Tanınmış şair yubileyini qeyd edir Azərbaycan » Qarabağ 2 Şubat Allahyar Allahverdi oğlu Quliyev (Allahyar Xocalı) Azərbaycanın ayrılmaz hissələrindən olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Xocalı şəhərində dünyaya göz açıb. Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib.Ömrünü uşaq və gənclərin təlim-tərbiyəsinə həsr edib. 1992-ci il fevralın 26-da XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı zamanı Allahyar müəllimin atası, el ağsaqqalı Allahverdi Quliyev də şəhid olub.Allahyar müəllim 2 kitabın müəllifidir. 2016-cı il fevralın 3-də Allahyar müəllimin 70 yaşı tamam olur. “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin bütün fəalları və ailə üzvlərim adından Allahyar müəllimi ad günü münasibətilə təbrik edir, can sağlığı, şəxsi həyatında uğurlar arzulayıram. Arzu edirəm ki, Azərbaycan xalqının və Silahlı Qüvvələrimizin birgə səyləri nəticəsində dədə-baba torpaqlarımız tezliklə düşmən tapdağından azad edilsin. Allahyar müəllim növbəti ad gününü ata-baba yurdunda qeyd eləsin.Vətənpərvər şair Allahyar Xocalının bir neçə şeirini oxuculara təqdim edirəm.Şamil Sabiroğlu,“Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin sədri,Bakı şəhəri, 02.02.2016.Allahyar XOCALIAzərbaycanVətən oda bürünəndə,Azərbaycan mərmi kimiAtılıb öz yerindənDüşmən üstə qəlpələnibDüşmən üstə səpələnibVətənin hər yerindənAzərbaycan torpağindanAyla, illə uzaqlaşarUzaqlarda Vətən olubMehdi adlı bir yer yaşarTək Mehdinin timsalındaAraz çayı daşar burda Kür bulanar, Xəzər coşarAzərbaycan yaşar burdaAdriatik dənizi dəOd oğlunun şərəfinəDaim nəğmə qoşar indiDəniz tamam xəzərləşərUzaq-uzaq ölkələrdəAzərbaycan yaşar indi`Azərbaycan alov olub,Səngərlərdə alışıbdır.Azərbaycan torpaq olubTorpaqlara qarışıbdırYağıların qəzəbinəÇəpər olub AzərbaycanQafur olub, Həzi olubSipər olub AzərbaycanAzərbaycan- deyirəmNaməlum bir əsgərinQəbridir, başdaşıdır.Azərbaycan adınıMəlumlar da yaşadırNaməlum da yaşadırMərmi kimi atılaraq Azərbaycan qəlpələnib, Azərbaycan səpələnib Avropanın hər yerinəUzaqlarda qəlpə-qəlpəAzərbaycan yaşar yenə.QarabağdaÜzeyir nəğməsi, Həvvab fırçası,Vaqif şeiriyyəti var, Qarabağda.Mənə elə gəlir başqa cür dinir,Kaman Qarabağda, tar Qarabağda.Yanağa çıxıbdır lalənin alı,Qız gəlindən, gəlin qızdan həyalı.Gəz, dolan, seyr elə sən bu mahalıNə çoxdur vəfalı yar Qarabağda.Buz içrə od yatır, deyirəm, əlbətDaim üz-üzədir iki təbiət.Aranı qar görməz, dağında fəqət,Yağar qar üstünə qar Qarabağda. REDAKSİYADAN:Biz - Zim.Az-ın yaradıcı heyəti də,“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədrihörmətli Şamil Sabiroğlunun səmimi təbrikinə və xoş arzularına qoşuluraq Allahyar Xocalını Yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı, şəxsi həyatında və bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq!..Ən əsası isə, arzu edirik ki, gün o gün olsun ki, Allahyar müəllimi Xocalıda təbrik edək!...Müşfiq BORÇALI.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.