Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzində Xocalı soyqırımının 25-ci ildönümü anılıb

Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzində  Xocalı soyqırımının 25-ci ildönümü anılıbHərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzində  Xocalı soyqırımının 25-ci ildönümü anılıbHərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzində  Xocalı soyqırımının 25-ci ildönümü anılıb “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanında
Xocalı soyqırımının
25-ci ildönümü anılıb.


Anım mərasimində “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin tədris filiallarında xüsusi hərbi ixtisaslar üzrə hazırlıq keçən 200-dən artıq müdavim, Cəmiyyətin şəxsi heyəti və qonaqlar iştirak edib.

Cəmiyyətin icra orqanında Xocalı həqiqətlərini təsvir edən materiallardan ibarət yaradılmış xüsusi guşələrlə tanış olduqdan sonra tədbir akt zalında davam etdirilib.

Dövlət Himni səsləndirilib, soyqırım qurbanlarının və Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şəhid düşən qəhrəmanlarımızın ruhu bir dəqiqəlik sükutla
yad edilib.

“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-dən
ZiM.Az-a bildiriblər ki, müdavimlər qarşısında çıxış edən Cəmiyyətin sədri
Şahvələd Əliyev
işğalçı erməni hərbi qüvvələri tərəfindən Xocalıda törədilmiş soyqırım faciəsinin gerçəklikləri barədə geniş danışıb. Ümummilli lider Heydər Əliyevin Xocalı soyqırımı haqqında fikirlərini, cənab Prezident İlham Əliyevin "Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında" müvafiq Sərəncamını önə çəkən Cəmiyyətin sədri, gerçəyin dünyada yayılması istiqamətində dövlətimizin həyata keçirdiyi işlərin miqyasını xatırladıb. Hərbi vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi, erməni təcavüzünün gələcək nəsillərə ötürülməsi və bu faciənin xalqımıza qarşı soyqırım hadisəsi olaraq tanınması naminə bu cür tədbirlərin vacibliyini vurğulayıb.

Daha sonra Xocalı soyqırımının xronologiyasını əks etdirən video çarx nümayiş edilib, canlı musiqi kompazisiyası və şeir dinlənilmiş, İrəvan Dövlət Azərbaycan Dram Teatrından dəvət olunmuş aktiyorların ifasında müdavimlərdə yüksək hərbi vətənpərvərlik duyğuları aşılayan 45 dəqiqəlik “Qalx ayağa Azərbaycan!” tamaşası ilə tədbirə yekun vurulub.

Xatırladaq ki, “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli 681 nömrəli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində yaradılmışdır.

Həqiqət BİNNƏTOVA,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: