Gürcüstanda yaşayan azərbaycanlı gənclər ölkəmizə dəstək aksiyası keçiriblər

Gürcüstanda yaşayan azərbaycanlı gənclər ölkəmizə dəstək aksiyası keçiriblər Gürcüstanda yaşayan azərbaycanlı gənclər ölkəmizə dəstək aksiyası keçiriblərGürcüstanda yaşayan azərbaycanlı gənclər ölkəmizə dəstək aksiyası keçiriblər Gürcüstanın müxtəlif universitetlərində təhsil alan bir qrup azərbaycanlı tələbə və gənc aprelin 4-də Tbilisidə Azərbaycan dövlətinə və xalqına
dəstək aksiyası keçirib.


Azərbaycanın Gürcüstandakı səfirliyi qarşısında təşkil olunan tədbirdə əllərində Azərbaycanın, Türkiyənin və Gürcüstanın bayraqlarını, müxtəlif plakatlar tutmuş gənclər “Vətən torpağı bölünməzdir!”,
“Şəhidlər ölməzdir!”,
“Qarabağ Azərbaycanındır!”,
“Biz birik!”
və s. şüarlar səsləndiriblər.

Gənclər Azərbaycanın işğal olunmuş ərazilərində, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş hadisələrdən narahat olduqlarını bildirib, Ermənistanın təcavüzkar siyasətini qətiyyətlə pisləyiblər.
Onlar cəbhədə baş verən hadisələrə və atəşkəsin pozulmasına görə Ermənistanın günahkar olduğunu bildiriblər.
Gənclər harada yaşadıqlarından asılı olmayaraq bütün azərbaycanlıları Azərbaycan dövlətinin haqlı mövqeyini dəstəkləməyə çağırıblar.

Səfirliyin humanitar və mədəniyyət məsələləri üzrə müşaviri Samirə Ağayeva bu aksiyanın harada yaşamalarından asılı olmayaraq bütün azərbaycanlıların ölkəmizin bütövlüyü naminə hər zaman bir olduqlarını göstərdiyini bildirib.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: