Ukraynada Azərbaycan şirkətlərinin qarşılaşdığları problemlər daim diqqət mərkəzindədir Milli Məclis, Avropa, Diaspora 10 Nisan Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev bildirib ki, onun ünvanına daxil olan və həmçinin ölkənin kütləvi- informasiya vasitələrində yayılan məlumatlara görə son vaxtlar Ukraynada Azərbaycan şirkətlərinə məxsus və yüklə dolu iritonajlı maşınların nəmalum şəxslər tərəfindən vaxtaşırı oğurlanması halları baş verəməkdədir.Bu məsələ ilə əlaqədar Ukraynada yaşayan azərbaycanlılar Ukraynanın Baş prokurorluğuna, Milli polisə və Təhlükəsizlik xidmətinə müraciət ediblər. Alınan məlumatlara görə müraciətdə intensiv xarakterı almış belə halların qarşısının alınması və qiymətli mallarla yüklənmiş maşınların axtarılıb tapılması tələbi öz əksini tapıbdır.Müraciətə Ukrayna azərbaycanları Birləşmiş diasporunun rəhbəri Hikmət Cavadov, strukturun bütün vilayət təşkilatları, həmçinin bir sıra vilayətlərin azərbaycanlılar konqresinin rəhbəriləri də qoşulublar.Oğurluq hallarının baş verməsindən müəyyən vaxt keçsə də Ukrayna hüquq-mühafizə orqanları tərəfindən heç bir tədbir görülməyib.Məsələni daim diqqət mərəkəzində saxlayan Milli Məclisin işçi qrupunun rəhbəri Rüfət Quliyev bu barədə məlumat alan kimi Ukraynanın Azərbaycandakı səfiri cənab Aleksand Mişenkoya, Ukrayna Ali Radasının Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri cənab Maksim Kuryaçıyə, işçi qrupunun üzvləri Oleq Medunitsaya, Taras Batenkoya, Serqey Rudıka və digər ukraynalı deputatlara müraciət edib. Hadisələrdən ciddi narahatçılıq keçirən səfir Aleksandr Mişenko və Rüfət Quliyev qərara alıblar ki, parlament xəttilə Ukraynanın aidiyyəti dövlət orqanlarından xahiş etsinlər ki, onlar bu halların mövcudluğu barədə təcili surətdə təhqiqat apardırıb, faktlar təsdiqini tapdığı təqdirdə zərərçəkənlərin tələbləri ödənilsin və günahkarlar cəzalandırılsın.Hazırda iki deputat işçi qrupu arasında Rüfət Quliyev başda olmaqla intensiv danışıqlar aparılır. Ukrayna-Azərbaycan işçi qrupundan verilən məlumata görə aprelin 11-də Ali Radanın plenar iclası keçirilək və iclasdan öncə işçi qrupu yığılıb öz yiğıncağında bu problemi müzakirə edəcək. Yığıncaqda dövlət qurumları qarşısında belə hallara qətiyyətlə yol verilməməsi barədə məsələnin qaldırılması, faktlar təsdiq olunarsa təqsirkarların sərt cəzalandırılması məsələsinin qoyulması öz əksini tapacaq. Işçi qrupu üzvlərinin qəti rəyi belədir.Görülən tədbirlər barədə kütləvi informasiya vasitələrinə əlavə məlumat veriləcəkdir.Günel Cəlilova,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.