Gürcüstan işğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” və onun nəticələrini tanımır Qarabağ, Gürcüstan 10 Eylül Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qondarma "yerli özünüidarəetmə orqanlarına” keçirilən "seçkilər” ilə bağlı bəyanat yayıb.ZiM.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Gürcüstan Xarici İşlər Nazirliyinin saytında rəsmi məlumat yerləşdirilib.Bəyanatda deyilir ki, Gürcüstan Azərbaycan Respublikasının suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü tanıyır. Eyni zamanda, Gürcüstan işğal olunmuş Dağlıq Qarabağda 2019-cu il sentyabrın 8-də keçirilən "yerli özünü idarəetmə orqanlarına seçkiləri” və onun nəticələrini tanımır.Gürcüstan XİN münaqişənin sülh yolu ilə beynəlxalq hüququn norma və prinsipləri əsasında, beynəlxalq ictimaiyyətin iştirakı ilə həllinə tərəfdardır.ZiM.AZ. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.