"Keşikçidağ məbədində baş vermiş insident böyük narahatlıq doğurur" - ƏFLATUN AMAŞOV Milli Məclis, MEDİA 16 Temmuz Azərbaycan Mətbuat Şurasının sədri,Millət vəkili Əflatun AMAŞOV:Keşikçidağ məbədində gürcülərlə Azərbaycan sərhədçiləri arasında baş vermiş insident böyük narahatlıq doğurmaqdadır. Əminəm ki, Gürcüstan rəhbərliyi məsələni çox ciddi araşdıracaq, günahkarlar qanun qarşısında cavab verəcəklər. Elə tədbir görülməlidir ki, gələcəkdə bu sayaq xoşagəlməz hallar yaşanmasın. Ümumiyyətlə, millətindən, vətəndaşlığından asılı olmayaraq Gürcüstanla Azərbaycan arasına nifaq salmağa cəhd edən hər bir kəs qanun qarşısında məsuliyyət daşımalıdır.Həssas çoğrafi mövqedə yerləşən Azərbaycan və Gürcüstan strateji tərafdaş ölkələrdir. Xalqlarımızı qədim tarixə malik möhkəm dostluq və mehriban qonşuluq ənənələri birləşdirir. Regionumuz nəhəng beynəlxalq layihələrin reallaşdığı məkandır. Bu məkanda başlıca söz sahibi Azərbaycan və Gürcüstandır. Hər iki ölkə regionun mühüm sabitlik təminatçıları olaraq çıxış edirlər. Bu mövqeyimizi gözü götürməyənlər də az deyil.Bəzi gürcü din nümayəndələri, gürcü olmayan, sonradan gürcüləşmiş şəxslər, reytinqləri kifayət qədər aşağı olan partiyalar Keşikçidağ məsələsini şişirdərək onu sanki Gürcüstan hakimiyyətinin görməli olduğu ən mühüm vəzifə kimi dəyərləndirirlər, mövcud xüsusda ittihamlar yağdırırlar. İstəkləri Azərbaycan və Gürcüstan cəmiyyətində gərginlik yaratmaqdır.Mən məsələnin kökünü dərində görürəm. Şərqi Qərb ilə birləşdirən, konkret olaraq Çinlə Avropanın yeni, əslində isə qədim olan ticarət yolunun Azərbaycan və Gürcüstan üzərindən keçməsi, habelə regionumuzun Avropanın enerji təminatında ciddi rol oynaması müəyyən güc mərkəzlərinin mənafelərinə uyğun deyil. Gərginliyin yaranmasında məhz onlar maraqlıdırlar. Burada erməni faktorunu da unutmaq olmaz. Ermənilərə Azərbaycan-Gürcüstan dostluğu, nəinki Azərbaycanın, eləcə də Gürcüstanın güclü olması sərf etmir. Ermənilər bu gün də Gürcüstana qarşı torpaq iddiasındadırlar. Yada salım ki, 2008-ci ildə baş vermiş müharibədə abxazların və osetinlərin tərkibində Gürcüstana qarşı çoxlu sayda erməni də döyüşüb. Bu, danılmaz faktdır.Mən əminəm ki, Azərbaycan və gürcü xalqları həmişə olduğu kimi, yenə də müdriklik nümayiş etdirəcək, qonşuluq, strateji tərəfdaşlıq münasibətlərinin sarsılmasına yönələn təxribata imkan verməyəcəklər. Eyni zamanda hər iki ölkənin media nümayəndələrinə hadisələrə soyuq başla yanaşmağı, xalqlarımızı birləşdirən məsələlərinin işıqlandırılmasına daha çox üstünlük vermələrini tövsiyyə edərdim.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.