Bayram ən uca zirvələrdədir!.. Azərbaycan » Qarabağ 30 Ekim Şəhid, qəhrəman Bayram Məhəmməd Oğlu Məmmədovun əziz xatirəsinəMinkənd igidlərin oylaq yeridir, Qədim diyarımın yaylaq yeridir.Laçın dağlarımın zirvəsindədir, Vətənimin gözəl sinəsindədir.Yadıma salıram xoşbəxt anları,Var qoçaq, işgüzar, mərd insanları.(Şəkildə: - Şəhid Bayram Məmmədovun atası Məhəmməd Mürsəloğlu və Rauf İlyasoğlu)El-oba firavan yaşayırdılar, Nənələr nəvəsin oxşayırdılar. Birdən qara bulud bürüdü kəndi,Həkəri coşaraq aşırdı bəndi.Daşnak ermənilər hücum etdilər,Qanqal kimi meşələrdə bitdilər.Kəndin oğulları silahlandılar,Şəhid olanları bir an andılar.Bayram ön cərgədə mətin gedirdi,Polis alayında xidmət edirdi.Bayram döyüşürdü sirtək, inamla,Yurdu qoruyurdu necə ilhamla.Bayram düşmənlərə sinə gətirdi,Erməni quldurun hey gəbərdirdi. Təpədən dirnağa silahlı düşmən,Şəhid qanı ilə sulandı çəmən.Namərd ermənilər qəfil vurdular, İgid oğullara necə qıydılar?Ey şəhid atası, Məhəmməd dayı,Uca tut başını, yox şəhid tayı.Dahi rəhbər ilə görüşən zaman, Kövrəldin qürurdan bilirəm yaman.Şəhid ataları ağlamaz inan,Anan doğub səni bil ki, qəhrəman.Vətənin yolunda canından keçən, Xoşbəxtdir o cənnət yolunu seçən.Şəhidlər ucalır ali zirvəyə,Çox fikir edirsən, ay ana, bəs niyə? Anılır hər zaman şəhid qardaşım, Quruyar bir zaman mənim göz yaşım.Bayram hər bir gəncə bir örnək oldu,Ruhu asimanda əbədi qaldı.Adını daşıyır Minkənd məktəbi,Raufun yenə də coşur hey təbi. Qələbə çalarıq Şuşa, Laçında, Sevinər Həkəri, Minkənd, Xaçın da.Rauf İlyasoğlu BayramDüşməndən intiqam alıbdı Bayram,Ən uca zirvəyə ucaldı Bayram.Şəhidlər ölməyir, yaşayır hər an,O, bizim Bayramdı, igid, qəhrəman,Zəfəri qanıyla çalıbdı Bayram.Laçının dərd-qəmin, bala, görmüsən,Vətən üçün sən canından keçmisən.Şəhidlik zirvəsin erkən seçmisən,Bayram qəlbimizdə yaşayır hər an,Başınız sağ olsun, can Azərbaycan.Atan Məhəmmədin başın ucaltdın,Köçkünlük dərd-qəmin bir az azaltdın.Zirvələr fəth edib, arzuna çatdın,Şəhidlər ölməyir, yaşayır hər an,O bizim Bayramdı, igid, qəhrəman.Şəhid qanı yerdə qalmayacaqdır,İgidlər yurdumu qaytaracaqdır.Düşmən gücümüzdən tez qaçacaqdır,Şəhidlər ölməyir, yaşayır hər an,O bizim Bayramdı, igid, qəhrəman.Başınız sağ olsun can, Azərbaycan!Fəsih Alıoğlu,şair-publisistTürkiyə-AzərbaycanLaçın və BayramLaçın və Bayram. Bunun hər ikisi bizim üçün o qədər əziz və əvəzolunmazdır ki, bunları biri-birindən ayırmaq heç cür mümkün deyil.Laçın dedikdə Bayramı, Bayram dedikdə Laçını ayrı düşünə bilmərik.- Laçın bizim üçün dünyaya göz açdığımız, üzərində ayaq açıb yeridiyimiz, yüyürdüyümüz əziz və doğma diyar, bir sözlə Vətən!Bayram isə bu dünyaya göz açdığım ailənin bir üzvü, əzizimiz və doğmamız, bir sözlə Qardaş!Bu iki varlığa ayrı-ayrı nəzər salsaq görərik ki, doğrudan da bizim itirdiyimiz bu varlıqlar bizim güvən və qürur yerimizdir.Laçın rayonunun Minkənd kəndində anadan oldum. Sadə və kəndçi ailəsində. Ailəmiz nə qədər böyük olsa da, yenə də qayğısız və firavan günlər keçirdiyimiz hələ də mənim xatirimdən çıxmır. Çünki ən doğma Vətən bunun bərabərində də sevdiyin insanların əhatəsində yaşamağın nə qədər xoşbəxt anlar olduğu hələ də bizi həyata bağlayan səbəblərdən ən başlıcasıdır.Bu sevdiyim insanlar içərisində Bayramın da olmasının olduğu günlərin qədir-qiyməti heç nə ilə əvəz oluna bilməz. Ən pisi və narahatedicisi də odur ki, biz bu varlıqların ikisini də eyni vaxtda itirdik. Elə bununla da əzablı və keşməkeşli günlər başladı.Təsəvvür edin ki, bir gün hər şeyimiz olması, sabahısı isə heç nəyimizin olmadığını gördükcə insan özü-özündən küssünmü, incisinmi, nə edəcəyini belə bilmirdi. Çox çətin günlər keçirdik, bunun da üstünə qardaş itkisi, həm də Bayram kimi bir oğul, bir qardaş. Mən Bayramın qəhrəmanlığı və şücayəti barədə nəsə demək istəmirəm, çünki mən nəsə desəm, bəlkə də düzgün ifadə edə bilmərəm.Bu qədər adı ilə öyünüb qürur duyduğumuz bir igid qardaşdan necə və nə cür danışacağımı belə bilmirəm. Bayramın bu az yaşına baxmayaraq, onun bu qədər tanıyanların xətrini istəyən və dostluq etmiş insanları gördükcə onlarla həmsöhbət olduqca, insan özü-özünə düşünmək məcburiyyətində qalır ki, bu az ömürdə bu qədər qazanılmış hörmət, etibarı görəsən indiyə qədər yaşasaydı, hələ nələr ola biləcəkdi.Yaşadığımız illərdə bunun fərqinə varmasaq da, indi daha yaxşı görə bilirik, bizim qardaşımız necə mərd, qorxmaz, sözünə düzgün, özünə hörmət edən, qeyrətli və namuslu olduğunun bir nümunəsidir. Çünki mənə belə gəlir ki, bu sadaladıqlarımdan hansısa birinin olmaması mümkün olmazdı ki, belə diqqətə layiq birisi olsun.Bu günə kimi istər sağlığında, istərsə də şəhidlik zirvəsinə ucalandan sonra da bizim fəxrimiz olub və olacaq. Axı biz Laçını itirdiyimizdə necə əzablı-əziyyətli günlər keçirtdiksə, Bayramı itirdiyimizdə də elə o qədər küskün və kədərli olduğumuzu heç cür gizlədə bilməzdik.Ən əsas təsəllimiz və qürurumuz odur ki, Bayram bizim və bizi istəyənlərin hər birini başı uca və alnı açıq yaşamağımızın səbəbkarı oldu. Təsəvvür edin ki, böyük ailə ilə Laçını və Bayramı itirdiyimiz ilk günlərdə yaşamağımızın belə fərqinə varmırdıq. Çünki belə böyük dərdin öhdəsindən gəlmək çox çətin və üzücü anların bir acı xatirəsidi.Evimiz olduğu halda evsiz-eşiksiz, kimlərinsə minnətində yaşamaq. Düzdür, bizə minnətdə olduğumuzu nə qədər hiss etdirməsələr də, yenə də insan öz içində keçirtdiklərini kimsəyə olduğu kimi danışmağı mümkünsüzünüdü. Bunun da üstünə qardaş itkisi, ən başlıcası da Vətənin təəssüfini, torpaq qeyrətini çəkən bir qardaş. Bu çətin günlərdə bizim bu cür yetişməyimizdə öz valideynlərimizə çox minnətdarlığımızı bildirməliyik ki, bizi bu çətin anlarda bu cür tərbiyə ediblər.Atamız bizim üçün nə qədər çox əziyyət çəkdiyini desən də, anamızın əziyyətini xüsusi qeyd etməliyik ki, daha da düzgün və yerinə düşmüş olsun. Laçını itirdiyimizdə geriyə qaytarılacağını ümidlə gözləyirik. Çünki Bayramın dediyi o son söz “Heyf səndən, ay Laçın” kəlməsi onun dediyi kimi təəssüf hissi ilə müşahidə olunmamasını.Heç olmasa dünyasını dəyişən, şəhidlik və ölməzlik zirvəsinə ucalan şəhidlərin, o cümlədən də Bayramın, o narahat ruhların çəkdiyi narahatçılıqlarına son olsun.Düzdür, biz bu dünyada Bayram qardaşımıza qovuşa bilməsək də, bunu bilirik, heç olmasa Laçına, Minkəndə qovuşaq. Həmçinin də bütün işğal olmuş torpaqlarımız özümüzün olduğu kimi yenə də bizim olsun. İnşallah.Laçının işğalından bu qədər illər keçsə də, hələ də bu torpaqlara qayıda bilmək arzusu bizi yaşadır və qurub-yaratmağa həvəsləndirir. Bizi narahat edən məsələlərdən biri də odur ki, gələcək nəsillər Laçınsız yaşamasınlar.Azərbaycan torpağının bütövlüyü bizim üçün həyatımızdan daha da önəmlidir. Laçın rayon Minkənd kənd orta məktəbinin Bayram Məhəmməd oğlu Məmmədovun adını daşıması və ölkə prezidenti tərəfindən “Vətən uğrunda” medalı ilə təltif edilməsi də bizim üçün bir təsəlli və gələcək nəsillərin də Bayram Məmmədovu necə igid, qəhrəman olmasını bir şahidi olub və hər zaman bu adla qürurlanacaqlarına əminəm.Bizə bu cür qayğı və diqqət ayırmağınıza görə sizlərə də hörmət və ehtiramımızı bildiririk.Namizəli Məhəmməd oğlu Məmmədov,şəhid qardaşıYağıları qov yurdundanPoemaSiyasəti çirkin oyun adlandırır siyasətçi.Şərhçilər də bunu bilir. Pinəçi də, Əkinçi də.O şöhrətliQara qızıl dediyimizNeftə baxın!Qiymət enir,Dollar qalxır,Amerika elə bil ki,Şimşək olub ölüm saçır.Dövlətləri bir-birinə qızışdırır, insanları bir-birinə dalaşdırır, vuruşdurur. Sonra guya barışdırır.Axırda da deyir ki, mən humanistəm.Yeri gəlsəKapitalist,Marksistəm.Var-dövlətə mən həristəm.Belə iyrəncOyunlara qatılmayın!Düşmənlərə satılmayın, ey insanlar!Amerikadartıb özün.Ali irqə aid edir.Özgələrin nefti üçün“Sinov” gedir.Hansı ölkə güclənirsə,tez təxribat, ya bir terror törətdirir.Sonra yüksək kürsülərdən insanlıqdan danışır o.Qaraları güllələyir,dillənəni hədələyir.Küçələrdə nahaq yerə qan axıdır.Sonra deyir:- Humanistəm, arsız-arsız gülüb deyir ki,yaltağam, demokratam.Hər məssəbə qulluq edir,qızışdırır kəfkir kimi,aydan arı, sudan duruçıxmaq üçünölkələri barışdırır,fəndkir kimi…Nələr törətdi Misirdə,Suriyada?İraq İslam dövlətini parçaladı,nefti bölüb haçaladı.Səddam Hüseyni asdırdılar,Qəzzafini daş-qalağa basdırdılar,işgəncəylə döydürtdülər, öldürtdülər.Mübarəki diri-diriçatdatdılar,aranı da çox qatdılar…İsa kimi çoxlarını çarmıxlarda asdırdılar.Humanistəm deyən dövlətİngilislər, fransızlar, vaxt var idiAfrikanı zəbt eyləyib,İnsanları qul yerinə işlədirdi.Ac itlərə dişlədirdi.Məzlum, avam millətlərəzülm edirdi,torpaqların zəbt edirdi.Kimlər əmrətabe olsa,ona azcarütbə verib,özgəsininəli iləinsanlarıgüllələyib,neçə yerəsərirdilər?Bol məhsuludədə-babamalı kimitalan edibdərirdilər.Əmrə tabe olmayanı ac saxlayıb əyirdilər.İşgəncələr, iztirablar verirdilər. Bu şeytanın balalarıNə Allahdan qorxurdular.Yezid yolu gedirlər.İndi də ki,İŞİDD adı ilə yenəqiyafəsin dəyişərəklap qiyaməttörədirlər.Məscidləri dağıdırlar,Abidələr ölkəsini viran qoyub, Külün göyəsovururlar.Susuz, isti səhralarda, diri-diri qovururlar.Yeni qanun icad edir,qız-gəlini sünnət edir,bir-birini necə didir.Bu insanlar?Aman Allah!Harda qaldı humanistlik?Neft çıxan ölkələriqan gölünəçevirirlər.Rəhbərlərin asdıraraqölkələridevirirlər.Var-dövlətin talayaraqölkəsinə ötürdülər.Deyən yoxdur;- Çəkil, oturxarabanda!Gər burnunu soxma yenəözgəsinin torpağına!Girmə, nə də yad bağına!Harda qaldıHumanistlik?..Erməniyə kömək edir, bütün dünya.Yuxularda yatmış dünya!Ayılın siz!Sizə uzaq keçmişdən yox,23 il əvvəl olmuş, bir işğalçı qaniçəndən danışaraq yazıram mən.Akt lazımdır, yazımaktla, istəyirsiz yazım faktla,eşidin siz:Erməni-rus quldurlarıiyirmi faizdən dəartıq torpağımı işğal edib,zəbt ediblər.Düyün salıb Kremldə.Yaddan çıxmaz heç bir həmlə.20 Yanvar şəhidləri!Unutmayın tanklar altdaəzilərək güllənənəngünahsız o şəhidləri.Eşidin sizmənim kimi şahidləri.Neçə ildir Gözləyirik.Düşmən üstə hücum əmrin,Haqsızlığa dözən dünya,Yuxularda yatmış dünya!Ayılın siz!Xocalının fəryad səsinDinləməyib kar oldunuz.