MDB PAA DİMBİ Bakı filialının direktoru Sankt-Peterburqda keçirilmiş beynəlxalq konfransda çıxış edib Milli Məclis, Rusiya 15 Şubat Müstəqil Dövlətlər Birliyi (MDB) Parlamentlərarası Assambleyanın (PAA) Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (DİMBİ) Bakı filialının direktoru Elman İmaməliyev və bu filialın müşaviri Gültəkin Əsgərova 12-13 fevral 2019-cu il tarixində MDB PAA DİMBİ və MDB İştirakçısı olan Dövlətlərin Gənclər Parlamentlərarası Asambleyasının təşkilatçılığı ilə Sankt-Peterburq şəhərində təşkil olunan “Gənc seçicilər və namizədlər: seçmək hüququndan seçilmək hüququna doğru” adlı beynəlxalq konfransda iştirak etmək üçün Sankt-Peterburq şəhərinə səfər etmişlər. MDB PAA DİMBİ Bakı filialının Mətbuat xidmətindən ZiM.Az-a bildiriblər ki, MDB PAA-ya üzv olan dövlətlərdən deputatlar, seçki komisiyyalarının rəhbərləri və əməkdaşları, elm ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi konfransada MDB PAA DİMBİ Bakı filialının direktoru Elman İmaməliyev “Gənclərin ölkənin içtimai-siyasi həyatında iştirakına dövlət dəstəyi: Azərbaycan təcrübəsi” mövzusunda çıxış etmişdir. O, Azərbaycanda gənclərə göstərilən dövlət qayğısı, bu sahədə həyata keçirilən islahatlar və dövlət proqramları barədə ətraflı məlumat vermişdir. Konfransda eyni zamanda MDB-ya üzv olan ölkələrdən çox sayda siyasətçilər, sosioloqlar, parlament nümayəndələri və ictimai xadimlər iştirak etmişlər.ZiM.Az.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.