BACARIQLI TİBB İŞÇİSİ Qarabağ, Səhiyyə 26 Ekim Qocayeva Hüsniyyə Müslum qızı - Gədəbəy rayonunun Çay Rəsullu kəndində, zəhmətkeş bir ailədə anadan olmuşdur.Əslən Qarabağdan olan Hüsniyyə xanımın atası öz işilə əlaqədar olaraq, Qarabağdan Gədəbəyin Çay Rəsullu kəndinə köcmüşdur. Gənclik cağlarında Ağdam və Şuşada olmusdur. Elə buna görə də Hüsniyyə xanımın ən böyük arzusu həmişə, doğma ata yurdu olan Ağdam şəhərini görmək olub.1973-cü ildə Çay Rəsullu 11 illik kənd orta məktəbinin 1-ci cinfinə daxil olub, 1982-ci ildə həmin məktəbin 11-ci sinfini əla qiymətlərlə bitirmisdir. 1982-ci ildən ömrünü gənclik şəhəri Sumqayıt səhərinə bağlamışdır. 1996-1997-ci illərdə tibb texnikomunda təhsil almışdır. Təhsilini başa vurduqdan sonra, Sumqayıtdakı 2 nömrəli xəstəxanada tibb bacısı kimi fəaliyyətə baslamışdır. İşlədiyi müddətdə özunu bacarıqlı bir tibb işçisi kimi göstərmişdir.Hüsniyyə xanım hər zaman olduğu kimi, indiki pandemiya dövrundə də, bacardığı qədər xəstələrin harayına çatır. O, həm də, ədəbiyyatı çox sevir, boş vaxtlarında ədəbi-bədii kitablar oxuyur. Biz də Hüsniyyə xanıma bacarıqlı bir tibb işcisi olduğu üçün öz minnətdarlığımızı bildiririk. Tahirə Qarabağlı,şairə-jurnalist,AJB-nin üzvü, “Qızıl Qələm” media mükafatçısı.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.