İşğalçıya yardım edibÇoşqaları bəslədiniz.Sonra arsız-arsız gülübinsanları insanlığasəslədiniz!Neçə ildir doğulduğumAğdam yola bağlanıbdıüzümüzə.ATƏT gəlir, ATƏT gedir,kül üfürür gözümüzə.BMT-də baxmırbizim gözümüzə.Xocalının, Daşaltının,neçə-neçə qaşaltınınfəryad səsieşidilmir, döysək də bizdizimizə.Kürsülərdən düşmən hürur, böhtan atır,tarix boyu yalan satır,torpağımı işğal edibyerə gizli xaç basdırıb.Sonra deyib bu yer mənim babamındır,170 il onlar gəlibQarabağda nökər olub,Bəylərimin tövləsindəyaşamağa yer veriblər.Yazıq deyib pul veribləro çarıqlı ermənilər, nə ediblər?Bizim igid oğullarızəhərləyib, ya arxadannamərd kimi güllələyib.Sonra haray-həşir salıbbaşlarına kül ələyibo yerləri zəbt ediblər,alçaq işlərə gediblər.İndi də ki, yalan deyir gözümüzə.Əsli, kökü bilinməyən ermənilər!Neçə ildir yer vermişik,dədə-baba torpağımda sülənirsən.Babam əkən bol-bəhrəlicənnət meyvə bağlarımda.Sizin kimi haray-həşirqoparmırıq.Əl atmırıq üzümüzəSizin kimi çoxbilmişlərbaxa bilməz gözümüzə.Kimsə baxsa, əgər sizinyalan deyən sözünüzə,saxta yazan əlinizə,böhtan atan dilinizə,bic-bic baxan gözünüzə.Görən niyə inandılaryalanlaraBəşəriyyət?Hanı sivil o cəmiyyət?Dinsizlərin sayı artır,İşid adı ilə düşmənömürlərə balta çalır.Ağır dərdə düçar olub Laçın eli.Kəlbəcərim, CəbrayılımQubadlıya lay-lay deyən ay Həkərim!Ey Şakərim!Həsrət qaldıq neçə ildir biz vətənə.Şuşa mənim şah damarım,Ağdam mənim vuran qanım.Çinar boylu Zəngilanım!Dağlara yüksəldi ahım.Füzulimiz, Xocalımız,Düz yolumuz,gümanımızHaqq yolundaAlnı açıqdır alnımız.Sülh yoludur amalımızDüşmən gəzir Qarabağda.Vətənimə yetmək üçünDədə-baba izimizləBirləş ayıl, ey Türk xalqı!Hücum çəkək, azad edək yurdumuzudizin-dizin dizimizlə,Qalx ayağaYağıları qov yurdumdanQızın halalca odundan.2016-cı il Rauf İlyasoğluNankor övlad Anasın evindən qovan oğula,Mən oğul demərəm belə alçağa.Zəmanə gör necə korlanıb indi,Gəlmədim ömrümdə rast, belə çağa.Övlad anasına hərgah söyərsə,Beləsi cəhənnəm odunda yanar.Övlad anasını hərgah döyərsə,Beləsi özünü insanmı sanar?Anasın evindən qovan oğulu,Çörək itirəndir deyib qınarlar.Anasın hər zaman sevən oğulu,Nə tənbeh edərlər, nə qınayarlar.Şeytan çıxarıbmı səni yolundan,Öz doğma ananı niyə döyürsən?Yolunu azmısan, ay nankor gədə?Səni böyüdənə niyə söyürsən?Anasız gen dünya sənə dar gələr,İndi haqq yoluna gəl qayıt, bala.Acı sözlərnə ürəkmi dözər?Sənintək züryəti kim yada salar?Süzmə sən ananı o sərt baxışla,Könlünü al keçsin, bu günahından.Get axtar tap, yalvar, denən bağışla,Qorxmursan ay nadan, ana ahından?Gəl mənə ana ol, bu yaşda bacı!Gözümün üstündə saxlaram səni.Səni evdən qovan çəkər çox acı,Gəl unut qüssəni, gəl unut qəmi.Atası biqeyrət olan oğuldan,Gözləmə nə insaf, nə də mərifət.Doğma anasına nankor çıxandan,Umma nə mərifət, nə də şərafət?Anasın evindən qovan züryəti,Dövləti olsa da, olmaz şöhrəti.İtirər ömürlük o kəs qeyrəti,Axırda gözündən gələr zəhməti.Mərd oğul bağışlar ana töhmətin,Gərək unutmayaq ana zəhmətin.Hər zaman saxlayaq ana hörmətin,Ananın qoruyaq biz məhəbbətin,Ucaldaq hər zaman şanın, şöhrətin.***Naxçıvanın Çuxurməhlə ərazisindən yuxarı qalxıb Araza baxarkən bir şəkil çəkdirib facebook-da dostlarla paylaşan gün qələm dostum “Azad Azərbaycan” qəzetinin redaktoru və Bilman Allahverdiyev birinci olaraq yazdı ki, bura Naxçıvandır. Bəs niyə asta lal axırsan, Araz?!.. Baxıb həsrət-həsrət Araza sarı,Oxu həzin-həzin hey arazbarı,Səni salamlayır Odlar diyarı,Naxçıvan, Batabat, Şərur elləri. *** Bəlkə bağlanıbdı buxov dilinə,Bəs niyə asta lal axırsan, Araz!?Dağlar da tamaşa eyləyir sənə,Niyə məlul-məlul baxırsan, Araz!?Baxıram kədərlə hey sənə sarı,Görmüsən nə qədər boranı, qarı.Dil açıb dərdini de, danış barı,(və ya Dil açıb bir kəlmə danış bir barı)Şimşəktək odlanıb çaxırsan, Araz!?Yarım bu taydadı, yarım o tayda,Dilimiz yanında gödək, nə fayda?Bəlkə də yazılıb nahaq bu qayda,Raufu yandırıb-yaxırsan, Araz?!***Türkiyədə oxuyan azərbaycanlı tələbə Babək Həsənlinin 2016-cı il aprel ayının 6-da Taksim meydanında Azərbaycana həmrəylik nümayişi zamana möhtəşəm aksiyada erməni işğalçılarına nifrətdən yazdığı şeirə nəzirə Gəlin erməniyə ilan deməyin,İlan şəfa verir bəşəriyyətə.Erməni giribdi şeytan cildinə,Fəlakət gətirir bu cəmiyyətə.Gəlin erməniyə it də deməyin,Vəfalı olurlar çətində itlər.Gəlin erməniyə bit də deməyin,İnsana xeyir də verir o bitlər.Gəlin erməniyə qurd da deməyin,Boz qurd mərd, mübariz, məğrur döyüşür.Şuşaya daşnakın yurdu deməyin,Vətənim Ağdamım yadıma düşür.Kimə yaltaqlanıb hökm edirsən,Dağımda, dərəmdə nə sülənirsən?Qudurub yenə də küyə gedirsən,Kimə güvənərək hey dilənirsən?Qaraçı sənintək həşir qoparmır,Burnunu soxmusan özgə torpağa.Soyqırım adıyla torpağı qapmır,Məkirli, hiyləgər, ay arsız dağa!Gəlin erməniyə zəli deməyin,Zəli çirkli qanı sorur bədəndən.Nə qurdsan, nə itsən, ermənisən sən,Törəyib artmısız şeytandan, cindən.Ey mənim xalqımın mərd oğulları,Gəlin birgə olaq, gəlin bir olaq.Bu ana yurdumda, doğma vətəndə,Birləşib düşməndən biz qisas alaq.****UTANIRGözünü əlimə dikən dilənçi,Yurdum işğaldadır, əlim utanır.Hər gələn qonağa qoç da kəsilən,İndi qaçqın düşən elim utanır.Vətənsiz yaşamaq necə kədərdi,Mənasız ömür də sanki hədərdi.Haqsızlığa dözmək bundan betərdi,Abrıma sığınan dilim utanır.İsa bulağının çeşmə gözündə,O gözəl qızların həya üzündə.Xarı bülbül bitən Cıdır düzündəHəsrət-həsrət baxan gülüm utanır.Vətəndə olmuşam didərgin, qərib,Düşmən səddimizə necə tor hörüb.Rauf çox acılar, çox qəmlər görüb,Mənə qaçqın demə, dilim utanır.****1977-1982-ci illərdə Azərbaycan Texnologiya İnstitutunda oxuyarkən yay tətilində Naxçıvanın Qızlar bulağında olmuşdum. May ayının 30-dan 3-nə qədər bir daha Odlar diyarında olarkən şəhəri tanımadım. Müasir binalar, təmiz, səliqəli küçələr məni valeh etdi. Bir neçə şeir yazdım.Qızlar bulağıQızlar bulağını indi gəzəndə,Gənclik illərimi yada salıram.Sevilən o qız da dodaq büzəndə,Gah küsüb, elə bil tənha qalıram.Gözlər bir-birinə zillənib baxır,O lal baxışlar da xəyala dalır,Bulud da göz qoyur, şimşəklər çaxır,Gənclik illərimdən xatirə qalır.Hərdən sevdiyim qız göz yaşı tökər,Qayadan süzülən damcı bulaqtək.Gülməsə qəlbimə duman, çən çökər,Yığılar üstümə dərdim qalaq tək.Gözlərin güləndə sevinir qəlbim,Elə bil dünyanı verirlər mənə.Bəxtəvər deyirlər, azalır dərdim,Qayıdaq biz yenə ötən günlərə.İndi saçlarıma dən düşüb yenə,Nə tez ömür ötər, günlər tez keçər.Gənclik xatirəmi yazdım bu gecə,Rauf məhəbbətlə dünyadan köçər.İlyas (Qəmgin) Allahverdiyev İlyas Allahverdiyev (İlyas Qəmgin) - 1924-cü il iyunun 20-də Qubadlı rayonunun Şıxava kəndində anadan olmuşdur. 1940-cı illərdə rayonun kənd məktəblərində müəllim işləmişdir. 1942-47-ci illərdə BVM-də qanlı döyüşlərdə iştirak etmiş, 25-dən artıq orden və medallara layiq görülmüşdür. Şuşada Yanğından Mühafizə İdarəsinin rəisi işləməklə, 1947-52-ci illərdə Azərbaycan SSR DİN orqanlarında çalışmışdır. ADU-nun jurnalistika fakültəsini fərqlənmə diplomu ilə, 1958-1962-ci illərdə Bakı Ali Partiya məktəbini əla qiymətlərlə, bitirmişdir. 1972-ci ildə Azərbaycan KP MK-nin orqanı olan “Kommunist” qəzetində zonalar üzrə xüsusi müxbir, Azərbaycan SSR Dövlət Teleradio Komitəsində xüsusi müxbir, redaktor işləmişdir. 1976-cı ildən səhhəti ilə əlaqədar yaşadığı Ağdam rayonunda çap olunan “Lenin yolu” qəzetində şikayət məktubları şöbəsinin müdiri vəzifəsində işləmişdir. İşlədiyi dövrdə saysız-hesabsız felyetonları, oçerkləri, şeirləri, yumoristik novellaları dövrü mətbuatda, televiziya və radio dalğalarında, “Krokadil” jurnalında, “İzvestiya”, “Trud” qəzetlərində, Bolqarıstan, Yuqoslaviya, Belqrad, İstanbul, İran mətbuatında (əmək qəhrəmanları haqqında oçerkləri) səsləndirilmiş və dərc olunmuşdur.İlyas Qəmginin “Könül dəftəri” (“Gənclik” nəşriyyatı) şeirlər kitabı, “Qəm dəryası” bayatılar kitabı (I cild, “Elm” nəşriyyatı), “Mənim inamlı dünyam” dini kitabı (“Peyğəmbər” poeması), Laçın qaşında, qəzəllər və s. kitabları sağlığında çap olunmuş və geniş oxucu rəğbəti qazanmışdır.Onun kitabları haqqında görkəmli yazıçı və şairlər söz demiş, onlarla kitablarda peşəkar jurnalist, şair-publisist İlyas Qəmgin yaradıcılığından söz açmışlar.“Qızıl qələm” və bir çox media mükafatına, o cümlədən Kür-Bakı su kəmərinin çəkilişində “Kommunist” qəzetində yazdığı silsilə oçerklərinə görə MK-nın 1-ci katibi Heydər Əliyevin dəfələrlə təşəkkür, fəxri fərman və pul mükafatlarına layiq görülmüşdür.Ağdam işğal olunduqdan sonra Bakıya pənah gətirən İlyas Allahverdiyevin əlyazmalarının çoxu da erməni təcavüzünə məruz qalmışdır. “Respublika” qəzetinin məsul katibinin müavini (hazırda “Həkəri” qəzetinin baş redaktoru) Rauf İlyas oğlu Allahverdiyev atası İlyas Qəmginin “Qara göl’”' tarixi romanını çətinliklə də olsa işğal zonasından çıxartmış və tərtib edərək geniş oxucu kütləsinə təmənnasız hədiyyə etmişdir. Kitabda erməni riyakarlığı və onların məkrli, alçaq simaları cəsarətlə açılaraq tarixi sübut kimi ən qiymətli əsərlərdəndir.Arzu edirik ki, yorulmadan yazıb-yaradan Rauf İlyasoğlu atasının felyetonlarını, satira və hekayələrini, şeir və bayatılarını da tezliklə çap etdirsin. Şərəfli ömür yolu Hər il 9 May – Qələbə gününü qeyd edəndə sinəsi orden-medallarla dolu veteranları görərkən qürur hissi keçirirəm. Çünki onlar bizim bugünkü xoş güzəranımız üçün mənfur faşistlərlə mübarizədə qəhərmanlıq göstərmiş, vətənimizi müdafiə etmişlər. Dövrünün tanınmış jurnalisti, ziyalısı atam – İlyas Allahverdiyev (Qəmgin) də müharibə veteranları sırasında olub. Cəbhədə göstərdiyi igidliyə görə orden və medallarla təltif edilmiş İlyas Allahverdiyev Qafqazın müdafiəsində, Ukrayna və Belarusiyanın azad olunmasında iştirak edib. Bir neçə dəfə yaralanıb və tam sağalmasa da cəbhəyə qayıdıb. Qroznıda hərbi komendantın müavini olub.1945-ci il 9 May – Qələbə gününü də əsgər və zabitlərin yanında keçirib. Müharibə başa çatdıqdan sonra hərbiçi zabitlər 2 il də məcburi xidmət edirdilər. Odur ki, baş leytenant İlyas Allahverdiyev də məhz 1947-ci ildə ordudan tərxis olunmuşdur. 1947-50-ci illərdə DİN-də çalışmış və Şuşa şəhər Yanğından Mühafizə şöbəsinin rəisi işləmişdir.İlyas Allahverdiyev müharibədən sonra təhsilini davam etdirmiş, ADU-nin jurnalistika fakültəsini, sonra isə Bakı Ali Partiya məktəbini bitirdikdən sonra uzun müddət mətbuat sahəsində çalışmışdır. Mil, Muğan, Şirvan, Qarabağ zonalarını qarış-qarış gəzmiş, əmək qəhrəmanları, tapla bahadurları haqqında yazdığı oçerk və məqalələri nəinki Azərbaycanda, Rusiya, Yuqoslaviya, Bolqarıstan, İran, Türkiyə və digər ölkələrin mətbuat səhifələrində dərc olunmuşdur. İlyas müəllim tez-tez şagird və tələbələrlə görüşər, onlara cəbhə xatirələrindən danışardı.Yaxşı yadımdadır. 9-cu sinifdə oxuyurdum. Bir gün atamın cəbhədən xatirə saxladığı hərbi komandir planşetini divanın üzərinə atdım. Bu hal onu çox məyus etdi. Əsəbi halda dedi: “1943-cü ilin sərt qış ayı idi. Alman faşistləri hücuma keçmişdilər. Qızğın döyüşlər gedirdi. Hər tərəf od-alov içərisində idi. Əsgərlərə irəli əmrini verərkən qolumdan və ayağımdan yaralandım. Yaralansam da, planşeti itirmədim, qoruyub saxlamışam. Axı planşetdə lazımi sənətlər olardı. Yüksəklikdən neçə kilometr sürünərək təhlükəsiz yerə gəlib çatdım. Əsgərlərimiz məni səhra hospitalına apardılar”. O, Qarabağ müharibəsi başlayarkən tez-tez əsgərlərimizə baş çəkər və onları ruhlandırardı.Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun dediklərindən: “Bizim batalyon 50 nömrəli texniki peşə məktəbində yerləşirdi. Bir də gördük ki, İlyas kişi bizim yanımıza gəlib, çəliyinə söykənərək dedi: Məni də batalyona üzv yazın. Axı mən sərrast atıcı olmuşam. Ermənini bir-bir dənləyim. Rəhmətlik Allahverdi: - Əşi, biz cavanlar ola-ola siz yaşlılar döyüşəsiniz”? - deyib atamı evə yola salmışdır.Bütün bu itkilərimizə dözməyən İlyas Allahverdiyev “Qəm dəryası” bayatılar, “Qara göl” romanı, “Könül dəftəri”, “Mənim inamlı dünyam” kitablarını çap etdirmişdir.Doğulub boya-başa çatdığı Qubadlı rayonunun, uzun illər ev tikib məskən qurduğu Ağdam şəhərinin, bir sözlə dədə-baba torpaqlarımızın erməni-rus hərbi birləşmələri tərəfindən işğal olunması ona çox pis təsir etmiş, vətənpərvər mövzulu yüzlərlə şeir və bayatılar yazmışdır.Necə ola bilər ki, ruslarla birlikdə alman faşistlərinə qarşı vuruşduğumuz, nə qədər şəhid verdiyimiz halda, axırda rus-erməni birləşmələri Şuşamızı, Qarabağımızı işğal etsin? Bax, buna dözmədi. Qəm dolu “Qəm dəryası” bayatılar kitabına göz yaşlarını səpələdi.Mən elin vətəndaşı,Qəlbimdi vətən daşı,Öləndə sinəm üstə,Döşəyin vətən daşı.Günün qaşıdı Məkkə, İnanc yaşılı Məkkə.Mənim inam dünyamınTəməl daşıdı Məkkə.Haqsan binadan Allah,Məni yaradan Allah.Hər cür şəri-yamanı,Götür aradan, Allah.- deyən İlyas Allahverdiyev 30 may 2005-ci ildə dünyasını dəyişmiş və Ağdamın Quzanlı qəbiristanlığında dəfn edilmişdir.Düzlüyü, doğruluğu, xeyirxahlığı ilə böyük nüfuz qazanmış İlyas Allahverdiyevin əziz xatirəsi heç zaman unudulmayacaqdır.Rauf İlyasoğlu“Respublika”Araz Zənganlı (Rza Dejban)Mən Rza Dejban, Araz Zənganlı Qarabağda, Ağdamda və Bərdə şəhərində kök atıb İranın Zəngan şəhərində yaşayış qurub ömür sürərkən öz haqqımda birinci yazmış və baş redaktoru olduğu “Həkəri” qəzetində şeirlərimi çap etdirmiş hörmətli Rauf müəllim İlyasoğluna böyük məmnuniyyətlə təşəkkür edirəm ki, məni Bakı şəhərində ən böyük, hörmətli, sevimli, istəkli və tanınmış ağsaqqal bir kişi-usta Məhəmmədlə tanış etdi və evlərində qonaq olduq. Bir neçə söhbətdən sonra mən bu mömin və dinə-imana bağlı kişini ata adlandırıb, gözümdə bəsləyib, ürəyimdə ona yer vermişəm və ömrüm varikən unutmayacağam. Və bir daha Məhəmməd kişinin üzügülər, mehriban və istiqanlı ailəsinə verdiyim zəhmətlər üçün çoxlu-çoxlu minnətdaram və hər zaman onları sevib, bağrıma basıb sevəcəyəm.Böyük hörmətlə Araz Zənganlı, Rza DejbanBu şeiri şəhid qardaşımız Bayram Məhəmməd oğlu Məmmədovun əziz xatirəsinə həsr edirəmƏldə qələm ağladıŞəhid gəldi Bayram bu gün Laçından,Anam yoldu cəngə-cəngə saçından,Biyan oldu toy geyimi paçından,Anam-bacım, belə raza ağladı,Usta Məhəmməd başa qara bağladı.Atam Məhəmməd, Əlif qəddi büküldü,Damla-damla yaş gözündən töküldü.Ürək yandı, tikələndi söküldü,Fələk özü çalan saza ağladı,Usta Məhəmməd başa qara bağladı.Eşit Rauf, şair Araz vərindən,Çıxmaz adı Məhəmmədin sərindən,Yazdığım söz çox dərindi, dərindən,Əldə qələm yaza-yaza ağladı,Usta Məhəmməd başa qara bağladı.***BayramDüşməndən intiqam alıbdı Bayram,Ən uca zirvəyə ucaldı Bayram.Şəhidlər ölməyir, yaşayır hər an,O, bizim Bayramdı, igid, qəhrəman,Zəfəri qanıyla çalıbdı Bayram.Laçının dərd-qəmin, bala, görmüsən,Vətən üçün sən canından keçmisən.Şəhidlik zirvəsin erkən seçmisən,Bayram qəlbimizdə yaşayır hər an,Başınız sağ olsun, can Azərbaycan.Atan Məhəmmədin başın ucaltdın,Köçkünlük dərd-qəmin bir az azaltdın.Zirvələr fəth edib, arzuna çatdın,Şəhidlər ölməyir, yaşayır hər an,O bizim Bayramdı, igid, qəhrəman.Şəhid qanı yerdə qalmayacaqdır,İgidlər yurdumu qaytaracaqdır.Düşmən gücümüzdən tez qaçacaqdır,Şəhidlər ölməyir, yaşayır hər an,O bizim Bayramdı, igid, qəhrəman.Başınız sağ olsun can, Azərbaycan!Fəsi Alıoğlu,şair-publisistTürkiyə-Azərbaycan***Xatirələrdə yaşayan insanHəyatda elə insanlar var ki, dünyasını dəyişsələr də, xeyirxah əməlləri, nəcib peşələri ilə hər zaman xatırlanır. Belə ziyalılarımızdan biri də Adilə Surxay qızı Hüseynova olmuşdur. Böyük Vətən müharibəsinin təzə başladığı o ağır illərdə – 25 iyul 1941-ci ildə Qubadlı rayonunun Hüseynuşağı kəndində anadan olmuş Adilə xanım orta məktəbi bitirdikdən sonra ali təhsil almış və uzun illər pedaqoji sahədə şərəflə çalışmış, rayonun Kavdadıq, Qaralar kəndlərindəki tam orta məktəbdə şagirdlərə elm öyrətmiş və təcrübəli müəllim kimi böyük hörmət qazanmışdır. Adilə xanım həyat yoldaşı Soltan Quliyevlə ailə həyatı qurmuş və gözəl övladlar böyüdərək tərbiyə etmişlər. Onu da qeyd edim ki, Soltan Quliyev ixtisasca ali təhsilli aqronom olmaqla rayonda baş aqronom, kolxoz sədri vəzifələrində işləmiş, böyük hörmət və nüfuz sahibi olmuşdur. Soltan Quliyev el ağsaqqalı olmaqla çox insanlara kömək, arxa olmuş və xeyirxah əməlləri ilə bu gün də xatırlanır. Bu mehriban ailənin 5 övladları – İsgəndər, Sərdar, Şəkər, Gülşən, Səidə bu gün də xeyirxahlıqları, qonaqpərvərlikləri ilə valideynlərinin adını uca tuturlar.1993-cü ildə erməni quldurlarının işğalçılıq siyasəti nəticəsində bütün Qubadlı rayonu işğal olunmuş və Soltan Quliyev də ailəliklə Sumqayıt şəhərinə pənah gətirmişlər. Vətən həsrətinə, torpaq itkisinə dözə bilməyən Soltan müəllimin vəfatından sonra Adilə xanım da bu ağır itkilərə dözə bilməmiş və 2016-cı ildə dünyasını dəyişmişdir.2003-cü ildən ömrünün axırına qədər (2014-cü ilə qədər) “Həkəri” qəzetinin təsisçisi və baş redaktoru olmuş görkəmli yazıçı-jurnalist Hacı Əli Xankişiyev (Əli Mirhaşım) istəkli dayıları və onların əzizləri, övladları haqqında iftixarla söhbət açardı.“Həkəri” qəzetinin iyun 2007-ci il tarixli sayında Əli Xankişiyev “Ana məhəbbəti Allah əmanətidir” məqaləsində yazır:“Anam Süsənbər xanım insanlara qarşı çox səmimi, qohum-əqrabaya hədsiz mehriban idi. Qardaş-bacılarını qəlbən sevərdi. Həyatının çətin, təzadlı məqamlarında isə qardaşı Bayram müəllimlə, bacısı Süsənbər xanımla məsləhətləşərdi, onları özünə arxa-dayaq sanardı. Mən ali məktəbdə oxuduğum illərdə, kənddə tənha yaşadığı vaxtlarda qonşuluqda olan qardaşları Surxay, Sultan dayılarım, habelə Adilə xanım, qardaşı qızları Cəmilə xanım, Rahilə xanım, Xədicə xanım, Gülşən xanım, eləcə də Siranuş xala anama həyan, həmsöhbət olar, darıxmağa qoymazdılar. Anamın qardaşı Soltan dayımın qızı sevimli Gülşən balamız gecələr bizim evdə anamla qalardı, onun qulluğunda durardı. İndi xoşbəxt ailə sahibi olan Gülşən xanıma doğma övladımız kimi böyük məhəbbət və tükənməz ehtiramımız var”.Onu da qeyd edim ki, Əli müəllim dəyərli kitablarında, “Həkəri” qəzetində anasının qardaşları İsrafil, Bayram, Surxay, Sultan dayıları və onların sevimli, mehriban övladları haqqında sonsuz məhəbbətlə, iftixarla söhbət açardı.Vətən həsrətli Adilə anaya Allahdan qəni-qəni rəhmət diləyir, yazdığım şeirlə Qubadlı elinə, mərhumənin əzizlərinə dərin hüznlə başsağlığı veririk.QaçqınımXoş günləri gözləyir hər gün, hər səhər,Sel-sular gölündə üzən qaçqınım.Böyük qələbəni, qayıdış gününHəsrətlə izləyən, döyən qaçqınım.Bağlarım bağbansız solub ağlayır,Dağlarım dumansız dolub ağlayır,Analar saçların yolub ağlayır,Nə olar,bir az da dözün, qaçqınım.Vətənimdə sənə qaçqın dedilər,Gah didərgin, gah da köçkün dedilər.Niyə bizə belə miskin dedilər,Yaralı qəlbimi üzən qaçqınım.Köhnə libasına gülmə qaçqına,Görəndə deməyin gəlmə, qaçqına,Könlüm alıb, de xoş kəlmə qaçqına,Məlhəm səp dərdinə bezən qaçqının.Qaçqın itiribdi torpağın, varın,Qaçqın itiribdi sevgili yarın,Görüb bu dünyanın çovğunun, qarın,Hamıdan sərgərdan gəzən qaçqınım,Dərd-qəmdən boğulub bezən qaçqınım.Analar Doqquz ay bətnində bəsləyib bizi,Doğub qucağına alan analar.Süd verib böyüdən doğma körpəsin,Yarıac, yarıtox qalan analar.Ana məhəbbəti safdır, təmizdir,Ana məhəbbəti sonsuz dənizdir.Yenidən doğulsam, yenə əmizdir,Bala həsrətindən solan analar.Dərd vermə anama, saçı ağara,Xeyir tapmaz kimsə ona çığıra.Yuxumda hər gecə məni çağıra,Sevinib xəyala dalan analar.Övladın qeydinə atadır yanan,Onlar da gizlicə dərd çəkir yaman.Anamdı qəlbində atamı anan,Qaçqın naləsindən dolan analar.Hər gecə qoxlayıb ana yaylığın,Qəlbimdən silinməz o ayrılığın,Anaya göstərmə övladın dağın,Yolunu cənnətə salan analar.Ataya hər zaman həyandı anam,Canımda ayrılmaz canımdı anam,Damarımda axan qanımdı anam,Körpəsinə lay-lay çalan analar.Qaçqın düşdü atam-anam elimdən,Yanıqlı bayatı söylə dilindən.Allaha yalvarmaq gələr əlimdən,Rauf, kədərini silən analar,Gecələr yuxusuz qalan analar.Qubadlı günlərimizə qovuşmaq həsrətiyləRauf İlyasoğlu***4-hLaçın və BayramLaçın və Bayram. Bunun hər ikisi bizim üçün o qədər əziz və əvəzolunmazdır ki, bunları biri-birindən ayırmaq heç cür mümkün deyil.Laçın dedikdə Bayramı, Bayram dedikdə Laçını ayrı düşünə bilmərik.- Laçın bizim üçün dünyaya göz açdığımız, üzərində ayaq açıb yeridiyimiz, yüyürdüyümüz əziz və doğma diyar, bir sözlə Vətən!Bayram isə bu dünyaya göz açdığım ailənin bir üzvü, əzizimiz və doğmamız, bir sözlə Qardaş!Bu iki varlığa ayrı-ayrı nəzər salsaq görərik ki, doğrudan da bizim itirdiyimiz bu varlıqlar bizim güvən və qürur yerimizdir.Laçın rayonunun Minkənd kəndində anadan oldum. Sadə və kəndçi ailəsində. Ailəmiz nə qədər böyük olsa da, yenə də qayğısız və firavan günlər keçirdiyimiz hələ də mənim xatirimdən çıxmır. Çünki ən doğma Vətən bunun bərabərində də sevdiyin insanların əhatəsində yaşamağın nə qədər xoşbəxt anlar olduğu hələ də bizi həyata bağlayan səbəblərdən ən başlıcasıdır.Bu sevdiyim insanlar içərisində Bayramın da olmasının olduğu günlərin qədir-qiyməti heç nə ilə əvəz oluna bilməz. Ən pisi və narahatedicisi də odur ki, biz bu varlıqların ikisini də eyni vaxtda itirdik. Elə bununla da əzablı və keşməkeşli günlər başladı.Təsəvvür edin ki, bir gün hər şeyimiz olması, sabahısı isə heç nəyimizin olmadığını gördükcə insan özü-özündən küssünmü, incisinmi, nə edəcəyini belə bilmirdi. Çox çətin günlər keçirdik, bunun da üstünə qardaş itkisi, həm də Bayram kimi bir oğul, bir qardaş. Mən Bayramın qəhrəmanlığı və şücayəti barədə nəsə demək istəmirəm, çünki mən nəsə desəm, bəlkə də düzgün ifadə edə bilmərəm.Bu qədər adı ilə öyünüb qürur duyduğumuz bir igid qardaşdan necə və nə cür danışacağımı belə bilmirəm. Bayramın bu az yaşına baxmayaraq, onun bu qədər tanıyanların xətrini istəyən və dostluq etmiş insanları gördükcə onlarla həmsöhbət olduqca, insan özü-özünə düşünmək məcburiyyətində qalır ki, bu az ömürdə bu qədər qazanılmış hörmət, etibarı görəsən indiyə qədər yaşasaydı, hələ nələr ola biləcəkdi.Yaşadığımız illərdə bunun fərqinə varmasaq da, indi daha yaxşı görə bilirik, bizim qardaşımız necə mərd, qorxmaz, sözünə düzgün, özünə hörmət edən, qeyrətli və namuslu olduğunun bir nümunəsidir. Çünki mənə belə gəlir ki, bu sadaladıqlarımdan hansısa birinin olmaması mümkün olmazdı ki, belə diqqətə layiq birisi olsun.Bu günə kimi istər sağlığında, istərsə də şəhidlik zirvəsinə ucalandan sonra da bizim fəxrimiz olub və olacaq. Axı biz Laçını itirdiyimizdə necə əzablı-əziyyətli günlər keçirtdiksə, Bayramı itirdiyimizdə də elə o qədər küskün və kədərli olduğumuzu heç cür gizlədə bilməzdik.Ən əsas təsəllimiz və qürurumuz odur ki, Bayram bizim və bizi istəyənlərin hər birini başı uca və alnı açıq yaşamağımızın səbəbkarı oldu. Təsəvvür edin ki, böyük ailə ilə Laçını və Bayramı itirdiyimiz ilk günlərdə yaşamağımızın belə fərqinə varmırdıq. Çünki belə böyük dərdin öhdəsindən gəlmək çox çətin və üzücü anların bir acı xatirəsidi.Evimiz olduğu halda evsiz-eşiksiz, kimlərinsə minnətində yaşamaq. Düzdür, bizə minnətdə olduğumuzu nə qədər hiss etdirməsələr də, yenə də insan öz içində keçirtdiklərini kimsəyə olduğu kimi danışmağı mümkünsüzünüdü. Bunun da üstünə qardaş itkisi, ən başlıcası da Vətənin təəssüfini, torpaq qeyrətini çəkən bir qardaş. Bu çətin günlərdə bizim bu cür yetişməyimizdə öz valideynlərimizə çox minnətdarlığımızı bildirməliyik ki, bizi bu çətin anlarda bu cür tərbiyə ediblər.Atamız bizim üçün nə qədər çox əziyyət çəkdiyini desən də, anamızın əziyyətini xüsusi qeyd etməliyik ki, daha da düzgün və yerinə düşmüş olsun. Laçını itirdiyimizdə geriyə qaytarılacağını ümidlə gözləyirik. Çünki Bayramın dediyi o son söz “Heyf səndən, ay Laçın” kəlməsi onun dediyi kimi təəssüf hissi ilə müşahidə olunmamasını.Heç olmasa dünyasını dəyişən, şəhidlik və ölməzlik zirvəsinə ucalan şəhidlərin, o cümlədən də Bayramın, o narahat ruhların çəkdiyi narahatçılıqlarına son olsun.Düzdür, biz bu dünyada Bayram qardaşımıza qovuşa bilməsək də, bunu bilirik, heç olmasa Laçına, Minkəndə qovuşaq. Həmçinin də bütün işğal olmuş torpaqlarımız özümüzün olduğu kimi yenə də bizim olsun. İnşallah.Laçının işğalından bu qədər illər keçsə də, hələ də bu torpaqlara qayıda bilmək arzusu bizi yaşadır və qurub-yaratmağa həvəsləndirir. Bizi narahat edən məsələlərdən biri də odur ki, gələcək nəsillər Laçınsız yaşamasınlar.Azərbaycan torpağının bütövlüyü bizim üçün həyatımızdan daha da önəmlidir. Laçın rayon Minkənd kənd orta məktəbinin Bayram Məhəmməd oğlu Məmmədovun adını daşıması və ölkə prezidenti tərəfindən “Vətən uğrunda” medalı ilə təltif edilməsi də bizim üçün bir təsəlli və gələcək nəsillərin də Bayram Məmmədovu necə igid, qəhrəman olmasını bir şahidi olub və hər zaman bu adla qürurlanacaqlarına əminəm.Bizə bu cür qayğı və diqqət ayırmağınıza görə sizlərə də hörmət və ehtiramımızı bildiririk.Namizəli Məhəmməd oğlu Məmmədov,şəhid qardaşı***Murad nəvəməBöyük qızın ŞahrunaAllah bir övlad verdi.Şad xəbərdən sevindim,Nəvəm ər oğlu ərdi.Lalə qızım zəng edib,Muştuluqladı məni.Bu gün baba olmusan,Təbrik edirəm səni.Sevincdən gözlərimdənİnanın, yaş gəlirdi.Körpə də sözlərimdənSevinc hissin bilirdi.Bircə kəlmə söylədim:- Qızım, xoşbəxt olasan.Mərd böyüt övladını,Bu sənə gəlməz asan.İlqar da göz yaşlarınSaxlaya bilməyibdi.Bir müddət lal baxaraqSevincdən gülməyibdi.Gözün aydın Rəfayel,Sən də baba olmusan.Sevincdən bilirəm ki,Görün, necə dolmusan.Qoşa nənələr gəlir,Oynamağa, gülməyə.Şölə, Mətanət iləNəvələrin görməyə.İlkin əmi olubdu,Vüqar balam dayıdır.Murad nəvəm ən gözəl,Allahımın payıdır.***Hacıxanım Dilarə Məşədi Hüseyn qızı Babayeva 1930-cu ildə Naxçıvanda anadan olub. 8 övlad böyüdüb boya-başa çatdırıb. Üç övladı vəfat edib.Bu məğrur ana çox zəhmətkeşdir. Allaha bağlı insan olan Dilarə ana iki dəfə Həcc ziyarətində, bir dəfə Kərbəlada, səkkiz dəfə Məşhəd ziyarətgahlarında olub. “Qurani-Kərim”i mükəmməl bilir. Övladları da özü kimi xeyirxah, mərd ziyalılarımızdandır.86 yaşı var bu Dilarə ananın,Allaha fəda edir hər zaman o öz canın.Nəsihətli sözləri əskik olmur dilindən,Bir qeyrət simvoludur doğma Azərbaycanın. Dini mükəmməl bilir, sözləri düz, səlistdir,Hər kəlməsi şirindir, çöhrəsi tər-təmizdir.Qəlbi geniş bir ümman, bir dəryadır, dənizdir,Hər kəsə düz yol deyir, bizim şirindil ana,Əməli pak, təmizdir məğrur Dilarə ana.Mərd övladlar böyüdüb, alnıaçıq, üzüağ,Oğlu Zakir elə bil arxasıdır, gəlir dağ.Qarabağın ağrısı sinəsinə çəkib dağ,Hər kəsə düz yol deyir, bizim şirindil ana.Zəfər çala ordumuz, deyir Dilarə ana.O müqəddəs yerləri gedib ziyarət edib,Kərbəlaya, Məşhədə, həm də ki, Həccə gedib.Sözündən bəhrələnib neçə ziyalı, ədib,Abır-həya rəmzidir, sözü şirindil ana,Əməli pak, təmizdir məğrur Dilarə ana.