Elmira QƏRİB RUH (CABBAROVA) Azərbaycan » Gəncə 21 Kasım Elmira Qərib Ruh (Elmira Həsən qızı Cabbarova) - 1959-cu il yanvarın 29-da Daşkəsən rayonunda anadan olub. 1977-1990-cu illərdə Gürcüstanın Rustavi şəhərində yaşayıb. 1990-cı ildən Gəncə şəhərində yaşayır. Gənclik illərindən başlayaraq bədii yaradıcılıqla məşğul olur. Müxtəlif mövzularda yazdığı şeirlər müxtəlif mətbuat orqanlarında, poeziya antalogiyalarında və ədəbi-bədii məcmuələrdə dərc olunub. 2022-ci ildə “Ruh yolçusu” adlı ilk şeirlər kitabı “Borçalı” nəşriyyatında nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilib.Biz də hörmətli Elmira xanıma yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza ərmağan edirik.Ramazan RZA,AYB-nin və AJB-nin üzvü,"Borçalı" nəşriyyatının bədii redaktoru,"Abulla Şaiq", "Zirvə", "Zəfər", "XXI əsrin ziyalısı"və "Qızıl qələm" mükafatları laureatıZiM.Az PAYIZ...Taleyin günəşı, yaxıb yazda da...Gülmədim, yazda da, yandım, yazda da...Kərəmin adı var, mənəm kül olan...Yaxılan, kül olan, yanan, kül olan...Yazda, nə gördüm ki, payızdan qorxam...Gəl payız, gəlirsən, orda dayanma...İstəyirsən elə, qışı da gətir...Yanmış yarpaqlarım, sovur, qalmasın...Yazda yandım, sən də, dondur qalmasın...Yazda yandım, sən də, dondur qalmasın...15/11/2022BİR GƏLSƏNƏ, MÜRŞÜDÜ ŞƏMS...Bir gəlsənə, Təbrizli Şəms...Bir gəlsənə, mürşüdü Şəms...Gəl azmışam, dönəmmirəm...Gəl nəfsimi, yenəmmirəm...Mövlanayla, döndün durdun...Şəmsi oldun, pərvanənin...Öyrət mənə, heç olmağı...Dizim alta, alım nəfsi...Öyrət mənə, heç olmağı...Var olanda, yox olmağı...Var olanda, əriməyi...Var olanda, var olmağı...Güldə, gül olub yaşayım...Ləçəkdə men, ləçək olum...Küləkdə mən, külək olum...Hara baxsam, "ONU" görüm..."O" hər yerdə, təcəllidə!Mən onunla dövr eləyim...Birgə təcəlli eyləyim...Birgə təcəlli eyləyim...15/11/2022ALƏM...Hərənin öz aləmi var... Hərə yaşar öz içində...Hərənin öz cəhənnəmi, hərənin var, öz cənnəti ...Aləmində nə haldasan? Üzdən onu anlayamam...Aləmimdə nə yaşaram? Onu hardan anlayasan...Aləmimdə Allahımla, tək- təkəyəm, baş başayam...Yalnız ondan, mən qorxuram... Yalnız ona sığınıram...16/11/2022MÖCÜZƏ...Həyat, çözülməyə uyğun yer deyil...Həyat qəm - qüssə yox,bir möcüzədir...Ətrafım möcüzə, özüm möcüzə;Elə seyr etdikcə, möcüzələri ;Həyat yavaş - yavaş gələcək sona; Dönərəm yoxluğa, və sonsuzluğa;O da bir möcüzə, bu da möcüzə...17/11/2022 BİR DAMLA...Okeanda bir damlayam...Mən kiməm ki, kiməm ki mən?...Bir damlayam, okeanda ...Bir damlayam, mən ümmanda...Bircə damla, bircə damla ...Küllənin bir zərrəsiyəm ...Okeanın damlasıyam ...Kiməm ki mən, kiməm ki mən?Bir zərrəyəm, bir damlayam...Bir zərrəyəm, bir damlayam...18/11/2022BİRİNİ GÖZLƏYİRƏM...Oturmuşam, bu xanda, müsafirəm burada...Gözlədiyim biri var, birini gözləyirəm;O gəlincə burada, yaşama çalışıram...Görüb duyduqlarımı, yazmağa çalışıram...