BƏXTİYAR NEMƏTLİ (1963) Naxçıvan, Poeziya, Rusiya 28 Eylül 578 100 1 2 3 4 5 Bəxtiyar Mikayıl oğlu Nemətov - 25 may 1963-cü ildə Naxçıvan MSSR, Naxçıvan (İndiki Babək) rayonunun Yarımca kəndində fəhlə ailəsində anadan olub. 1970-ci ildə Yarımca kənd orta məktəbinin birinci sinifinə gedib, 1980-ci ildə həmin məktəbi bitirib. 1980-ci ildə Naxçıvan Politexnik Texnikumuna daxil olub, bir il oxuduqdan sonra 1981-ci ildə hərbi xidmətə çağırılıb, 1981-1983-cü illərdə Moskva vilayətinin Şyolkovo şəhərində hərbi xidmətdə olduqdan sonra təhsilimi davam etdirib. 1985-ci ildə Texnikumu bitirdikdən sonra 1985-1988-cı illərdə Naxçıvan şəhərində yerləşən Elektrotexnika zavodunda, 1988-1992-ci illərdə Naxçıvan dəmir yol stansiyasında işləyib. 1990-cı ildə birinci Qarabağ müharibəsi başlayanda 3 ay könüllü olaraq cəbhəyə gedib, sonra isə Babək rayon hərbi komissarlığı tərəfindən səfərbərliyə çağırılıb, müharibə veteranıdır. 1992-1996-cı illərdə Babək rayon tarix-diyarşünaslıq muze-yində çalışıb.2000-ci ildə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə köçüb və hazırda da orada yaşayır və işləyir. İlk şeirlərini 1998-ci ildə yazıb, 25 illik fasilədən sonra yeni-dən yazmağa başlayıb. Şeirləri müxtəlif mətbuat orqanlarında, o cümlədən, “Şərqin səsi”, “Elm və təhsil” qəzetlərində, “ZiM.Az” və “Zirve.info” saytlarında, “Zirvə”, “Şah dağı” “Söz xəzinəsi” və s. ədəbi məcmuələrdə dərc olunub.Biz də Bəxtiyar Nemətliyə yeni-yeni yaradıcılıq uğurları ar-zulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.ZiM.Az HƏSRƏT YARASIİçimdə sağalmaz həsrət yarası,Ahım səmalara qalxar, ucalar.Tanrıya tapşırdım qəlb qıranları,Nə vaxtsa, hardasa özü öc alar.Deyirdim vaxt ötər, dərdim qocalar,Sən demə dərdlərin yaşı olmazmış.Vardır bu dünyada mizan-tərəzi,Məzlumun fəryadı yerdə qalmazmış.Ürəkdə zərrəcə yoxdur nifrətim,Yaramın qaysağın çəkib soyana.Yolun açıq olsun deyib gedərəm,Gözümü hər zaman yolda qoyana. 20.07.2023QƏLBİMDƏ YERİN QALACAQDeyirsən uzaq dur, könül evimdən,Dayanıb baxıram lap çarəsizcə.O şirin dilindən, gülən üzündən,Necə uzaqlaşım, necə səszizcə?Nədir, istəyirsən silim səni mən,Telefon yaddaşından, öz yadaşımdan?Elə bilirsən ki, yaddan çıxacaq,Verdiyin sözlərin, söz yadaşımdan?Yaxşı sən deyən tək olsun qoy hər şey,Hərə bir yol ilə həyata davam.Məndən uzaqlarda yaşa əzizim,Bu gündən mən sənə özgəyəm, yadam.Elə unudaq ki, ötən günləri,Bütün yaşanmışlar yad olsun bizə.Mən səni, sən məni bir özgə bilək,Haçansa, hardasa, gəlsək üz üzə. 15.09.2023ŞƏKLİNLƏ DANIŞIRAMSağalsa da yaralarım zamanla,Ağrı verən acılarım azalmır.Yaş ötsə də, ağarsa da saçlarım,Cavan qalır yaralarım, qocalmır.Niyə sevdim dəli kimi, niyə mən,Bilmədim ki, məni dərdə salacaq.Bu sevgidən mənə ancaq deyəsən,Qəlb ağrısı, bir də şəklin qalacaq.Ən gözəl çağında bitdi bu sevda,Sənə xəyallarda ancaq çatıram.Hər gecə röyada görüşək deyə,Mən yuxu dərmanı içib yatıram.Ayrılıq bu qədər qəfil olsada,Mən öz talehimdən küsmürəm vallah.Sevdiyi qulunu xoşbəxt olmağa,Ən çətin yollarla aparır Allah. 25.06.2023BÜLLUR GÖZ YAŞIÜrəyi eşq dolu, gülərüz qadın,Camalın ay kimi, bəxtin qaradır.Səni qısqananlar bilirmi görən,Sevgi atəşindən qəlbin yaradır.Ürəyin sızlayır, gülür gözlərin,Qəmini içində özün çəkirsən.Hər gecə yataqda göz yaşlarınla,Dərdinin üstünə sən dərd əkirsən.Gündüzlər birtəhər silib göz yaşın,Hamıyla şən olub, deyib gülürsən.Evinə dönəndə baxıb güzgüyə,Gördüyün gözələ sən də küsürsən.Bu cavan yaşında nədir çəkdiyin,Niyə qismətinə düşüb ayrılıq?!Gözlərin yanağa nar giləsitək,Göz yaşın sıraya düzüb ayrılıq.11.06.2023 CAM QIRIQLARIƏllərim buz kimi, çöküb qaranlıq,Otağı isitmir şam qırlqları.Şərab piyaləsi parçalanıbdır,Doğrayıb əlimi cam qırıqları.Nə verdi bu sevgi, nə aldı bizdən,Doyunca şənlənib, gülmədik niyə?Ağacdan tökülən yarpaqlar kimi,Səbəbsiz ayrıldıq, bilmədik niyə?Adını qanımla yazıb divara,Mən sənsiz həyata üsyan edirəm.Öpüb şəkildəki ağlar gözünü,Əlvida deyirəm, çıxıb gedirəm.Daha bu gedişin dönüşü olmaz,Qəlb qırmaq ən böyük günahdır axı.Gözlərdən süzülən o inci yaşlar,Dünyaya şikayət, bir ahdır axı.Səhvini anlayıb, dönərsən bir gün,Bağışla deyərsən, üzür dilərsən.Bir sevən ürəyin nə çəkdiyini,Qəlbin qırılanda özün bilərsən. 18.09.2023ZiM.Az Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.