Hüseyn Yusubov: "İşğal olunmuş torpaqlarımızı işğalçılardan azad etmək Azərbaycanın haqq işidir" Qarabağ, Gürcüstan, Borçalı 28 Eylül Gürcüstan Azərbaycanlıları Konqresi (GAK) Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də genişmiqyaslı təxribat törədərək, cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini, Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çiraqlı və Orta Qaravənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması ilə bağlı bəyanat yayıb.Bu barədə ZiM.Az-a GAK sədri Hüseyn Yusubov məlumat verib.Bəyanatda deyilir ki, Ermənistan tərəfinin növbəti təxribatı və qanlı cinayəti GAK-ın çoxsaylı üzvləri tərəfindən etirazla qarşılanıb və qətiyyətlə pislənilir.GAK hesab edir ki, bütün bu təxribatlara görə, bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür.Başqa xarici dövlətlərin əlində oyuncağa çevrilən Ermənistan bilməlidir ki, Azərbaycana 1990-cı illərin Azərbaycanı deyil. İndi Azərbaycanın güclü Ordusu və praqmatik, dərin zəkalı Ali Baş Komandanı var. Azərbaycan Ordusu Ali Baş Komandanının əmri ilə işğal altında olan torpaqlarını azad etməyə qadirdir. Münaqişənin daim sülh yolu ilə tərəfdar çıxan Azərbaycanın səbir kasası dolub. Daha erməni təxribatlarına dözməyəcək və düşmənə layiqli cavab verəcək. Biz bunun 2016-cı ilin Aprel döyüşlərində, bu ilin iyul ayında Tovuz rayonu istiqamətində gedən döyüşlərdə, eləcə də bu gün gördük. Azərbaycan ordusu bu gün nəinki ermənilərin hücumunu dayandırdı, əksinə əks hücumla daha bir neçə yaşayış məntəqəsini işğaldan azad etdi.İşğal altında olan torpaqları azad etmək Azərbaycan dövlətinin və xalqının haqq işidir.Bəyanatın sonunda GAK bütün dünya ictimaiyyətini Azərbaycan torpaqlarında ədaləti bərpa etməyə, Azərbaycanın haqq işində ona dəstək olmağa çağırır.“Bu müqəddəs döyüşlərdə Azərbaycan Əsgərinə qələbələr diləyirik! Biz Gürcüstan Azərbaycanlıları Konqresi olaraq həmişə xalqımızın yanındayıq!”, – deyə bəyanatda vurğulanır.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.