Ölüm etibarlıdır, ölümü gözləyirəm...Ölüm etibarlıdır, ayırd etməz, kimsəyə ...Vaxtı gələn hər kəsi, götürər, qayıblara ...O gəlincə gedərəm, hər kəs getdiyi yerə...O gəlincə burada, mən onu gözləyirəm...O gəlincə vaxtımı, boşuna keçirtmirəm ;Yaşamağa çalışır, yazmağa çalışıram...Aldığımı almışam, verdiyimi vermişəm ... İndi burda oturub, birini gözləyirəm...Artıq burda oturub, birini gözləyirəm...19/11/2022EŞQ...Ey eşq, nəsən axı, necə bəlasan?Varlığın da acı, yoxluğun acı...Sən var isən ürək , yanar çırpınar...Sən yox isən ürək,qan fəryad edər...Varlığın da zülüm, yoxluğun da zülm...Sən var isən insan , yanar heç olar...Sən yox isən insan, sənsiz heç olar...Nə bəlasan bilməm, nə bəlasan, eşq...Sən varsan, yanaram, bir kül olaram...Sən yoxsan, onsuz da, küləm ki küləm...Sən yoxsan, onsuz da, küləm ki küləm...13/11/2022İT...Mən heç vaxt it saxlamadım... Həyatımda da,olmayıb...Rastlaşmışam, orda - burda... Görüb məni, sevinsə də;Görüb məni, hürüsə də; Hücum etsə, dişləsə də;Quyruğunu, bulasada da; Səmimidir, hər duyğuda...Ona görə, mən sevirəm; Sevirəm mən, bu itləri...İnsanları sevirəmmi? Bunu bilə, bilməyəcəm...Bunu deyə bilməyəcəm...19/11/2022QACMA DAHA...Nə çox qaçdın, ay xoşbəxtlik; Mən özümü, qanan vaxtdan;Sən qaçırsan, mən qaçıram; Mən çatdıqca, sən qaçırsan;Sən qaçdıqca, mən çatıram; Qaça - qaçda, çata çatda;Gəldi ömür, kecdi ömür ... Qaçma daha, keçmə daha ...Mən gəlmirəm, dayan daha... Daha mənə qıymadığın, Xoşbəxtliyi, istəmirəm... Daha səni izləmirəm...Oturmuşam, buradaca; Xoşbəxtliksiz, yaşayacam...Daha səni, izləmirəm; Daha səni gözləmirəm ...Qaçma daha, qaçma daha... İzləmirəm, qaçma daha...19/11/2022ROBOT ŞAİR...Siz çəkməyin, çox dərdini, dünyanın...Bu yaxında, çox düzələcək, dünya...Süni insan, yaradırlar dünyada ...Əsil insan, yeniləcək dünyada...Əsil insan, intellekti ensə də ;Süni insan, yüksəlir intellektdə...Bu yaxında , yenilikler olacaq ...Süni insan, bizə rəhbər olacaq ...Müəllimlər, süni insan olacaq ...Başbilənlər, süni insan olacaq ...Şeiri də, süni insan yazacaq ...Şairlər də, süni insan olacaq ...Hələ desəm, elə AYB - də də ;Bu beş ilə, robot rəhbər olacaq ;Anar müəllimi əvəz edəcək...Bəli, bəli, çox dəyişəcək dünya ;Bu beş ilə, çox dəyişəcək dünya...19/11/2022 RUH YAŞASIN...Qorx o gündən, candan öncə ruh ölə...Can yaşaya, ruh çürüyə, ruh ölə...Vicdanla dost olum , Allahla sirdaş ...Ruhumu bəsləyim, ruhuma baxım...Təki ruh yaşasın, ruhum yaşasın...Təki ruh var olsun, ruhum yaşasın...YAZAN MƏLƏK...Ey hər dediyimi, yazan mələyim!Sən hər sözümü yaz, mən şeir yazım...Mən səsli oxusam, əğər şeirimi;Sən səsimi yaz ki, aləm dinləsin...Esitsin mələklər, dinləsin Allah...Qoy yeddi aləmə, yayılsın səsim...Ey hər dediyimi, yazan mələyim!Sən hər sözümü yaz, mən şeir yazım...21/11/2022ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.