Şəhid Çingiz Qurbanovun nəşi geri qaytarılıb Qarabağ, AzTU, Nekroloqlar 5 Şubat 2016-cı il dekabrın 29-da Azərbaycan Respublikasının dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olmuş Azərbaycan əsgəri, Azərbaycan Texniki Universitetin məzunu Qurbanov Çingiz Salman oğlunun nəşi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb.Bu barədə mətbuata Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilmiş humanitar proses insidentsiz başa çatıb.ZiM.Az onu da bildirir ki, Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə hərbi qulluqçumuzun meyitinin geri alınması prosesi Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində baş tutub.Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən 2016-cı il dekabr ayının 29-da şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlunun cənazəsi hərbi ehtiram qaydalarına uyğun olaraq fəxri qarovulun müşayiətilə Bakı şəhərinə yola salınıb.Millət vəkili Qənirə xanım PAŞAYEVA bu barədə belə deyib:"Azərbaycanımızın qəhrəman övladı, şəhid qardaşımız Çingiz Qurbanovun nəşı düşməndən geri alındı. Bir az əvvəl şəhidimizin əziz ailəsisi ilə danışdım. Sabah vida mərasimi olacaq.Nur içində yatsın şəhid qardaşımız.39 gün nəşi verməyərək ailəyə və insanlarımızı acı yaşadan insanlıqdan kənar düşmənlərimizə, işğalçı Ermənistana isə Allah lənət eləsin. Çox acı çəkirdi şəhid qardaşımızın ailəsi. Düşmənin qeyri-insani davranışlarına baxmayaraq şəhidimizin nəşini geri almaq üçün bütün beynəlxalq səyləri də işə salan Ali Baş Komandanımıza təşəkkür edirik. Şəhidimizin nəşinin düşmən əlində qaldığı hər gün hamımız üçün böyük bir acı idi. Allah şəhidimizə rəhmət etsin. Məkanı cənnət olanlardan olan şəhidimizin ailəsinə səbr diləyirik. Bu mətanətli, səbrli və bütün acılara ramən Vətən sağolsun deyərək düşmənə sevinmə imkanı verməyən ailəyə Allah hər zaman köməyiniz olsun və hər zaman yanınızdayıq deyirik."Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.