Övladlar unutmasın nə atanı, ananı,Körpəsin böyüdərək ona doğma yananı.Analar bağışlayar əməlini dananı,Hər kəsə düz yol deyir, bizim şirindil ana.Əməli pak, təmizdir məğrur Dilarə ana.Odlar yurduna gəlib qaldıq Çuxur məhlədə,Yedik pendir-lavaşla, kərə yağı, nehrə də.Dostlar tapdıq Şahbuzda, Naxçıvanda, Nehrəmdə,Rauf, səxavət görüb bu doğma eldən, ana,Çan ay bala, tez gəlin, deyir Dilarə ana.***Əzizinəm dil ara, Ağız ara, dil ara.Məğrur bir ana gördüm,Hacıxanım Dilarə.Çalxanqala səfərimiz də yadda qalan oldu. İlqar qardaşımıza söz verdik ki, Vidadinin yanına gələrkən mütləq sizə də baş çəkəcəyik.XXI əsrdə Əcəmi Naxçıvani tərəfindən inşa edilmiş Möminə xatın məqbərəsini, Xan sarayını, qədim tarixi abidələri, Cümə məscidini ziyarət etdik və qədim ocaqlarımızdan olan Asabi Kəfi də növbəti dəfə ziyarət etməyi arzuladıq.Allah hər kəsi arzusuna çatdırsın.Öz bibisi qızını aldadıb pulunu yeyən dayı oğluna da Allahdan insaf dilədik ki, dələduzluqdan əl çəksin, düz yola qayıtsın.Rauf İlyasoğluGunaz.az internet portalının redaktoru, II qrup əlil, “Respublika” qəzetinin xüsusi müxbiri, “Həkəri” qəzetinin baş redaktoru, şair-publisist Rauf İlyasoğlu Allahverdiyevin Tərcümeyi-halı:Rauf İlyas oğlu Allahverdiyev 19 mart 1959-cü ildə Ağdam şəhərində jurnalist-şair ailəsində anadan olub. İlk məqaləsi 1975-ci ildə Ağdam rayonunun “Lenin yolu” qəzetində ştatdankənar müxbir işləyərkən çap olunub. 1977-ci ildən indiyə qədər dövrü mətbuatda məqalələri dərc olunur. 1977-82-ci illərdə Azərbaycan Texnologiya İnstitutunu bitirib. Gənc mütəxəssis kimi Bakı Kamvol Kombinatında növbə rəisindən texniki nəzarət şöbəsinin rəisi vəzifəsinə qədər pillə-pillə yüksəIrnişdir. 1984-cü ildən kombinatda çıxan “Sancaq” satirik qəzetinin təsisçisi və redaktoru olmuşdur. 1982-84-cü illərdə Perm vilayətində hərbi xidmətdə olmuşdur. 6 aylıq gizir məktəbini və sonra Zabitlər kursunu bitirmiş, ehtiyatda olan zabit, II qrup əlildir. Qarabağ müharibəsinin iştirakçısıdır. Revmotoloit-poliartrit xəstəliyindən əziyyət çəkir. 2000-ci ildən isə mətbuat səhifələrində mütəmadi olaraq şeirləri və məqalələri dərc olunur. “Real-press”, “Qanun şahdır” qəzetlərində şöbə müdiri, 2003-cü ildən “Yeni nəşrlər” kataloq jurnalında məsul katib, 2007-ci ildən hal-hazıra qədər “Respublika” qəzetində əvvəllər məsul katibin müavini, xüsusi müxbir, hazırda isə ədəbi işçi vəzifəsində çalışır. 2003-cü ildən “Həkəri” ictimai-siyasi qəzetində xüsusi müxbir, 2014-cü ildən isə həmin qəzetin baş redaktorudur. Ayda bir və ya iki dəfə çap etdirdiyi qəzetdə vətənpərvər mövzulu yazılar, qaçqın və didərgin soydaşlarımıza dövlət qayğısı özünə yer alır. Vətən həsrətli məqalələri, şeir və hekayələri dövrü mətbuatda dərc olunur. Bir cox qəzet və jurnalların məsləhətçisi və fəxri heyətinin üzvüdür.Almanaxlarda şeirlərin dərc olunub. 7 şeir, hekayə və publisistik kitabları çap olunub. Əsgər həyatı ilə bağlı Azərbaycan radiosunda dəfələrlə çıxışlari olub. Cəbhə bölgələrində, əlillər evində, internat məktəblərində, təhsil müəssisələrində görüşləri keçirilib. Bir çox tədbirlərin aparıcısı olmaqla yanaşı, dövlətimizin günü-gündən gözəlləşməsi haqda çoxlu yazıları işıq üzü görüb. Şeirləri İran, Türkiyə, Misir Ərəb Respublikasında, Gürcüstan və Rusiya mətbuatında dərc olunub. Misir-Azərbaycan dostluğunun təbliğindəki xidmətlərinə görə Misir səfirliyinin fəxri fərmanlarına və mükafatlarına, eləcə də bir çox media mükafatlarına layiq görülmüşdü.2011-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr etdiyi poema (şeir) IV sinif Azərbaycan dili, Oxu (sinifdənxaric) dərsliyinə salınmışdır. 18 antologiyası (II cildlik) kitabında ictimai və şeir dərnəklərinin fəxri şeir, publisistik, tarixi, dini və tibb kitablarını redaktoru, şn söz müəllifi və məsləhətçisidir. “Qızıl qələm”, Nəsir İmanquliyev adına və bir çox media mükafatları ilə, eləcə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəxri fərmanına layiq görülmüşdür. “Respublika” qəzetində indiyə qədər 600-dən çox məqalə, yüzlərlə oçerk və tədbir yazıları çap olunub. Digər qəzet və jurnallarda yüzlərlə məqalələri, oçerk və reportajları müntəzəm olaraq dərc olunur. Şəhidlər haqda, eləcə də hekayə və povestlərndən ibarət bir neçə kitabları, uşaq şeirlərindən ibarət digər kitabı bu günlərdə işıq üzü görəcəkdirFövqəladə Hallar Nazirliyinin Səngəçalda yerləşən N saylı hərbi hissəsində dəfələrlə vətənpərvər mövzulu tədbirlərdə iştirak etməklə əsgər və zabitlər qarşısında çıxışlarına görə Fəxri diplomlarla təltif olunmuşdur.Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə müəssisələrindən mütəmadi məqalələr dərc edilmişdir.2016-cı ildən Gunaz.az internet portalının redaktorudur. . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.