UTECA-da “Open Science platformasının təbliği” layihəsi çərçivəsində seminar keçirilib

UTECA-da “Open Science platformasının təbliği” layihəsi çərçivəsində seminar keçirilibUTECA-da “Open Science platformasının təbliği” layihəsi çərçivəsində seminar keçirilib UTECA-da “Open Science platformasının təbliği” layihəsi çərçivəsində seminar keçirilib UTECA-da “Open Science platformasının təbliği” layihəsi çərçivəsində seminar keçirilib Azərbaycan Texnologiya Universitetində Təhsil Nazirliyi və Azərbaycan Gənc Alim, Doktorant və Magistrlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Open Science Azərbaycan: Gənc Tədqiqatçılar Arasında “Open Science” Platformasının Təbliği” layihəsi çərçivəsində seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan UTECA-nın tədris işləri üzrə prorektoru, dosent Yaşar Ömərov gənc tədqiqatçılara seminarın əhəmiyyətindən, gənc alimlər üçün elmi resursların əlçatanlığının vacibliyindən, beynəlxalq elmi platformalardan istifadə bacarığına və elmi məqalələrin yazılması metodologiyasına yiyələnmələrindən bəhs edib.

Daha sonra Azərbaycan Gənc Alim, Doktorant və Magistrlar Cəmiyyətinin sədri İlqar Orucova söz verilib.
İ.Orucov çıxışda ölkədə gənclər üçün yaradılan şəraitdən söz açıb.
Bidirib ki, bu layihənin də tətbiqi gənc alimlərin elminin, bilik imkanlarının daha da şaxələndirilməsinə, onların beynəlxalq əlaqələrinin inkişafına xidmət edəcək ki, bu da öz növbəsində gənclər üçün yeni imkanlar yaradacaq, nəticədə elmin inkişafına təkan olacaq.

Sonra Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin eksperti, dosent Ruslan Rəhimli gənc tədqiqatçıların qarşısında təlimçi qismində çıxış edib.

3 saatdan artıq davam edən seminarın sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: