Seyid Əli Ağa Qarabağlı: “Hər zaman Heydər Əliyev siyasətinə dəstək olmuşam!”

Seyid Əli Ağa Qarabağlı: “Hər zaman Heydər Əliyev siyasətinə dəstək olmuşam!” Müsahibimiz -
"Hacı Seyid Manaf Ağa"
Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi
Seyid Əli Ağa Qarabağlıdır.


Seyid Əli Ağa (Əli Manafov) bir sıra ölkədaxili nüfuzlu layihələr təsisçisi olmaqla yanaşı, eyni zamanda quruculuq işlərində belə yaxından iştirak edir.
Onun inşa etdirdiyi məsçid haqqında məlumatımız olduğundan, elə ilk sualı da müsahibimizə bu məsələ ilə bağlı ünvanlayırıq.


- Məsçid inşa etmək istəyi sizdə necə yarandı?
- İlk öncə onu vurğulayım ki, hər zaman abadlıq, quruculuq işlərinin tərəfdarı olmuşam. İnşa etdirdiyim məsçid qədimidir. Ərazidə ilkin tikinti işləri məhz 1989- cu ilə təsadüf edir. Sözü gedən məsələ ilə bağlı iki dəfə Şeyxul İslam Paşazadənin qəbulunda olmuşam. Bu görüşlərdə məsçidin tikintisi ilə bağlı razılıq əldə etdikdən sonra, quruculuq işlərinə başlamışam.

- Adətən müqəddəs işlərə təkan olduqda, hər hansı bir işarət və ya möcüzələr haqqında danışılır. Sizin həyatınızda bu xeyirxah əməli həyata keçirməyinizlə bağlı hər hansı bir möcüzə baş veribmi?

-Tamami ilə doğru vurğuladınız ki, hər hansı bir müqəddəs işi həyata keçirdikdə, insan övladı mütləq ilahi tərəfindən xüsusi bir möcüzəvi işarə ilə qarşılaşır. Lakin, bu möcüzə mənim qızımla baş verdi, belə ki, o yuxusunda bir mələyin gəlib uca minarə üzərində qanad açdığını görür. Elə ilk dəfə mənə yuxusunu danışdıqda, mən yaradan tərəfindən abadlaşma işimə sanki razılıq işarəsinin olduğunu anladım.
Ümumiyyətlə nəslimizdə güclü quruculuq işləri, xeyirxah əməl sahibləri çox olub. Mənim iki alim babam olub; Məşədi Seyid Rza və atamın atası- Məşədi Seyid Muxtar.

- Sizi müxtəlif səpkidə ölkədaxili layihələr həyata keçirmisiniz. İlk addım hansı istiqamətdə baş tutub?
- Hələ 1990- cı ilin qanlı yanvar ayında ölkəmizin başına gələn müsibət ərəfəsində yaşadığım Bərdə şəhərindən Bakıya üz tutdum. Yola səpələnmiş qalaq- qalaq insan cəsədlərinin şahidi oldum. Geri döndükdə, şəhidlərimizin ruhları naminə böyük mağarlarda ehsanlar təşkil etdim. Onu da qeyd edim ki, Ağdam, Fizuli, Murov döyüşlərində şücaət göstərən Gəray Əsədovun batalyonunu maddi baxımdan təmin etmişəm. İşğal olan torpaqlar uğrunda vuruşmuşam, Murov şaxtasında ölüm ayağında olan çox sayda əsgərin həyatını xilas etmişəm. Mənfur ermənilər mənim ölümüm üçün böyük məbləğdə pul elan etmişdilər. Hətta bir dəfə qəribə bi şaiyə ilə qarşılaşdım ki, güya məni erməni əsgərləri əsir götürərək, zəncirdə kənd boyu gəzdirirlər. Təbii ki, bu aciz qalan düşmənin əhalimiz arasında qorxu yaratmaq istəyi ilə yaydığı növbəti böhtan idi.

- Ümumilli lider Heydər Əliyev siyasətinin tərəfdarı olmusunuz. Bu məsələ ilə bağlı hansı yadda qalan hadisə və ya faktı danışardınız?
- Ümumiyyətlə, hər zaman Heydər Əliyev siyasətinə dəstək olmuşam. Mən 1998- ci il yanvar ayının 2- də Heydər Əliyevin iki nümayəndəsi ilə görüşdüm. Məqsəd isə Ümumilli liderin məni Azərbaycan Respubliksası üzrə ağsaqqallar rəhbəri təyin etmək idi. Mən bu təklifdən imtina etdim və səbəbi də o cür izah edə bilərəm ki, ö dönəmdə özümü bu addımı atmağa kifayət qədər güclü hiss etmirdim. Əvəzimə isə bu işə rəhbərlik etməyə Seyid Əkbər əmimin adını verdim.
Bir dəfə də Ulu Öndərin bölgəmizə səfəri gözlənilirdi. Rəhbərini gözləyən xalqın meydanda yaranan xöş izdihamına qatılırdım ki, insanlar məni hörmət əlaməti olaraq əlləri üstünə alaraq, sanki dalğa üzərində gəzdirirmiş kimi, kütlənin lap əvvəlinə doğru apardılar. Elə bu məqamda bizə doğru avtomobil karvanı gəldi və mən anladım ki, liderimiz artıq yanımızdadır. Heydər Əliyevlə göz- gözə gəldim, sakit, həzin baxışları ilə, üzündə təbəssüm məni diqqətlə izləyirdi. Elə insanların əlləri üzərində ucadan səsləndim: “ Yaşasın Azərbaycan xalqına zəmanət verən şəxs- Heydər Əliyev!” Bütün toplum məni səsimə səs verdi və hər kəs ucadan sözlərimi təkrarladı. Bu hadisə unudulmaz ana çevirildi.
2004-cü ildə Rəsul Quliyevin Bakıya gəlişinin qarşısını almaq məqsədi ilə xalq kütləsini İlham Əliyev cənablarının müdafiəsi naminə bir araya topladım. Əks təqdirdə, ikinci Sumqayıt hadisəsi baş verə bilərdi.

- Ölkə üzrə çox saylı layilərin müəllifi kimi tanınırsınız. Bir sıra araşdırmalarınız mövcuddur. Həyata keçirdiyiniz layihələrin adları ilə oxucularımızla bölüşərdinizmi?

- 2010- cu ildə Azərbaycan ədəbiyyat mərkəzi və onun tərkibində Heydər Əliyev güşəsi mərkəzinin yaranması ilə bağlı ilk layihəm həyata keçirildi.
2010- cu ildə Donetsk şəhərində Nadejda Krupskaya adına kitabxanada Azərbaycan ədəbiyyat mərkəzi və onun tərkibində güşə yaradılaraq, həyata vəsiqə aldı.
2013- cü ildə “Ulu Öndərin mənəvi dünyası” adlı Heydər Əliyevin fəaliyyəti ilə bağlı layihə gerçəkləşdi.
2013- cü il iyun ayında Əkrəm Əylislinin “Daş yuxular” adlanan və dövlətimizə qarşı əks- təbliğat yaran kitabına cavab olaraq, Ulu Öndərə həsr etdiyim, onun həyat və fəaliyyətini özündə əks etdirən “Ulu Öndərin mənəvi dünyası” adlı kitabım işıq üzü gördü.
2013- cü ildə “Heydər Əliyevin tövsiyyəsi” adlı layihəm yer aldı və cənab prezidentin tapşırığı ilə nazirlərin fərmanı həyata keçirildi.
2015- ci ildə “Əsrin islamçıları” adlı, bölgələrdə yaxşı oxuyan qabaqcıl şagirdlərlə bağlı layihə həyata keçirildi.
2016- cı ildə Heydər Əliyevin aforizmləri ilə bağlı və şəxsən öz fikirlərim əks olunan “İdeal” adlı kitabım işıq üzü gördü.

- Bu yaxınlarda BMM-də təqdimat keçirdiniz. Təqdimatla bağlı bizə açıqlama edərdiniz.
- Beynəlxalq Mətbuat Mərkəzində aprel ayının 19-da təqdimat həyata keçirdim. Bu təqdimat “Əbədi prezidentlik layihəm” ilə bağlı idi.

- Sizin fikrinizcə əbədi prezidentlik layihəsi Azərbaycana hansı vədlər edir?
- Əbədi prezidentlik Azərbaycan üçün böyük islahatlar yenilikləri, xüsusən də ölkəmizin itirilmiş torpaqları ilə bağlı dünya ölkələri qarşısında siyasi nüfuzun gənclənməsinə zəmin ola bilər. Ölkə prezidentinin göstərdiyi nailiyyətlər bununla bir daha əsas verəcək ki, xalq seçimi ilə öz seçicisi tərəfindən dəyərləndirildiyi liderin uğurları üzə çıxdıqda, ölkə prezidenti cənab İlham Əliyevin apardığı siyasət çərçivəsi nəticəsində ona göstərilən etimad, onda böyük məsuliyyət, işində və əməlində dəqiqlik, fərəh hissi yaradacaq. Bununla da, Qarabağ xalqının arzu və təklifləri cənab İlham Əliyev tərəfindən həyata vəsiqə alacaq, itirilmiş torpaqlarımızın qaytararılmasına zəmanət olacaq. Qarabağ xalqı cənab İlham Əliyevə inanır və yalnız bu inama söykənərək, düşmən gülləsi altında yaşayır. Məhz bu inam onlarda səbr və dözüm yaratmağa əsasdır, belə ki, hələ 2014- cü ildə Fizuli döyüşlərində erməni hücumçularına qarşı ölkə başçısının göstərdiyi şücaət, atdığı böyük qəti addımla öz həyatını xalqı yolunda təhlükəyə atmağı- bir daha isbat etdi ki, o xalqının sədaqətli, əvəzolunmaz, həqiqi oğludur.

- Sizin fikrinizcə, yeni layihə reallaşdıqdan sonra beynəlxalq arenada nüfuzumuz hansı istiqamətdə inkişaf edəcək?
- Siyasi arenada əbədi prezidentliklə bağlı qanunun hər hansı siyasi qüvvələrin məkrli oyunları Azərbaycan xalqının bu addımı üçün qəbulolunmazdır, belə ki, ölkəmizdə müharibə gedir, təcavüzkar erməni dövləti dəstəklənir, günahsız insanlar, körpələr, ana- bacılar, muzdla tutulmuş terrorçular tərəfindən insanlığa sığmayan vəhşiliklərlə üz üzə qalsa da, dünya birliyi hələ də bu haqsızlığa göz yumur.
Ölkəmizdə uzun illər düşmənlərimiz tərəfindən xalqımızın başına gətirilən dəhşətlər - xarici, qara qüvvəli himayədarları hesabına yaranan basqıların tükəndiyini görən xalq, bir daha inanır ki, onun daxili siyasətinə heç bir xarici ölkə qarışa bilməz! Və bununla da, o əmindir ki, bütün hadisələr xarici siyasi qara qüvvələrdən dəstək alan əllərin kəsiməsi ilə bitərsə, bununla da, ölkəmizin bütün ölkələr qarşısında siyasi haqq səsi yüksələr və daxili- xarici siyasi nüfuzu bərpa olunar. Bu isə Azərbaycan multikultiralizmi və İslam həmrəyliyinin gücləndirilməsində bariz nümunəyə çevirilə bilər.

Aynur NURLU,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: