Ədəbiyyatşünas-alim, Əməkdar müəllim və istedadlı şair Xanəli Kərimli!

Ədəbiyyatşünas-alim, Əməkdar müəllim və istedadlı şair Xanəli Kərimli! Müasir dövrdə ədəbiyyatımızda öz dəsti-xətti ilə seçilən şairlərimizdən biri də, Azərbaycan Yazıçılar Birliyinin üzvü, ədəbiyyatşünas-alim, filologiya üzrə fəlsəfə doktoru, Naxçıvan Dövlət Univer-sitetinin dosenti, həmin universitetin Əcnəbi tələbələrlə iş üzrə dekanı, ikinci çağırış Naxçıvan MR Ali Məclisinin deputatı, Naxçıvan MR-in əməkdar müəllimi Xanəli Kərimlidir. Xanəli Kərimli 1951-ci ildə Şahbuz rayonunun Mahmudoba kəndində anadan olmuşdur. O, bir sıra elmi, ictimai və publisistik məqalələrin, “Ay işığında”(1998), Anamdan məktub(2001), “Bu da bir nağıldı”(2004), “Duyğularım düşüncələrim”,”Mənə elə gəlir ki....(2008)”, “Mənim könlüm bir ümmandır” (İran, 2011) kimi kitabların, “Ali və orta məktəblərdə Cənubi Azərbaycan ədəbiyyatının tədrisi metodikası(2000)” metodik vəsaitin müəllifidir. Şair haqqında “Şairə məktub”(2007), “Sözün Əlincə qalası” məqalələr toplusu və Sabir Bəşirovun “Xanəli Kərimli:Bir ömrün nağılı”(2011) monoqrafiyası nəşr edilib.
Şairin lirik şeirləri bu kitablardan başqa 2013-cü ildə nəşr edilən “Payız duyğuları” adlı kitabda da ctoplanmışdır. Xanəli Kərimlinin bu kitabında onun sosial düşüncələri,kövrək duyğuları öz əksini tapmışdır. Onun bu cür şeirlərini oxuyan oxucu şeirin ecazkar təsirilə şairin dərin həm də işıqlı qəlbinə enir və oradakı ilham pərisini axtarır. Şairin “Payız duyğuları” kitabındakı şeirlər bir-birindən maraqlı mövzuları əhatə edir. Kitab altı hissədən ibarətdir ki, bu hissələrdə rəngarəng mövzulu lirik əsərlər toplanmışdır. Kitabda ilk öncə gözə çarpan cəhət şairin vətənlə bağlı olan şeirləridir. Onun bu qəbildən olan şeirlərində vətənin bötövlüyünü qorumağa çağırış, onu sevmək nidaları səslənir. Burada vətənpərvərlik mövzusundan başqa, son nəfəsinə qədər Azərbaycana xidmət edən, torpaq uğrunda canını qurban verən şəhidlərimizin əziz xatirəsi anılmışdır. X.Kərimlinin vətən haqqında olan ülvi hisləri, şəhidlər haqqında olan hüznlü duyğuları onun “Azərbaycan ”, “Şəhidlər Xiyabanında”, “Harda Azərbaycan bayrağı qalxsa” adlı şeirlərində öz bədii inikasını tapmışdır.
İçi özünü yandıran, çölü düşmən bağrı yaran
Tariximin şəhid yaşı, şəhidləşən, Azərbaycan!
Yüz illərdir taleyinə gizli-gizli qol çəkilir,
Müəmmalı oyunların baş qurbanı, Azərbacan!
“Azərbaycan” şeirindən verilmiş bu bənddə Azərbaycan xalqının ta qədimdən başında olan amansız dəhşətlər göz önünə gətirilmiş, xalqın tarix boyu başına gələn müəmmalı hadisələri işıqlandırılmışdır. Nə qədər ürəkağrıdıcı olsa da şair xalqımızın başındakı bəlaları, danılmaz faktları göstərmiş, məğrur Azərbaycan xalqının indiki vəziyyətinə heyifsilənmişdir. Keçən əsrdən, hələ ondan öncəki əsrlərdə də bu günə tarixin acımasız sınağından üzüağ çıxan, bir ayağını müharibədə itirən əsgər kimi ayaqüstə dimdik duran Azərbaycan xalqının qayğılı məqamlarına toxunmuşdur.
Şairin bu cür şeirlərində Azərbaycanın tənqidi məsələsi sırf tənqidi məzmun yox, didaktik səciyyə daşıyır. O, bu qəbildən olan şeirlərində tənqidlə öyrətmək yolunu tutur. Onun bu cür şeirləri M.Ə.Sabiri, S.Ə.Şirvanini xatırladır. Sonrakı bəndlərdə şairin nisgili artıq tənqidi məzmundan çıxaraq nəsihətamiz səciyyə daşıyır. Azər- baycan gəncliyinə öz keçmişini, Azərbaycan xalqının şanlı tarixininin qanlı səhifə- lərini göstərməklə, gəncləri bu yolda mübarizliyə səsləmiş və xalqımıza xor baxan- lara haqqımızı tapdalamağa imkan verməməyə çağırmışdır.
Xanəli Kərimlinin “Şəhidlər bu yurdun tale yazısı\ Şəhidlər bu yurdun qan yadda-şıdır” proloqlu “Şəhidlər Xiyabanında” şeirində xalqımızın qürur mənbəyi olan şəhidlər hüznlə yada salınır. Şeir bir növ elegiya səciyyəsi daşıyır. Oxucu şairin “Şəhidlər Xiyabanı”nda, şəhid məzarları önündən keçərkən, qəlbini paralayan şəhid çöhrələri, onun qəlbində yaratdığı acı təəsüratları sezir. Burada şəhidlərin daşlaşmış, heykəlləşmiş nakam ömrünü əsrin yaddaşına yazmaqla şair öz təla- tümlərindən yaxa qurtarmaq istəyir.
Burda daşa dönüb əsrin yaddaşı,
Burda heykəlləşib nakam ömürlər.
Burda korun-korun yanıb-yaxılır
Yaralı ürəklər, dərdli könüllər.
İkinci bənddə şairin qəmi dahada artır. Şəhid məzarı üstündə ağlayan, salarını yolan ananın, oğlunun başdaşına baş söykəyən atanın, digər tərəfdə şəhidin pərişan bacı və qardaşının bədii portreti çəkilmişdir. Şairin qəmi artıq növbəti bəndlərdə şiddətlənir.Artıq şeirdə söz satirik mövqe tutur. Şeirdə dırnaqarası vətəndaşlar tənqid atəşinə tutulur və Məmməd Arazın dediyi kimi xalqa “vətəndaş” yox, hər zərrəsində vətənin bir ünsürünü daşıyan “vətənin daşı” olmağı arzulayır.
Bir ana saç yolur qəbir üstündə ,
Kasıblıq yağır əyin-başından.
Bir ata baş qoyub bir baş daşına
Min əzab duyulur baxışlarından.
Bir bacı heykələ dönübdü sanki,
Qardaş məzarının astanasında.
Bir əli qabarlı qardaş diz çöküb,
Şəhid qardaşının qəbri yanında.

Nəhayət şair sonda bütün qəm-qüssəni kənara atır, gələcəyə doğru ümidlə baxa- raq “qanınız yerdə qalmayacaq” məzmunlu aşağıdakı misraları deyir. Bu misraları həm də şeirin “şah beyt”i adlandırsaq yanılmarıq.
Ancaq...yavaş-yavaş yeni
Yumruqlar açacaq bu düyünləri
X.Kərimlinin şeirlərindəki orijinallığın səbəbi, misraların onun xəyal gücünün məhsulu deyil məhz, ətrafında şahidi olduğu hadisələrdən bəhrələnməsidir. Bu cəhətdən şair romantik yox realistdir. Bu xüsusun gözləmilməsi oxucuya həqiqəti aşılayır və ona poetik zövq verir.
Şairin 2000-ci ildə Ankarada olarkən yazdığı, özünün də dediyi kimi “Azərbaycan xalqının böyük öndərlərindən biri olan Məmməd Əmin Rəsulzadə”yə həsr etdiyi “Harda Azərbaycan bayrağı qalxsa” şeiri də gözəl vətən lirikası nümunəsidir. Şair M.Ə.Rəsulzadinin məzarını “Əsrin məzarlığı”nda yad edərək ona şeirdə öz ehtiramını obrazlaşdırmışdır. Şeirin adında da M.Ə.Rəsulzadənin “Bir kərə yüksələn bayraq, bir daha enməz” şüarı da göstərilmişdir. Bu şeir də şairin yuxarıdakı şeirləri kimi yüksək vətəndaşlıq pafosu, vətəndaşlıq duyğuları ilə seçilir. Burada Rəsulzadənin məzarı önündən keçərkən, şairin ürəyində yaranan isti-isti duyğular qələmə alınmışdır.
Gəzdim məzarlığı qarışbaqarış
Gözümün heytətdən saraldı kökü.
Bir məzar qəhrini çəkə bilmirəm
Sən necə çəkmisən bir millət yükü.
Şair qürbət eldə Azərbaycan həsrətilə boylanan bu məzarın onun qəlbində oyatdığı təəsüratları təbii və bədii boyalarla ifadə etmişdir.
Xanəli Kərimlinin “Payız duyğuları” kitabının ikinci hissəsi “Mən tövbələr qapısıyam ” adlanır. Bu hissədə toplanmış şeirlərin əksəriyyəti dini-irfani, mənəvi- əxlaqi mövzuda yazılmışdır. X.Kərimlinin bu cür şeirlərini təhlil edən professor Camal Mustafayev yazır ki,” Şairin sufilik düşüncə tərzi saf dindarlıqla daxilən qovuşur.Ruhunda Allah ideyasıını dərk edən, kamilliyə yönəldən sufi eyni zamanda səmimidir”. Bəli, şairin belə şeirlərində birbaşa dini ehkamlar deyil, insanı paklaşdıran fikirlər yer alır. “Mən buyruq quluyam”, “Tanrının günahkar bənsədi-şair”, “Allah”, “Dua” və.s. şeirləridir. “Dua” şeirində Allahla bəndə arasında ola biləcək ən irfani fikirlər qələmə alınmışdır.

Daşə tərəziyə düz qoyan Allah,
Sən dağıt başımadan dumanı, çəni.
Hər bəndə qəlbində iz qoyan Allah,
Düşmən qabağında xar etmə məni.
Dördüncü bənddə şair cəmiyyətdə olan naqisliklərdən, eybəcərliklərdən söz açılır. Bir tikə dünya malına aldanıb insanlıqdan uzaq düşmüş insanların halı göstərilmiş və yenə də çıxış yolunu Allahda görmüşdür.
Aldanıb bir tikə dünya malına
İnsan uzaq düşüb insanlığından.
Uyubdu dünyanın qeylü-qalına
Baxışında qəzəb, fikrində də qan
Kitabın üçüncü-”Dünya və mən” hissəsində, onun uşaqlıq illərində başına gələn əhvalatın səbəb olduğu və 25 ildən çox müddətdən sonra qələmə aldığı “Küçə iti” adlı şeiri yer alır.Şair öz xatirələrində bu haqda belə yazır-“.... Qonşu obadan köç bizim obadan keçəndə, necə oldusa, bir it köçdən azıb qaldı. Bu it ilk vaxtlar özünü məğrur aparır, oba itlərinin gözünün odunu alırdı. Az keçəndən sonra sahibsizliyini duydu, doğmalıq görmədi, yavaş-yavaş mutiləşdi, yazıqlaşdı. Bir tikə çörəkdən ötrü quyruq buladı”. Bu əhvalatın məhsulu olan bu şeirdə, şairin həmin itə acımasından deyil, it xislətində yaşayan insanların durumundan söhbət açılır. İtin bu vəziyyəti sanki, insanlar üzərinə köçürülmüşdür.
Bir vaxtlar atları salardı atdan,
Elatı saxlardın oğrudan, yaddan.
Abair quş da qorxundan səkməzdi yurddan,
İndi üz-gözündən tulalıq yağır.
Şairin öz anasının xatisəsinə həsr etdiyi, övladın ana üçün düşündüyü ən səttast, obrazlı-emosional fikirlərin yer aldığı, sadə, aydın, yığcam bir dillə ifadə edilən şeiri “Payız duyğuları” kitabının “ Başımın tacı, torpaq” hissəsindəndir. Şair şeirdə obrazlı sözün çəkisini artırmış, ana üçün yazılmış bütün şeirlər kimi sanballı əsər yaratmışdır. Öz doğum günündə vəfat etmiş anasının, hansı ki, özünün də dediyi kimi, “hərarətilə torpağı oyadan” ana cəsədinin tərənnrmr verilmişdir.
Mənim ad günümdə, doğum günümdə,
Sən köçdün gor adlı təzə mənzilə.
Canına Ana cəsədinin hərarətilə.
Can gəldi, sanki yerin də,
Sonrakı bəndlərdə anasının vaxtı ilə ona dediyi, hər bir ananın öz övladı üçün arzuladığı xoş arzuları qələmə alınmışdır. Gözü heç vaxt dünya malında olmayan, həyatda yalnız öz övlarları üçün yaşayan, övladlarından maddiyyat unmayan ana, övladına mənəviyyat yadamı olmasını arzulamışdır.
Sizdən də ummuram bir çürük dənə,
Təki sağ sadənız gəlsin, ay bala,
Təki siz çıxasız xoşbəxt, ağ günə.
Xanəli Kərimlinin “Payız duyğuları” kitabının beşinci hissəsi “Hələ gec deyil” adlanır ki, bu hissədə “Yaşadıq bu günü yarımyuxulu” adlı şeiri diqqqəti cəlb edir. Çox güman ki, şairə sevgi haqqında şeir yazmaq sifariş edilib və o da cavanında aşağıdakı misraları deyib: Məndən sevgi şeiri istəyən qardaş\Ruhum o aləmlə vidalaşıbdır. Şair sanki eqlə deyərək dillərə dastan olan ilahi sevgidən əsər-əlamət qalmadığını bildirir. Sonrakı misralarda o, ona ilham verəcək Leyli-Məcnun sevgisinin artıq nağıl olduğunu, başdan-ayağa yalanlardan ibarət sevgi eşq ümmün- ında üzən sevgi gəmisinin artıq suya qərq olduğunu, əvvəl-əvvəl dil töküb, şirin vəd verənlərin, sonradan onları bir göz qırpımında unudan “sevgi qəhrmə-rəmanları”nı görərək heyifsilənmişdir.
İndi yalanlardır sevgi donunda
Təmiz ürəkləri oğurlayanlar
Bir göz qırpımında pozub-dananlar
Tökdüyü dilləri, şirin vədləri.
X.Kərimlinin sevgi-məhəbbət lirikasını təhlil edən Sabir Bəşirov onun bu cür şeirlərini belə dəyərləndirmişdir:-“ .....O , insanı bütün duyğuları, ağrı-acıları ilə birgə qəbul eləyir , onun qəlbinin dərinliklərinə enməyə cəhd göstərir. Buna görə də onun sevgi şeirləri oxucunun qəlbinə asanlıqla yol tapır. Xanəli Kərimlinin sev-gisi bu mənada daha çox ruhani sevgidir”.
Həm alimlərin, həm də şairin dostlarının Xanəli Kərimli haqqında fikirləri bir-mənalıdır. Onlar da şairin şeirlərində hiss olunan mütərəqqi ideyları alqışlamışlar. Biz də şairə gələcək yaradıcılığında uğurlar arzulayırıq.


Vüsal ŞƏFƏQLİ
(ŞABİZADƏ)
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: