Azərbaycanın Gürcüstandakı səfirliyində Ermənistan silahlı qüvvələrinin irimiqyaslı təxribatları barədə KİV nümayəndələrinə məlumat verilib Qarabağ, Tiflis 29 Eylül Azərbaycanın Gürcüstandakı səfirliyində yerli və xarici jurnalistlər üçün brifinq keçirilib.ZiM.Az xəbər verir ki, səfirliyin məsul əməkdaşları Eldar Bayramov və Tamerlan Tağıyev Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də səhər saat 6:00-dan başlayaraq Azərbaycana qarşı bütün cəbhəboyu həyata keçirdiyi hücum və qanlı cinayətlər barədə jurnalistlərə məlumat veriblər.E.Bayramov deyib ki, Ermənistan silahlı qüvvələri irimiqyaslı təxribatlar həyata keçirərək Azərbaycan ordusunun cəbhə xətti boyunca yerləşən mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlardan, minaatanlardan və artilleriya qurğularından intensiv atəşə tutublar. İntensiv atəşlər nəticəsində dinc sakinlər arasında ölənlər və yaralananlar var. Mülki infrastruktur obyektlərinə də ciddi ziyan vurulub. Ermənistan ordusunun ağır artilleriya qurğularından atdığı top mərmisi nəticəsindəNaftalan rayonunda bir ailənin beş üzvü həlak olub. Dinc əhali arasında yaralananlar var.Diqqətə çatdırılıb ki, Ermənistan silahlı qüvvələrinin döyüş fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı bütün cəbhə boyunca əks-həmlə əməliyyatına başlayıb. Əks hücum nəticəsində, Azərbaycanın Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Yuxarı Əbdurrəhmanlı və Kənd Horadiz, həmçinin Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib. Azərbaycan Ordusu artıq bir neçə strateji əhəmiyyətli yüksəkliyi də ələ keçirib. Azərbaycan Ordusunun əks hücumu davam edir. Beynəlxalq ictimaiyyət bilməlidir ki, Azərbaycanın başqa ölkənin torpaqlarında gözü yoxdur və yalnız öz ərazilərini işğaldan azad etmək uğrunda döyüşür.Brifinqdə jurnalistlərə Ermənistan rəhbərliyinin destruktiv mövqeyi, beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədli dezinformasiyaları barədə də məlumat verilib.Tədbirdə hərbi əməliyyatların gedişi elektron xəritə üzərində nümayiş olunub.Sonra jurnalistlərin sualları cavablandırılıb.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.