CAVAD CAVADLI: "BÜTÜN İNSANLARA VAR MƏHƏBBƏTİN - MƏDƏD MÜƏLLİM!.." Naxçıvan, Poeziya, Borçalı, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Təbriklər, Mədəd Çobanov 10 марта 2007 33 0 1 2 3 4 5 BÜTÜN İNSANLARA VAR MƏHƏBBƏTİN -MƏDƏD MÜƏLLİM!..Əziz dostum, görkəmli türkoloq, tanınmış dilçi-alim, filologiya elmləri doktoru, рrofessor Mədəd Çobanovun 70 illik yubileyinəEllər sevdi səni - aranlı, dağlı,Günlərin keçsə də qaralı, ağlı,Ürəyin yenə də torpağa bağlı,Mədəd müəllim!Çətində sınmadın, dayandın mətin,Deməklə tükənməz mehrin, ülfətin,Bütün insanlara var məhəbbətin,Mədəd müəllim!Nəcib işlərində safsan, səlimsən,Sən gözəl atasan, gözəl alimsən,Hamının sevdiyi bir müəllimsən,Mədəd müəllim!Mehrin, məhəbbətin nə qədər dərin,Bəlkə də, özündən yoxdur xəbərin,Səni ata bilir tələbələrin, Mədəd müəllim!Memarsan, möhtəşəm sarayın vardır,Elm dəryasında öz payın vardır,Kükrəsən, dəli bir harayın vardır,Mədəd müəllim!Sevdiyim güllərin butası sənsən,Şirin arzulara çatası sənsən,Müşfiq tək oğulun atası sənsən...Mədəd müəllim!Dağ kimi qalibsən ömrün qışında,Cavan bir oğlansan yetmiş yaşında.Hər zaman olasan məclis başında,Mədəd müəllim, Mədəd müəllim!CAVAD CAVADLI,Prezident təqaüdçüsü“Şəрqin səsi” qəzeti, mart, 2007ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.