Vətənə sevgi hərbidən keçir Azərbaycan » Qarabağ 1 Eylül Vətənə, doğulduğun yurda, məmləkətə sevgi hərbidən keçir. Hərbisi olmayan ölkə daima yadların əlində oyuncağa çevrilər. İşğal altında inləyər, torpağ üstü, torpaq altı sərvətləri talan olunar. Dili qısa, başı qaxınclı olar. Vətən sevgisi hərbi gücü möhkəmləndirməkdən keçir. Hərbi gücü olmayan dövlət necə deyərlər təpik altı olar. İşğal altında olan torpaqlarımızın azad olunması üçün biz hər birimiz yaşından və cinsindən asılı olmayaraq bir əsgər olmalıyıq. Bu baxımdan ölkəmizdə hərbiyə və onun inkişafına ayrılan diqqət nümunəvi hal kimi qiymətləndirilməlidir.Gənc nəslin vətənpərvər, xalqına məhəbbət, dövlətçilik ruhunda tərbiyəsi, onların sağlam və bilikli böyüməsi naminə Səbail rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə birgə təşkil olunan layihəyə əsasən artıq 3-cü dəfə keçirilən Səbail rayonunun orta məktəblərinin təhsildə, idmanda və ictimai həyatda fərqlənən yeniyetmələri, həmçinin Müdafiə Nazirliyinin ön cəbhə xəttində xidmət edən zabitlərinin övladları üçün Qusar rayonundakı «N» saylı hərbi hissəsində «Gənc Heydərçilər» hərbi-vətənpərvərlik təmayüllü yay düşərgəsi təşkil edilmişdir.Beləliklə, 250 nəfər uşaq üçün Müdafiə Nazirliyinin Qusar rayonundakı «N» saylı hərbi hissəsində hərbi-vətənpərvərlik təmayüllü «Gənc Heydərçilər» istirahət düşərgəsi maraqlı tədbirlərlə yaddaşlara həkk olundu. Burada Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevə, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, olkədəki ordu quruculuğuna, Milli Qəhrəmanlarımıza həsr olunmuş stendlər, hərbi təlimatlar keçilmişdir.Mən də bir valideyin kimi orda keçirilən maraqlı tədbirlərdə dəvət almışdım. Yay təlimlərinə qatılmış məktəblilərin fəallığı məni çox sevidndirirdi. Axı bu məktəblilərin də yolu yaxın gələcəkdə hərbi hissələ düşəcək və həqiqi hərbi xidmət keçəcəklər. Yay düşərgəsində iştirak edən gənclərə xüsusi geyim formaları tikilmişdi. Onlara hərbi silahdan-avtomatdan istifadə, söküb-yığmaq yolları öyrədilmişdir. Qusar rayonun “N” saylı hərbi hissəsində əsgərlərlə məktəblilər birgə təlimlərə qatılmışdılar, Gənclər uğurla bu təlimlərdə iştirak edirdilər.Uşaqların Qusar rayonunın görməli yerlərinə, meşələrə, tarixi guşələrinə, o cümlədən Heydər Əliyev Mərkəzinə, Gənclər evinə gəzintiləri onların yay düşərgəsində keçirdiyi günləri daha mənalı və məzmunlu etdi. Hətta, istirahətin 1 günü hərbi hissə tərəfindən hərbi-səhra məşğələləri təşkil olunaraq gün ərzində şəxsi heyətin yeməyi hərbi-səhra mətbəxi vasitəsi yemək verilmişdir. Düşərgədə yeniyetmələr gündə 4 dəfə yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunmuş, onların təlim-tərbiyə işləri ilə rayonun orta məktəblərində çalışan idman və ibtidai-hərbi hazırlıq müəllimləri və həmçinin hərbi hissənin zabitləri, çavuş və əsgərlərindən ibarət qrup məşğul olurdu. Düşərgənin bağlanışı ilə əlqadar təşkil olunmuş tədbirdə iştirak edən layihə təşkilatçıları Səbail rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Xalidə Bayramova, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Coşqun Cəbrayılov, Müdafiə Nazirlyinin İdarə rəisi, general-mayor Rasim Əliyev və digər qonaqlar uşaqların istirahəti, burada onlar üçün yaradılmış şəraitlə yaxından tanış olmuş, hərbi təlimlərdə fərqlənmiş, idman yarışlarında qalib gəlmiş bir qrup şagirdə xatirə medalları və uşaqların tərbiyəsi işlərində cavabdeh olan dəstə rəhbərlərinə və hərbiçilərə qiymətli hədiyyələr təqdim edilmişdir. Bu tədbirdə 2 saylı H.Mahmudbəyov adına texniki-humanitar elmlər liseyi 10-cu snif shagirdi, oğlum Şirinli Amil də iştirak etdi və verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirdiyi üçün təltif olundu. Onun erməni bayrağını qırması məni çox sevindirdi və qürurlandırdı.Bu yay Qusar rayonunda iştirakçıların yaddaşlarında unudulmaz izlər buraxan «N» saylı hərbi hissəsində hərbi-vətənpərvərlik təmayüllü «Gənc Heydərçilər» istirahət düşərgəsi məktəblilərin hərbi sahədə təsəvvürlərini genişləndirdi. Bəlkə də bu gənclərin də sıralarından gələcəkdə yüksək rütbəli hərbiçilərimiz çıxacaq. Bu yolda gənclərimizə uğurlar diləyirəm. Arzu edirəm ki, hansı peşəni seçirlər seçsinlər, amma Vətənə, millətə layiq övladlar olsunlar, həm valideynlərinin, həm də xalqın başını uca etsinlər.Bu layihəyə görə Cənab Presizdentimiz İlham Əliyevə, Səbail rayon İsra Hakimiyyəti başçısı Eldar Əzizova xüsusi minnətdarlığımı bildirirəm.Mahirə Əmirhüseynova,"XXİ Əsrin Qadinları" İctimai Birliyin sədri. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.