Saytımızın Naxçıvan yazarı elmi işini uğurla müdafiə edib... TƏBRİK EDİRİK!..

Saytımızın Naxçıvan yazarı elmi işini uğurla müdafiə edib... TƏBRİK EDİRİK!..Saytımızın Naxçıvan yazarı elmi işini uğurla müdafiə edib... TƏBRİK EDİRİK!.. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin elmi işçisi, ZiM.Az saytının Naxçıvan bölgəsi üzrə xüsusi yazarı, gənc və istedadlı yazıçı-publisist Nərgiz Rəfail qızı İsmayılova (NARGİS) 26 noyabr 2016-cı ildə dissertasiya müdafiə etmişdir.

ZiM.Az xəbər verir ki, “XIX-XX əsrlərdə Naxçıvan ədəbi mühitində Şərq və Qərb meyilləri” adlı disertasiya üzərində 3 ildir ki, işləyən Nərgiz İsmayılova bununla bağlı ölkəmizdə və xarici ölkələrdə dəflərlə elmi məqalələrlə çıxış etmiş, beynəlxalq konfranslarda məruzələr etmişdir.

Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Dissertasiya Şurasında keçirilən müdafiə prosesində Nərgiz xanım öz elmi işinin yenilikləri, elmi-praktik həmiyyəti, əldə etdiyi elmi yeniliklər haqqında dolğun, qısa və lakonik məlumat vermişdir.

Daha sonra dissertantın elmi rəhbəri, millət vəkili, akademik İsa Həbibbəyli çıxış edərək Naxçıvanda gənc elmi kadrların artdığını və Nərgiz İsmayılovanın da bu gənclər arasında öz elmi, bədii, publisistik istedadı ilə daha çox fərqləndiyini qeyd etmiş, öz dissertantına bundan sonrakı çoxşaxəli yaradıcılığında uğurlar arzulamşdır.

Müdafiə prosesində həmçinin əməkdar elm xadimi Hüseyn Həşimli, filologiya üzrə elmlər doktoru, AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun direktoru Fərman Xəlilov, filologiya üzrə elmlər doktoru, Naxçıvan Müəllimlər İnstitutunun prorektoru Akif İmanlı, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, şair Elxan Yurdoğlu çıxış edərək Nərgiz xanımın elmi işində ortaya qoyduğu elmi yeniliklərdən bəhs etmiş, gənc dissertantın timsalında ədəbiyyatşünaslıq elminə yeni nəfəs gəliyini vurğulamışlar.

Dissertantın rəsmi opponentərindən biri olan filologiya üzrə elmlər doktoru, professor, AMEA Ədəbiyyatşünaslıq şöbəsinin əməkdaşı Tehran Əlişanoğlu (Mustafayev) da Nərgiz xanımın elmi işi vasitəsiylə Naxçıvanda XIX və XX əsrlər ədəbi mühiti haqqında dolğun məlumata yiyələndiyini xüsusilə diqqətə çatdırmışdır.

Müdafiə prosesinin sonunda Dissertasiya Şurasının iştirak edən bütün üzvləri Nərgiz Rəfail qızı İsmayılovanın filologiya üzrə fəlsəfə doktoru elmi adı almaq üçün təqdim etdiyi dissertasiyanın Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə cavab verdiyini və dissertantın iddia etdiyi elmi ada layiq olduğuna yekdilliklə səs verdilər.

Sonda çıxış edən Nərgiz İsmayılova müdafiə prosesində iştirak edən şura üzvlərinə, öz elmi işi haqqında fikirlərini bildirən hər kəsə, elmi rəhbərinə, rəsmi opponentlərinə, müdafiə prosesində onu tək qoymayan iş yoldaşlarına, dostlarına, doğmalarına minnətdarlığını bildirmiş, bundan sonra da elmi fəaliyyətində yeni-yeni uğurlar əldə etmək üçün dayanmadan çalışacağını vurğulamışdır.

Biz də “Ziya” qəzetinin və ZiM.Az saytının yaradıcı heyəti və oxucuları adından istedadlı qələm dostumuz Nəgiz xanım İsmayılovanı yeni elmi dərəcə alması münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, elmi, eləcə də bədii yaradıcılığında və jurnalistlik fəa­liyyətində yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: