RUMANƏ ƏMRƏLİYEVA (1991)

RUMANƏ ƏMRƏLİYEVA (1991) Rumanə Yəhya qızı Əmrəliyeva -
1991-ci ildə Lacın rayonunda anadan olub.
2007-ci ildə Lacın 28 nömrəli tam orta məktəbi,
2011-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib.
Hazırda müəllimə işləyir.

Rumanə Əmrəliyeva? eyni zamanda,
2017-ci ildən “Həqiqət Tarixi” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “Şəhidlər muzeyi”nin icracı direktorudur.

2018-ci ildə Ali mükafatla təltif olunub.

2019-cu ildə Milli ordunun yubiley medalı ilə mükafatlandırılıb.

RUMANƏ ƏMRƏLİYEVA (1991) RUMANƏ ƏMRƏLİYEVA (1991) Rumanə Əmrəliyevanın dediklərindən:

- İki şəhid qardaşın bacısıyam mən!
Qürur duyuram ki, mən şəhid bacısıyam bütün şəhid Analarına və bacılarına demək istiyirəm ki, sizin oğlunuz, qardaşlarınız ölməyib, yaşıyılar şəhid adına qalxıblar.
Allah, vətən və millət yolunda öz istəyi ilə canından keçməyə razı olan insanların fəth elədiyi ən yüksək, şərəfli zirvədir şəhid olmaq.


Biz də Rumanə xanımın
qardaşlarına, eləcə də
bütün cəmi şəhidlərimizə
Allahdan rəhmət diləyir,
Rumanə xanıma isə
şəxsi həyatında,
şərəfli pedaqoji və
ictimai fəaliyyətində
yeni-yeni uğurlar
arzulayırıq!..


Tahirə QARABAĞLI,
ZiM.Az


Bayatılar

Göy üzü bey qaralar,
Şimşək çaxar od parlar,
Ölsə qardaş bacının
Bacı hay çəkər ağlar.

Bacılar yanar ağlar,
Ürəyi donar ağlar.
Qardaşı ölən bacı
Üzünü cırıb aglar.

Bacı yollara baxar,
Özünü oda yaxar.
Ölüm xəbərini alsa,
Naləsi ərşə çıxar.

Bacı oda bələnər,
Yağış olub ələnər.
Qardaş dara düşərsə,
Bacı qapı-qapı dilənər.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: