MÜƏLLİMLİK GÖZƏL PEŞƏDİR Naxçıvan, Təbriklər 23 Haziran Təbrik edirik!..Aydın HƏSƏNOV - 7015 iyul 1947-ci il təvəllüdlü Aydın Həsənov uşaqlıq illərini Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Danzik kəndində keçirib. Hazırda Danzik adlı kənd yoxdur. Arpaçay su dəryaçasının tikintisi ilə əlaqədar 1970-ci ildə Danzik kəndi köçürülüb. Əvəzində vaxtilə Əlvənd Mirzə ilə Şahİsmayılın döyüşdüyü Şərur düzündə (bura Əceyban da deyirlər) Dan Yeri adlı kənd salınıb və həmin kəndin əhalisi orada məskunlaşıb. Aydın müəllim uşaqlıq yoldaşları İbrahim Həsənovu, İsa Həbibbəylini, Nail Abbasovu, Müzəffər Həsənovu, Musa Ağamalıyevi, doğma Danzik kəndini tez-tez xatırlayır. Belə ki, onun “Öldürəcək bu qız məni” adlı kitabçasında toplanmış şeirlərdə uşaqlıq illərinin bir parçası gizlənmişdir. Onda şeirə, poeziyay həvəsin yaranmasında həm müəllimlərinin, həm də akademik İsa Həbibbəylinin rolu böyük olduğunu deyir.Ailədə 7 uşaq olublar, 5 qardaş, iki bacı. Çox mehriban yaşayıblar. Böyük qardaşları Məmməd Həsənov 30 ildən çox Azərbaycan Pedaqoji Universitetinin Əsaslı Kitabxanasının (2007-ci ildə rəhmətə gedənə qədər) direktoru işləyib. Kiçik qardaşı Kamil Həsənov “sambo” üzrə SSRİ idman ustası olub, məşqçi idi.Aydın Həsənov (Arpaçaylı) “Azərbaycan müəllimi” qəzetində işlədiyi müddətdə Azərbaycanın bir çox tanınmış şair və yazıçıları, məşhur elm adamları haqqında məqalələr yazmışdır. Onun Azərbaycanın xalq şairi Məmməd Arazla müsahibəsi böyük marağa səbəb olmuşdu. Sonra həmin yazı Məmməd Araz haqqında bir kitabda təkrar çap olunmuşdu.Əmək fəaliyyətinə müəllim kimi başlayan Aydın Həsənov deyir ki, dünyaya hələ ki, müəllimlikdən gözəl peşə gəlməyib. O, həmişə müəllimliyin və müəllimlərin hörmətini saxlamağa çalışıb.Aydın müəllim 50 ilə yaxındır ki, müəllimlik edir. Onun 25 ili Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin payına düşür. İşlədiyi müddətdə kursantların vətənpərvər və cəngavər övladlar kimi yetişməsində əlindən gələni etmişdir. O, kursantlara qarşı tələbkar, ədalətli, səmimi və qayğıkeşdir.Aydın müəllim pedaqogika üzrə fəlsəfə doktoru, dosent kimi bir çox elmi məqalələr yazmış, “Azərbaycan dili dərslərində əlifbamızın tarixinin tədrisi”, “M.F.Axundovun əlifba uğrunda mübarizəsi mövzusunun tədrisi” və s. mövzularında tədris vəsaitləri hazırlamışdır. “Psixologiyada xarakter problemi”, “Azərbaycanda hərbi pedaqogikanın inkişaf tarixindən”, “Pedaqoji ünsiyyətin mahiyyəti”, “Müəllim-komandirin psixo-pedaqoji fəaliyyəti haqqında”, “Pedaqoji prosesə rəhbərliyin bəzi cəhətləri haqqında”, “Hərbi pedaqogikanın ümumi məsələləri”, “Hərbi–pedaqoji proses və onun özünəməxsusluğu” və b. yazılarında Psixologiyanın və Pedaqogikanın bir sıra vacib problemlərinə toxunulmuşdur. “Ölməzliyə aparan damla-damla ölüm”, “Usta Zeynal, asta Zeynal” kimi elmi məqalələrini oxucular maraqla qarşılamışdır.Aydın müəllim həm də 70 yaşlı mehriban və qayğıkeş babadır.O, bütün nəvələri ilə fəxr edir. Xüsusilə də nəvəsi Aysu Həsənli ilə. O, çox istedadlıdır, VI sinfə keçib və dərs əlaçısıdır. Bir neçə hekayəsi qəzetdə dərc edilib. Biz də fürsətdən istifadə edib Aysuna uğurlar müvəffəqiyyətlər diləyirik!.. Və sonda çox hörmətli həmkarımız Aydın müəllimi anadan olmasının 70 yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı, işlərində yeni-yeni uğurlar arzulayırıq!.. Hüsniyyə ÇOBANOVA, Azərbaycan Ali Hərbi Məktəbin baş müəllimi ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.