Millət vəkili Qənirə PAŞAYEVA: "Azərbaycan-Gürcüstan Dostluq Qrupunda məni əvəzləyəcək ən layiqli şəxs Əflatun Amaşov..."

Millət vəkili Qənirə PAŞAYEVA: "Azərbaycan-Gürcüstan Dostluq Qrupunda məni əvəzləyəcək ən layiqli şəxs Əflatun Amaşov..." Millət vəkili Qənirə PAŞAYEVA: "Azərbaycan-Gürcüstan Dostluq Qrupunda məni əvəzləyəcək ən layiqli şəxs Əflatun Amaşov..."Millət vəkili Qənirə PAŞAYEVA: "Azərbaycan-Gürcüstan Dostluq Qrupunda məni əvəzləyəcək ən layiqli şəxs Əflatun Amaşov..." Millət vəkili Qənirə PAŞAYEVA: "Azərbaycan-Gürcüstan Dostluq Qrupunda məni əvəzləyəcək ən layiqli şəxs Əflatun Amaşov..." Millət vəkili Qənirə PAŞAYEVA: "Azərbaycan-Gürcüstan Dostluq Qrupunda məni əvəzləyəcək ən layiqli şəxs Əflatun Amaşov..." Azərbaycan Respublikası Milli Məclisininin deputatı Qənirə PAŞAYEVA:

-"Gürcüstandan olan
əziz qardaş-bacılarım,
dəyərli dostlar!
Azərbaycan-Pakistan
Dostluq Qrupu rəhbərliyinə namizədliyim irəli sürüldüyündən bundan sonra Azərbaycan-Gürcüstan Dostluq Qrupu rəhbəri olmayacam. Çünki prosedurlara görə bir millət vəkili sadəcə bir dostluq qrupuna rəhbərlik edə bilər.
Azərbaycan-Pakistan
Dosluq Qrupu rəhbərliyinə namizədliyim səslənən zaman Azərbaycan-Gürcüstan Dostluq Qrupunda məni əvəzləyəcək ən layiqli şəxsin Əflatun Amaşov olduğunu söylədim. Çünki Gürcüstan əsilli olması ilə yanaşı Əflatun müəllim o bölgəni yaxşı bilən, çalışan insanlardandır və inanıram ki, onun rəhbərliyi ilə bu qrup gözəl şəkildə fəaliyyət göstərəcək. Mən isə qrup üzvü kimi bundan sonra fəaliyyətimi davam etdirəcəm.
10 il ərzində Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri kimi ölkələrimiz arası əməkdaşlığın inkişafı üçün əlimizdən gələni etməyə çalışdıq və inanıram ki, bu işlər bunda sonra dəyərli həmkarım tərəfindən gözəl şəkildə davam edəcək.
Milli Məclis etimad göstərərsə bundan sonra Azərbaycan-Pakistan Dostluq Qrupuna rəhbərlik edəcəm.
Pakistan Azərbaycan üçün ən önəmli ölkələrdən biridir və gerçək bir dostdur.
Pakistanda həmmüəllifi olduğum "Xocalı soyqırımı şahidlərin dilindən" kitabımın Xocalı Soyqırımının 24-cü ildönümündə urdu dilində çapdan çıxması çox önəmli bir iş oldu.
Pakistanda səfirlik vəzifəsini gözəl şəkildə yerinə yetirmiş və hazırda ölkəmizin Birləşmiş Ərəb Əmirliyindəki səfiri olan dəyərli dostumuz
Daşqın Şikarov
a və əməyi olan hər kəsə təşəkkür edirəm.
İnanıram ki, Pakistanla əməkdaşlığın genişlənmə istiqamətində gücümüz daxilində gözəl işlər görə biləcəyik..."



Azərbaycanlıların Mədəniyyət Mərkəzi (AMM) Gənclər şöbəsinin müdiri: Nərgiz ƏLİYEVA:

- "Çox sevimli Qənirə bacım, sizin Gürcüstan-Azərbaycan əlaqələrinin güclənilməsi, burada yaşayan insanların bir sıra problemlərinin həlli istiqamətində apardığınız işlər və hər zaman istər Milli Məclisdə, istər beynəlxalq aləmdə Gürcüstan azərbaycanlıların və dövlətin hüquqlarını qoruyaraq səsimizi çatdırmanız bizim insanımızda sizə qarşı sonsuz hörmət, rəğbət, inam qazandırdı.
Sizi öz deputatlarımızdan ayırmazdıq.
İnsanlar bu gündə mənə müraciət edərək bəzi məslələri sizə çatdırmamı istəyir çünki sizə inanırlar.
Mənim həyatımda olan rolunuzu isə deməyə etiyac yoxdu,
çünki hər kəs burada mənə Qənirəni qızı deyir,
siz mənim dəyərli mənəvi anamsınız.
AMM-yə hər zaman qayğı, dəstəklə yanaşaraq birgə bir çox uğurlara və faydalı lahiyələrə imza atdıq.
Sizin bu vəzifədən çıxmağınız düşünürəm ki, sizi bizdən və Gürcüstandan uzaqlaşdırmayacaq,
çünki siz buranın fəxri vətəndaşısınız, insanlarımız hər zaman sizin yolunuzu gözləyir.
Dünən Xocalı qətliamı ilə bağlı tədbirlərimizdə hər kəs sizi soruşdu,
çünki sizsiz heç kəs bu tədbirləri təsəvvür etmir.

Bu vəzifədən getməniz məni və bir çoxumuzu çox təssüfləndirdi, lakin Aflatun müəllim, bu işə layiqili şəxsdir, əslən Gürcüstanlıdır və bu regiona insanlara əziz insandır.
Ümüd edirik ki, namizədliyi təsdiqlənər.
Əvvəlcədən təbrik edirəm..."

Millət vəkili Qənirə PAŞAYEVA: "Azərbaycan-Gürcüstan Dostluq Qrupunda məni əvəzləyəcək ən layiqli şəxs Əflatun Amaşov..."
REDAKSİYADAN:

Biz də 10 il ərzində Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri kimi ölkələrimiz arası əməkdaşlığın inkişafı üçün əlindən gələni əsirgəməyən, Azərbaycan-Gürcüstan əlaqələrinin güclənilməsi, burada yaşayan insanların bir sıra problemlərinin həlli istiqamətində ardıcıl olaraq mühüm işlər görən, hər zaman istər Milli Məclisdə, istər beynəlxalq aləmdə Gürcüstan azərbaycanlılarının hüquqlarını qoruyaraq onların səslərini ictimaiyyətə və əlaqədar təşkilatlara çatdıran
dəyərli Millət vəkilimiz QƏNİRƏ XANIM PAŞAYEVAa təşəkkür edir,
dərin minnətdarlığımızı bildirir, ona və eləcə də bundan sonra
Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupuna rəhbərlik edəcək Millət vəkili,
Azərbaycan Mətbuat Şurasının sədri, dəyərli soydaşımız ƏFLATUN AMAŞOVa
şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI.




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: