"XOCALI... 24" Azərbaycan » Qarabağ 25 Şubat Bu gün Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) təşgilatçılığı ilə "PARK İNN" hotelinin "DAN ULDUZU" zalında Xocalı qətliyamın 24-cü ildönümünə həsr olunmuş "XOCALI ..24 İL" adlı Anım gecəsi keçirilib. Gecədə Azərbaycanın tanınmış simaları, görkəmli elm və mədəniyyət xadimləri, respubilkamızda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin nümayəndələri, Millət vəkilləri və jurnalistlər iştirak ediblər.ZiM.Az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən və Xocalı faciəsi qurbanlarınin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, tədbiri giriş sözü ilə Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) aparat rəhbəri Bəybala Mirzəyev açıb.Sonra Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri və 1-ci Qarabağ savaşının iştirakçısı, ehtiyatda olan zabit Əlsahib Hüseynov geniş məruzə ilə çıxış edib. O, Xocalı qətliyamının baş vermə səbəblərindən, qəddar düşmənimiz olan ermənilərin zaman-zaman millətimizə qarşı törətdikləri vəhşilikdən danışıb.Tədbirdə "Xocalı Soyqrımını Tanıtma" İçtimai Birliyinin sədri, "Ana Harayı" qəzetinin Baş redaktoru, "Tərəqqi" medalının mükafatçısı müharibə veteranıŞamil Sabiroğlu Xocalıda baş verən qətliyam haqqında geniş məlumat verib,Xocalı soyqırımının şahidlərindən biri kimi erməni terrorçularının və onların havadarlarının törətdikləri vəhşiliklərdən danışıb.Şamil müəllim, o zaman işlədiyi və 2 milyon tirajla nəşr edilən "Səhər" qəzeti vasitəsilə bu dəhşətli xəbəri ölkə ictimaiyyətinə çatdırdığını vurğulayıb və qeyd edib ki, Xocalı soyqırımının baş verməsində Rusiya amilini və Azərbaycanın o zamankı siyasi rəhbərliyinin səriştəsizliyini, vəzifə səhlənkarlığını da unutmaq olmaz. Məşhur bədii qiraət ustası, Azərbaycan Dövlət İncəsənət Universitetinin müəllimi,Azərbaycan Respublikasının Əməkdar artisti Ağalar Bayramovun Xocalı qətliamı ilə bağlı özünəməxsus ustalıqla söylədiyi şeirlər tədbir iştirakçılarının qəlblərini kövrəldib, insanların ürəklərini yerindən oynadıb. Azərbaycan Dövlət Dillər Universitetinin professoru Məhəmməd Teymurlu, Qarabağ qaziləri - Habil Şirinov, Zahid Qarayev, şairə Sənəm Səbayel, "Odlar Yurdu" Universitetinin magistri Günay İmanova və başqaları Azərbaycan xalqının düşmənlərdən qisası almalarının vaxtının çoxdan çatdığını qeyd ediblər.Sonra tədbirdə digər qonaqlar, Xocalı hadisələrinin canlı şahidləri, Xocalının müdafiəsində iştirak etmiş keçmiş döyüşçulər çıxış ediblər.Tədbirin bədii hissəsində Azərbaycanın Xalq artisti Alim Qasımov və Gənc Tamaşaçılar Teatırının aktyoru Vahid Orucoğlunun rəhbərliyi altında hazırlanan və soyqırım qurbanlarına həsr edilən "Qanın rəngi-Xocalı..." adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.Məktəblilər və gənclər Vətən, Xocalı, Qarabağ mövzusunda şeirlər səsləndiriblər. Sonda Xocalı faciəsinə həsr edilmiş slayd nümayiş etdirilib.Müşfiq BORÇALI.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.