Rəhman BAYRAMın ŞEİRLƏRİ Qarabağ, Poeziya, Müsabiqə 10 Kasım AZƏRBAYCANXalqların ev-eşiyisən,Daim sülhün keşiyisən,Tolerantlıq beşiyisən,Bir örnəksən, Azərbaycan.Qucaq açdın tata,kürdə,Qoymadın əriyib itə,Qoynunda neçə millətə,Duz-çörəksən, Azərbaycan.Yatmadın yad laylasına,Qoymadın vüqarın sına,Bütün İslam dünyasına,Sən gərəksən, Azərbaycan.Bəşəri sevgi var qanda,Baş əyəcək bu cahan da,Tolerantlıq dünyasında,Bir nəhəngsən, Azərbaycan.Tanrı bizə yar olacaq,Niskilimiz yox olacaq,Yaraların sağalacaq,Güləcəksən, Azərbaycan.Üç rəngli bayrağım mənimTükənməyən məhəbbətim,Alçalmayan ləyaqətim,Dosta ülfət,sədaqətim, Düşmənə göz dağım mənim,Üç rəngli bayrağım mənim.Göy rəng türkçülük siması,Qırmızı çağdaş dünyası,Yaşılda quran sədası,Ey müqəddəs çağım mənim,Üç rəngli bayrağım mənim.Nəçə şəhid veribdi can,Sən varsan,var Azərbaycan,Dalğalan, sən,hey dalğalan,Sönməyən çırağım mənim,Üç rəngli bayrağım mənim. ANA - VƏTƏNQürbətin hər fəsli olsa da bahar,Vətəni yadıma salmayımmı bəs?Həsrətdən saçına ələnəndə qar,Ana qayğısına qalmayımmı bəs?Ey Vətən, anam tək əzizsən mənə,Odur ki, könüldən vurğunam sənə,Sənin zəfərinə, sənin eşqinə,Nəğmə qoşub ilham almayımmı bəs?Kök salıb əbədi geniş sinəmdə,Sənin ana qəlbin, ata eşqin də,Bir an Vətənimdən ayrı düşəndə,Bulud tək boşalıb-dolmayımmı bəs?Olmuşam vurğunu bu təbiətin,Həm sadiq dostluğun, həm məhəbbətin,O qədər çəkmişəm Vətən həsrətin,Vüsal nəğməsini çalmayımmı bəs?Gəzib dolansam da bütün dünyanı,Unutmaq mümkünmü Azərbaycanı?Gətirib ilhama eşqin Rəhmanı,Eşqinlə zirvədə olmayımmı bəs? ANAÖmründən pay verər, böyüyək deyə,Dilimin ən ilkin kəlməsi ana.Laylası ruhumu qaldırıb göyə,Allahın sevimli bəndəsi ana.Övlad üçün yada boyun əyənim,Dindirəndə hər kəsə can diyənim,Gülə-gülə kədərdən don geyənim,Könlümün şən, həzin nəğməsi ana.Sevinci az, dərdi bir ümman olan,Qurban kəsməz, balaya qurban olan,Zülmə, haqsızlığa üsyankar olan,Zamanın, dövranın haqq səsi ana.Kamanam, zilim də, bəmim də sənsən,Bir dünya sevincim, qəmim də sənsən,Rəhmanam, ruhum da, qəlbim də sənsən,Quranın müqəddəs ayəsi ana. QOCALAR EVİKimsəli tənhalar artırsa hər il,Böyük bir millətə deyilmi ləkə? Atılmış kəlməsi yad olub bizə, Bu millətin qanı qarışıb bəlkə?Qocalar evində qısılıb küncə,Ahıl bir ananı ağlayan gördüm.Naləsi içində, ahı içində,Dərdli könülləri dağlayan gördüm.O danışdı, unutdum öz dərdimi,Sanki məhvərindən yer sirkələndi.Yavaşca bir kağız basdı ovcuma,Oxudum, gözümdə yaş gilələndi.Olmasın xəbəri övladlarımın,Ölsəm dəfn eləyin kimsəsiz kimi.Dünyaya üç övlad bəxş edən ana,Tərk edir dünyanı kimsəsiz kimi.Budumu anaya sevgi, məhəbbət?Dərdinin üstünə dərd nə gərəkdir?Allah əvəzini çıxacaq əlbət,Birinin yerinə dörd verəcəkdir.Dünyada müqəddəs, təmiz nə varsa,Yerdə ata-ana, göydə Allahdır.Cənnət ayaqları altındadırsa,Anaları atmaq böyük günahdır. MÜƏLLİMMəktəbə ilk qədəm qoyana qədər,Gözlüykən həyatda biz kor olmuşuq.Müəllim zəhməti getməmiş hədər,Zəkaya nur, gözə işıq almışıq.Mükafatın saçlarına düşən dən,Yorulmadın, usanmadın zəhmətdən,Elə razıyıq ki, uca Rəbbidən,Öyrənə-öyrənə yaşa dolmuşuq.O qara saçlarda ağaran tellər,Çıxarıb ağ günə neçə insanı.Ana nəvazişi, ata qayğısı,Yetər yaşatmağa bütün cahanı.Yanan şama bənzər müəllim ömrü,Əriyib nur saçır xoş gələcəyə.Ömrü fəda edir, o bilə-bilə,Həyat yollarında yüksələk deyə. CƏBRAYILBir həsrət körpüsü var aramızda, Qoymarıq olasan yadın, Cəbrayıl.Xain çıxdı torpağına göz dikən,Müqəddəs mələkdir adın, Cəbrayıl.Budumu qismətə düşən payımız,İnan qışa dönür, sənsiz yayımız,Çata bilməsə də hay-harayımız,Heç vaxt bizi unutmadın, Cəbrayıl.Sərin yaylaqların düşür yadıma,Sənli yuxularım, çatır dadıma,Neçə süfrə açılsa da adıma,Getməyir ağzımdan dadın, Cəbrayıl.Kimlər ki çəkdilər sinənə dağı,İnşallah yox olar bir zəfər çağı,Kəsilər torpaqdan düşmən ayağı,Sona çatar bu fəryadın, Cəbrayıl.Bu həsrət əriyən bir şam olacaq,Vətən bölünməzdir, o tam olacaq,Ən əziz qonağın Rəhman olacaq,Mən də sənin bir övladın, Cəbrayıl. GORANBOYNeçə döyüşlərdən çıxdın zəfərlə,Damarda çağlayan qanım, Goranboy.Duşmənin köksünü yaxdın hünərlə,Fəxarətim adım, sanım, Goranboy.Qatır Məmməd üzüyünün qaşıdır,Mərdlik tarixinin qan yaddaşıdır,Bütün övladların vətən daşıdır,Doğma yurdum, qəhrəmanım, Goranboy.Torpaqdan bir qarış vermədin yada,Nəyin var verərsən bir təmiz ada,Ayağın torpaqda, əlin duada,Müqəddəsim, din-imanım, Goranboy.Yolun haqq yoludur, bu yoldan dönmə,Sən Odlar Yurdusan, alış yan, sönmə,Uca tut başını, zirvədən enmə,Vüqarım, qüdrətim, şanım, Goranboy.Qonaq qarşılayan nurlu üzün var,Halal çörəyin var, halal duzun var,Uğrunda ölməyə oğul, qızın var,Qeyrətim, sultanım, xanım, Goranboy.Bəxş etdin cahana Rəhman Bayramı,Qüvvət alır səndən təbi, ilhamı,Borcludur bir cana həyatda hamı,Quban torpağına canım, Goranboy.TəbiətQəribə qanunu var təbiətin,Çiçəklər də sevir, insanlar kimi.Könülsüz sığaldan, soyuq baxışdan,Ləçəklər də küsür, insanlar kimi.Bir gün çəmənzara düşdü güzarım,Gördüm ki, çiçəklər min naz eyləyir,Əyləşib tikanlı budağın üstdə,Bülbül qızılgülə nəğmə söyləyir.Yuyunur şəbnəmlə güllər, çiçəklər,Al-əlvan geyinir yazın xətrinə.Nalə çəkir bülbül, fəğan eyləyir,Nərgiz tək sarışın qızın xətrinə.Günəbaxan elə aşiq olub ki,Gözünü günəşdən ayıra bilmir.İlahi sevginin gücünə bax ki,Günəş çıxmayanda gözləri gülmür.Bir sevgi həsrəti, bir yar nisgili,Lalənin kökünə qara xal çəkir.İlk eşqindən yarımayan bənövşə,Utanıb, sakitcə boynunu bükür.Solub ləçəkləri xarı bülbülün,Bir torpaq həsrəti var bənizində.Deyir qayıdacaq gözəl Qarabağ,Mən bir də açacam Cıdır düzündə.Şəhid məzarını sevdiyi gündən,Qərənfil hələ də danışmır, gülmür.Görüşə tələsən çiçək görəndə,Gözünün yaşını saxlaya bilmir.Rəhmanam, təbiət heyranıyam mən,Ana təbiətin bir anıyam mən,Vətən torpağının qurbanıyam mən,Əlif, Mübariz tək ərənlər kimi.Səni sevəcəyəm ölənə kimiDərdin sevincimə şikar olaydı,Taleyin üzünə gülənə kimi.Sənli yuxularım aşkar olaydı,Həsrət xəbər tutub gələnə kimi.Sevdalı könlümə hökmran idin,Sevgi damarımda axan qan idin,Yaman həlim idin, mehriban idin,Kasıb olduğumu bilənə kimi.Sol tərəfin məndən uzaq olsa da,Vüsalın əl çatmaz bir dağ olsa da,Bəxtim bara həsrət bir bağ olsa da,Səni sevəcəyəm ölənə kimi! Qızım ŞəbnəməAd gününü təbrik edirəm!Bahar Şəbnəmitək gülür gözlərin,Qəlbin atəşidir yanır gözündə.Şəlaləyə bənzər qara zülflərin,Tər lalə rəngi var gülər üzündə.Şan-şöhrət hərisi olma dünyada,Çalış el içində artsın hörmətin.Namusu uca tut çətin anda da,Namus zinətidir saf məhəbbətin.Atan bu sözləri demir boş yerə,Məqsədsiz bir işə başlama qızım.Sev, eşqinin ətri hopsun güllərə,Kimisə var üçün xoşlama qızım.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.