Deputat Əflatun Amaşov seçiciləri qəbul edib

Deputat Əflatun Amaşov seçiciləri qəbul edibDeputat Əflatun Amaşov seçiciləri qəbul edib Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov
Saatlıda seçicilərin bir qrupunu qəbul edib.
Qəbulda 20-dən artıq vətəndaşın müraciəti
qeydə alınıb.


Müraciətlər əsasən pensiya və əlillik təyinatındakı məsələlər barədə olub. Bundan başqa vətəndaşlar sosial-məişət şəraitlərinin yaxşılaşdırılması, həmçinin iş yeri ilə təminatla bağlı çətinliklərini dilə gətiriblər. Seçicilərin müəyyən qisimi isə su çatışmazlığı ilə əlaqədar problemləri qabardıb.

Seçicilərə məlumat verilib ki, Kür çayından su kanalının çəkilməsi üçün İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə müvafiq maliyyə vəsaiti ayrılıb.
Deputat məsələnin diqqətdə olduğunu vurğulayıb və həllini tapacağına ümüdvar olduğunu deyib.

Seçicilərin qaldırdıqları məsələlər barədə müvafiq tapşırıqlar verilib. Onların müəyyən qismi nəzarətə götürülüb. Bəzilərinin həlli məqsədilə seçicilərə rəsmi müraciət ünvanlamaq tövsiyə olunub.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: