Tanınmış alim Türkiyədə keçirilən beynəlxalq konqresdə iştirak edib Azərbaycan » Naxçıvan 13 Ekim AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Türkiyənin Muğla Sıtkı Koçman Universitetində keçirilən “Turizm və mədəni miras” adlı beynəlxalq konqresdə iştirak edib.AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən ZiM.Az-a bildiriblər ki, dünyanın bir sıra ölkələrindən olan elm adamlarının və tədqiqatçıların qatıldığı tədbirdə türk xalqlarına aid sənət, ədəbiyyat, memarlıq, dil və adət- ənənələrlə bağlı müxtəlif mövzularda elmi məruzələr dinlənilib.Türk dünyasının zəngin mədəniyyətini tanıtmaq, nəsildən-nəsilə ötürmək və qorumaq məqsədi daşıyan konqresin bölmə iclaslarından birinə sədrlik edən akademik İsmayıl Hacıyev “Naxçıvan turizmi və mədəniyyət abidələri: Qarabağlar türbəsi” mövzusunda məruzəsini təqdim edib. Alim Naxçıvan Muxtar Respublikasında bütün sahələrlə yanaşı, bu bölgənin tarixinin öyrənilməsi, qaranlıq səhifələrin işıqlandırılması istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb. Bildirib ki, muxtar respublikada qədim yaşayış yerləri, tаriхi-memаrlıq аbidələr qeydə аlınır, mövcud olan abidələrdə tədqiqatlar aparılır, məlum olmayan abidələr üzə çıxarılaraq tədqiq edilir.Günümüzə gəlib çatan abidələr içərsində türbələrin özünəməxsus yeri olduğunu söyləyən İsmayıl Hacıyev bildirib ki, Naxçıvanın qədim memarlıq məktəbinin qiymətli abidələrindən biri də Qarabağlar Türbə Kompleksidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Qarabağlar Türbə Kompleksinin bərpa və tədqiq olunması haqqında” 4 iyul 2016-cı il tarixli Sərəncamına əsasən dünya əhəmiyyətli abidə olan türbə elmi və tarixi əsaslarla bərpa edilir. Qarabağlar Türbə Kompleksi regiona gələn turistlərin böyük marağına səbəb olur.Azərbaycanlı alimin məruzəsi konqres iştirakçıları tərəfindən maraqla qarşılanıb.Aytac MƏDƏDLİ,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.