ZAMİN QƏMLİ (1956) Naxçıvan, Müsabiqə 17 Aralık Zamin Qəmli (Zamin Hüseyn oğlu Rüstəmov) - 17.01.1956-cı ildə Naxçıvan MR Babək rayonunun Cəhri kəndində anadan olub. İlk təhsilini doğulduğu kənddəki orta məktəbdə alıb. 1984-cü ildə Azərbaycan Ali Soveti adına Bakı Ali Hərbi Ümumqoşun Komandurlər məktəbini (indiki Milli Müdafiə Universitetini) bitirib. Ali hərbi rütbə alaraq, hərbi hissə komandiri vəzifəsinə qədər yüksələrək xidmət edib. 1998-ci ildə səhhəti ilə əlaqədar olaraq, hərbi xidmətdən ehtiyata buraxılaraq təqaüdə göndərilib. 2013-cü ilə qədər Naxçıvan Dövlət Texniki Kollecində Hərbi Rəhbər Direktor müavini vəzifəsində işləyib. 2013-cü ildən Naxçlvan MR Atletika Federasiyasında Baş Məşqçi kimi fəaliyyət göstərib. Azərbaycan və başqa ölkələrdə tanınmış çempion idmançıları var.Poyeziya maraq hələ gənc yaşlarından başlayıb. 12 şerinə tanınmış bəstəkarlar Sevgi Son Sualp və Ərdogan Tozoglu müraciət edib və mahnılar bəstələyiblər. “Bala Ceyran” şeri isə Türkiyə Xalq mahnıları və Köçmən mahnılar qrupyna daxil edilib. Bəstəkar Sevgi Son Sualp xanım və Murat Demirhan tərəfindən bütün konsertlərdə ifa edilir. Bir neçə şeri Azərbaycan Respublikasının Xalq artisti Həsən Agasoy, qiraətçi Sevinc Səbzəliyev tərəfindən səsləndirilib. 12 şeirlər kitabının müəllifidir. 8 ədəbi-bədii almanaxda (antologiyalarda) şeirləri dərc olunub.Hazırda Naxçıvan şəhərində yaşayıb-yaradır. Ailəlidir."Qızıl qələm" media mükafatı laureatıdır. Bir çox xarici ölkələr tərəfindən media mükafatlarına layiq görülüb. Türkmənistan Yazıçılar Birliyinin üzvüdür. Biz də Zamin Qamliyə ədəbi-bədii yaradıcılığında və şəxsi həyatında yeni-yeni nailiyyətlər arzulayırıq!ZiM.AzNAXÇIVANIMIZA BAHAR YAĞIŞI YAĞIR Deyəsən bu ili, qar olmayacaqBütün dərdimizi, yağış aparsın.Qara ləkələrin, izi qalmasınYagış hamısını, yuyub aparsın.Gələn bahara tək, qada-bəlamıVətəni mal-mülkə satanlarımı.Xalqını zillətə, salanlarımı Elə bu son yağış, silib aparsın.Yag e dayanmadan, yağ narın-narınBizə müjdəsin ver, güllü baharın.Nə qədər aparır, aparsın HarınBizim dərd-bəlanı, yığıb aparsın.Kim nə aparmış ki, bu da apara Yıga millət zülmün, vura qatara.Izləri qalmasın, gərək sabahaDərdi-bəlamızı, çəkib aparsın.Zamin gileylənmə, qoy süzsün yağış Bizə bahar olsun, onlarınkı Qış.Zallm yuvasında, ulasın BayquşYurdu-yuvasında, qurd yuva salsınDərdi-bəlamlzı, yığıb aparsın.SALVARTIMIN, YAR-YAMACI NECƏDİ?Getdi Payiz, gəldi boran, qışın daSöylə yenə, qar silsilə qaşında?Sizsiz hələ, gözüm həsrət yaşındaBizsiz o dagların, kefi necədi?Neçə ildi, bitmək bilmir arzularSiz vətənsiz, biz itirdik namus-ar.Sizsiz oldu, saçlarımız dümag qarBizsiz yurdun, kef-əhvalı necədi?Bizə tərəf, uçub gələn DurnalarLaçınımdan, söyləyin nə xəbər var?Dəli Çayim, yenəmi salır haray?Salvartımın, yar-yamacı necədi?Yenəmi daglarin, buz bulaqları Axır yamaclardan, üzü aşagı?Sonalar gelirmi, göllərə sarı?Yaşıl baslı, Sonaları necədi?03.12.2019* * *Uduzdum sevginin, mən qumarındaUdduğum yalnızca, bir qubar oldu.Gəzdim mən bəxtimin, bəxt diyarındaO da Kəhər Ata, tez suvar oldu.Gəzdim kölgə kimi, arxanca səninAxı heç demədin, sən mənim nəyim?Bumu ədalətin, eşqə dəyərinBu da ürəyimdə, bir qubar oldu.Yatdım həsrətinin, qoynunda səninHicran közü qaldı, üstə sinəmin.Yuxumda mənləydi, sevən gözlərinO şirin baxışın, tək nubar oldu.ÖMÜR MÜLK DEYİL Kİ, OLA O BOYDAAy dünya malından, doymayan insanEtibarı oldu, denən nə boyda?Bir vaxtlar, çox yığıb, çox sevinərdinİndi kusduğun qan, söylə nə boyda?Gözün tor olmuşdu, görmürdün yoluƏzirdin gah sağı, gah da ki solu.Dünyanın bilmirdin, bax budur sonuSöylə uztirabın, indi nə boyda?Hələ harasıdı, hirs aşıb-daşarBeynində fikirlər, qurd tək dolaşar.Vicdanın iblislə, hər gün boğuşarBilmirəm vicdanın, varmı nə boyda?Düşünmədin, Adəm oğlu xeyri yoxBilmədin verilib, ömür nə boyda?Düşünmədin bu dünyanın, sonu yoxPeşiman ömürə, qaldı nə boyda?Unutdun nə qədər, gəlib-gedən varPayız ötən kimi, yağacaqdı qar.Fəsillər dəyişər, ötər də bahar Amma vəfa etməz, ömür nə fayda?Ömür mülk deyil ki, ola o boyda?30.11.2022AĞLAYIRVaxtsız həyata vida etmiş, Kamança müəlliminə ithafBir zaman kamanı, agladan qadınİndisə Kamanın, sənsiz ağlayır.Sənsizlik hicranı, bizi ağladanİndi o sənlilər, sənsiz aglayır.Kamanın qalıbdı, yetim tək küncdə Mizrabsız aglayır, sənsiz o üzdə.Ağlayır Kamanın, Bayatı üstəKaman nalə çəkir, səssiz aglayır.Fələk heç sormadı, qalar arzular Bitməmiş qalanda, yanar arzular!!Kamansız gör neçə, aglar arzular Hicrandan Kamanın, simsiz ağlayır.Daha çəkənmirik, sənin adınıAxı Kaman sorur, öz üstadını?Niyə aldın Fələk, vaxtsız qadını Səhnə də ustada, dilsiz aglayır.Artıq lal olubdur, Kamanın səsiElə bil yoxuymuş, kimi-kimsəsi.Ağlayan kaman yox, balanın səsiHər gün bax beləcə, qızın ağlayırBasır sinəsinə, sənsiz ağlayır.10.12.2022YUBATMA VER GÜLÜM, ÇAPAR GƏTİRSİNYenə çəkilmisən qarlı dağlaraHardasan Qışa de, xəbər gətirsin.Qoyma aşiqini, zalım ağlaraBülbüllərlə göndər, mənə gətirsin.Bilirsən həsrətdə, qəm çəkənin varSənsiz ona olur, bu gen dünya dar.Hicrandan olubdu, ürək boran-qarNamə yaz bülbüllər, soraq gətirsin.Daha dözümüm yox, sənsiz xəstəyəmAğlayan kamanam, təzə bəstəyəm.Axı sən bilmirsən, mən həsrətdəyəm?Bülbülə bir gül ver, sabah gətirsin.Bəlkə də son vida, olar məktubunBilmirəm sənsizlik, bəlkə də sonum.Yaman uzaq oldu, bu həsrət yolun Çalış yubatma ver, qatar gətirsin.Sənin nəfəsini, duyum varaqda Əllərim qoynumda, qalıb daraqda.Sənsizluk bu ömür, bu gün, sabahda Qoyma gözüm yolda, səhər gətirsin Yubatma ver gülüm, Çapar gətirsin.05.12.2022GEDƏNDƏ LÜT GEDİR, GEYMİR, İLAHİGör nələr baş verir, bu son zamanlarBuna mat qalmışam, lap mat İlahi.Insanlar gör nə qədər, harınlamışlar Gözlər yeri görmur, görmur İlahi?Millət zülüm çəkir, çörəyə möhtacBunlar milyard yığır, doymur İlahi Xəstə dərman tapmır, Təbibə möhtacBunlar dərdi satır, dərdi İlahi?Satır dərmanı da, gözləri doymurQul tək işləməyə, nökəri qoymur.Bunlara bir heçmi, dur deyən olmur Zahirlər-batinlər, kormu İlahi?Baxan yox torpaga, hər tozu insanAltı da insandı, üstü də insan.Niyə anlamır ki, axı bu insanGedəndə lüt gedir, geymir İlahi?04.12.2022***Bilirəm peşmansan, deyə bilmirsənBaş-başa qalmısan, hicran içindəÜsyanını, açıb-bükə bilmirsənÖzün də peşmansan, həsrət içində.Axı nəyə lazım, bu hikkə-ədaNəyi dəyişəcək, sevgidə nəyi?Ülvü məhəbbəti, verərsən bada Amma kiriməz ki, ürək sevməyi.Kimin gücü yetər, hökm edə sənə Bu dünyada bircə, sevmək azaddı.Axı deyə bilmir, kimsələr mənəSənin məhəbbətin, yaxın, uzaqdı?Çünki yox ölçüsü, nə bir biçisiNə də bilinmir ki, bir məsafəsi.Ürək elə sevir, eşq divanəsiNə də eşidilmir, hicranın səsi…OXU MƏNİGəl, mən sənə şeir yazımSətir-sətir, oxu məni.Yad şeirlər, nəyə lazımMən şeirəm, oxu məni.Sevənlərin, mənəm ŞahıEşqim də, olmadım naşı.Mən sevginin, Ətirşahı Süsən olum, qoxu məni.Gül ətirli, BənövşəyəmDər qoynuna, qoy sən məni.Başqasına biganəyəmNeynim, istər çoxu məni.Sən gül ol, Zamin SarmaşıqOlum, mən sənə dolaşıq.Qoy dolanım, mən boynunaGül tək özün, qoxu məniSaçlarına, toxu məni. 27.04.2022YAŞLAR SİLİNMİR, SİLİNMİRNə qədər, yazıb aglasamNə qədər, baxıb aglasam.Ürəkdə dərdi, saxlasam.Ürək kirimir, kirimir.Nə qədər, getdi cavanlarDüşməndən, qisas alanlar.Yox bu dərdi, anlayanlarDərdlər bilinmir, bilinmir.Bilinmir, nə gün-sabahıBilinmir, dərdə salanı Ümud qallbdır AllahaSonu görünmür, görünmür.Bir ucdan, gedir ŞəhidlərÇıxır Siradan igidlər.Görünmür, icdə düşmənlər Gedən dirilmir, dirilmir.Şəhidlik də, adiləşdiHeç bilmədik, bu nə işdi?Qara yaylıq, dəbə düşdü Rənglər bilinmir, bilinmir.Dul qaldı, yenə gəlinlərQan agladı, yenə gözlər.Hardasız, ay baş bilənlər?Yaşlar silinmir, silinmir.01.12.2021* * *Sən hardasan, gör mən hardaSənə olan, güvən əbəs.Mən Allaha, yaxın yerdə Səni, uzaq saldı həvəs.Verdim sənə, zamanımıSaf pak olan, amalımı.Düşünmədim, bir anımıHeyif, güvəndiyim əbəs.Ayaqladın, duz-çörəyiAy anlamaz, dost əməyi.Verdiyim, dostluq dəyəriHaram, o aldığın nəfəs!ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.