir. Nur içində yat, əmi, sən bu dünyada olmasan da, idealların bizimlədir!Asif HİLALOĞLU, ZiM.AzXatırladırıq ki, Nağı Kərim oğlu Əbdüləzimov 14 dekabr 1936-cı ildə Qərbi Azərbaycanın Göyçə mahalının Zod kəndində anadan olub. 1953-cü ildə Zod kənd orta məktəbini bitirdikdən sonra Pedaqoji institutun Dil-ədəbiyyat fakültəsinə daxil olub.1957-1962-cü illərdə orta məktəbdə dil-ədəbiyyat müəllimi işləyib. 1962-ci ilin sentyabr ayında Basarkeçər rayon Komsomol Komitəsinin birinci katibi seçilərək, 1967-ci ilin avqust ayına kimi həmin vəzifədə çalışıb.1967-1969cu illərdə Bakı Ali Partiya Məktəbində oxuyub . 1969-1974 -cü illərdə Zod kəndində kolxoz sədri işləyib. 1974-1976 -cı illərdə Gəncə şəhəri Yüngül Sənaye Texnikumunda müəllimlik edib.1976-cı ilin fevralından 1981- ci ilin aprel ayına qədər Azərbaycan KP Gəncə şəhər komitəsində təlimatçı, 1981- ci ilin aprel ayından 1991- ci ilin noyabr ayına kimi Gəncə şəhər PK də şöbə müdirinin müavini – Siyasi Maarif Evinin müdiri işləyib.1991-1997–ci illərdə Mədəniyyət İşgüzarlıq Mərkəzinin müdiri kimi fəaliyyət göstərib.1993–cü ildən YAP–ın üzvü olub. 1997–ci ildə YAP Gəncə təşkilatının sədri seçilib. YAP-ın 1-ci Qurultayında Siyasi Şuranın üzvü seçilib.2000-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.Bir sıra xarici ölkələrdə - Finlandiya, İngiltərə, Əlcəzair, Macarıstan,Türkiyə və 1998-ci ildə Səudiyyə Ərəbistanında Həcc ziyarətində olub.Nağı Əbdüləzimov 2001-ci il sentyabr ayının 8-də Gəncə şəhərində vəfat edib.Allah rəhmət eləsin!.. Ruhu şad olsun!..ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.